Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1050/2021 28.07.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nin 28.10.1998-ci il tarixli 19 saylı qərarı ilə X7, X11, X12, X8 və X4 adına verilmiş JN-394A, JN-394B, JN-394D və JN-394C saylı kodu 40600048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin X13 və Ərizəçi aid hissədə X13 və Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon AİK-nin 28.10.1998-ci il tarixli 19 saylı qərarı ilə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-394A, JN-394B, JN-394D və JN-394C saylı, kodu 40600048 olan şəhadətnamələrdə hüquq sahiblərinin adları siyahısında 3-cü sırada X2 və adı texniki səhv olaraq Nadirova Sənaye əvəzinə “Əfəndiyeva Səmayə” kimi 5-ci sırada isə Ərizəçi soyadı Həşimova əvəzinə texniki səhv olaraq “Əfəndiyeva” kimi qeyd edilmişdir. Qeyd edilən JN-394A, JN-394B, JN-394D və JN-394C saylı, kodu 40600048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələr üzrə payların müəyyən edilməsi məqsədilə DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərkən məlum olmuşdur ki, göstərilən şəhadətnamələrdə hüquq sahiblərinin adları siyahısında 3-cü sırada X3 və adı Nadirova Sənaye əvəzinə texniki səhv olaraq “Əfəndiyeva Səmayə” kimi, 5-ci sırada isə Ərizəçi soyadı Həşimova əvəzinə texniki səhv olaraq “Əfəndiyeva” kimi qeyd edilmişdir. 16.10.2017-ci il tarixdə ölmüş X9 adına verilmiş AZ-İ № 900135 saylı ölüm haqqında şəhadətnamədə soyadı və adı düzgün olaraq Nadirova Sənaye kimi qeyd edilmişdir. И-Ж № 024594 saylı doğum haqqında şəhadətnamədə də X3 və adı düzgün olaraq Nadirova Sənaye kimi qeyd edilmişdir. AZE № 0******* saylı şəxsiyyət vəsiqəsində Ərizəçi soyadı düzgün olaraq “Həşimova” kimi qeyd edilmişdir. İİİ- ЖГ № 429077 saylı doğum haqqında şəhadətnamədə də Ərizəçi soyadı düzgün olaraq Həşimova kimi qeyd edilmişdir. Xİ- ЖГ № 388962 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi nikahdan əvvəl soyadı Həşimova olmuş, nikah bağlandıqdan sonra da Həşimova soyadını saxlamışdır. Qeyd olunan şəhadətnamələrdə göstərilən texniki səhvləri düzəltmədən əməliyyat aparılması mümkün deyildir. Qeyd edilən texniki səhvlər məhkəmə vasitəsilə düzəliş edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-394A (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Qəbələ rayon AİK-nın 28.10.1998-ci il tarixli 19 nömrəli qərarına əsasən X7, X11, X12, X8 və X4 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Vəndam kəndində 0,14 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-394B (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Qəbələ rayon AİK-nın 28.10.1998-ci il tarixli 19 nömrəli qərarına əsasən X7, X11, X12, X8 və X4 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Vəndam kəndində 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-394C (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Qəbələ rayon AİK-nın 28.10.1998-ci il tarixli 19 nömrəli qərarına əsasən X7, X11, X12, X8 və X4 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Vəndam kəndində 0,15 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-394D (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Qəbələ rayon AİK-nın 28.10.1998-ci il tarixli 19 nömrəli qərarına əsasən X7, X11, X12, X8 və X4 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Vəndam kəndində 0,07 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayon Vəndam kənd sovetliyi tərəfindən verilmiş 05.09.1975-ci il tarixli, İİİ-ЖГ seriyalı, 429077 №-li “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 05 avqust 1975-ci ildə Qutqaşen rayonu Vəndam kəndində doğulmuş, bu barədə 1975-ci ilin sentyabr ayının 5-də Qəbələ rayon Vəndam kənd sovetində 116 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X1, anası X6r. İşdə olan 10.08.1994-cü il tarixli, Vİ-ЖГ seriyalı, 388962 №-li «Nikahın bağlanması haqqında» şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 ilə Ərizəçi 10 avqust 1994-cü ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 31 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əfəndiyev, arvada Həşimova soyadı verilmişdir. İşdə olan 05 avqust 1953-cü il tarixli, ИЖ seriyalı «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 25.12.1939-cu ildə Qutqaşen rayonu Vəndam kəndində doğulmuşdur. İşdə olan Qəbələ rayon İHB-nın Vəndam qəsəbə İnzibati Ərazi nümayəndəliyi tərəfindən verilmiş 16.10.2017-ci il tarixli, AZ-İ seriyalı, 900135 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 12.10.2017-ci il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 16.10.2017-ci ildə 53 № ilə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 14 iyun 2021-ci il tarixli **********17 nömrəli məktubundan görünür ki, JN-394A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan ərizəçiyə aid AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKnın 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarlarına əsasən X7, X11, X12, X8 və X4 birgə mülkiyyətlərinə verilmiş JN-394A, JN-394B, JN-394D və JN-394C nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrdə Ərizəçi soyadı səhvən “Əfəndiyeva”, mərhum X3 səhvən “Əfəndiyeva” adı səhvən “Səmayə” kimi qeyd olunmuşdur. Lakin ərizəçiyə məxsus nikah və doğum şəhadətnamələrində, şəxsiyyət vəsiqəsində ad, soyad və ata adı “Ərizəçi” kimi, mərhum X13 məxsus ölüm və doğum şəhadətnamələrində ad, soyad və ata adı “X15” kimi göstərilmişdir. Qeyd olunan şəhadətnamələrdə yalnışlıqlar aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamələr üzrə vərəsəlik, mülkiyyət və s. hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarlarına əsasən X7, X11, X12, X8 və X4 birgə mülkiyyətlərinə verilmiş JN-394A, JN-394B, JN-394C və JN-394D nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin Ərizəçi və mərhum X13 aid hissədə Ərizəçi və mərhum X13 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1050/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1050/2021
28.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver