Məhkəmə qərarları › İş №2(025)-1054/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1054/2020

22.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1054/2020 22.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-062 F, KOD 40605018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ona yəni-Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçiərizəni müdafiə edib göstərdi ki, xx.xx.1955-ci ildə Ağdaş rayonu, Həmzəlli kəndində anadan olmuş, İİ qrup əlildir. Qəbələ rayonu X5 xx xxx 1998-ci il tarixli, 09 saylı qərarı ilə ona və digər ailə üzvləri atası X6 və anası X1 Qəbələ rayonu, Həmzəlli kəndi ərazisindən 0,79 ha həyətyanı torpaq sahəsi verilmiş və bu baradə bizə JN-062 F, KOD 40605018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. xx.xx.2007-ci ildə anası X2 və xx.xx.2012-ci ildə atam X6 ürəkçatmamazlığı xəstəliyindən vəfat etmişlər. Şəhadətnamədə sonradan ona məlum olmuşdur ki, onun yəni-Ərizəçi soyadı səhvən “Qocayev” kimi yazılmışdır. Lakin şəxsiyyət vəsiqəsində, doğum və nikah haqqında şəhadətnamələrdə və digər sənədlərdə Ərizəçi kimi qeyd edilmişdir. Hazırda torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyir. Şəhadətnamədə soyadı düzgün yazılmadığından bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmir. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən o, aidiyyatı üzrə Xidmətin 9 saylı X10 ərizə ilə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədəki yanlışlıqların aradan qaldırılmasını xahiş etmişdir, müvafiq xx xxxxxxxx 2020cu il tarixli, **********22 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-062F (Kod: 40605018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxx 1998-ci il tarixli 09 nömrəli qərarına əsasən, X6, X2 və X3 ümumi birgə mülkiyyətinə 0,79 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Ağdam rayon VVAQ bürosu tərəfindən verilmiş xx xxxx 1963-cü il tarixli АЗ- № 454966 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxx 1955-ci il tarixdə Ağdam rayon, Həmzəlli kəndində anadan olmuş, ata qrafasında X6, ana qrafasında X2 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1963-cü il tarixdə 340 nömrə ilə qeyd edilmişdir. İşdə olan xx xxxx 1984-cü il tarixli İİİ-ЖГ № 414166 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxx 1984-cü il tarixdə X4 ilə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 812 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Nəzirov, qıza Nəzirova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Bakı-Nəsimi RPİ tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1955-ci il tarixdə Qəbələ şəhərində anadan olmuşdur və hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin və digər şəxslərin mülkiyyətinə 0,79 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahələrinin verilməsini təsdiq edən JN-062F (Kod: 40605018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə yalnışlığa yol verilərək, “Ərizəçi” əvəzinə “X7” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-062F (Kod:40605018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin Ərizəçi aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar