Məhkəmə qərarları › İş №2(025)-1053/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1053/2020

22.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1053/2020 22.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçinin nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN- 420, KOD 40600038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının həmçinin Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X9 ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayonu X7 xx xxxx 1998-ci il tarixli, 11 saylı qərarı ilə valideynləri – X9, X2, X5, X10 və həmçinin Ərizəçi mülkiyyətinə Qəbələ rayonu, Bum qəsəbəsi ərazisində JN-420, KOD 40600038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında 0,87 ha torpaq sahəsi verilmişdir. Həmin Dövlət aktı əsasında sənədləşmə işləri aparan zaman məlum olmuşdur ki, JN-420, KOD 40600038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında Mehdizadə Könül Dursun qızı əvəzinə səhvə “Mustafayeva Könül Dursun qıxzı” kimi yazılmışdır. Bu səhv əvvəldən məlum olmadığı üçün bununla bağlı gec müraciət etmişdir. xx xxxxxx 2009-cu il tarixdə ailə həyatı qurmuşdur və Qocayev soyadını qəbul etmişdir. Şəhadətnamələri verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, Şəhadətnamələrdəki yanlışlığı aradan qaldıra bilmirik. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən aidiyyatı üzrə xidmətin 9 saylı X16 ərizə ilə Torpağa mülkiyyət hüququna dair Dövlət aktında yanlışlıqların aradan qaldırılması barədə müraciət etmiş, müvafiq xx xxxxxxxx 2020-ci il tarixli, **********16 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin nümayəndəsini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-420 (Kod: 40600038) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx xxxx 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, X9, X2, X5, X10 və Mustafyeva Könül Dursun qızının ümumi birgə mülkiyyətinə 0.87 ha fərdi kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayonu Bum kənd soveti tərəfindən verilmiş xx xxxxx 1991-ci il tarixli XİV- ЖГ № 471868 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Mehdizadə Könül Dursun qızı xx xxxx 1991-ci ildə Qəbələ rayonu Bum qəsəbəsində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxx 1991-ci il tarixdə 44 nömrə ilə qeyd edilmişdir. X3, anası X1r. İşdə olan Qəbələ rayonu Tikanlı kənd X8 tərəfindən verilmiş xx xxxxxx 2009-cu il tarixli AZ-İ № 474790 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Mehdizadə Könül Dursun qızı ilə X12 arasında xx xxxxxx 2009-cu ildə nikah bağlanmış və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 02 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qocayev, arvada Qocayeva soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Asan-Qəbələ tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1991-ci il tarixdə Qəbələ rayon Bum qəsəbəsində anadan olmuşdur və hal-hazırda Qəbələ rayonu Tikanlı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin və digər şəxslərin birgə mülkiyyətinə 0.87 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-420 (Kod: 40600038) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında yalnışlığa yol verilərək, “Mehdizadə Könül Dursun qızı” əvəzinə “Mustafayeva Könül Dursun qızı” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-420 (Kod: 40600038) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının Ərizəçi aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar