Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-106/2022 19.01.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi4, Ərizəçi2 və Ərizəçi5 iştirakları ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi4, Ərizəçi2 və Ərizəçi5 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi4, Ərizəçi2 və Ərizəçi5 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 05 fevral 1999-cu il tarixli, 03 nömrəli qərarına əsasən, X19, X20, X21, X14, X17, X6 adına verilmiş JN-237 (Kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının, JN-237A (Kod ********) nömrəli, JN- 237F (Kod ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamələrin onlara aid hissədə onlara, yəni Ərizəçi1, Ərizəçi3, Ərizəçi4, Behbudova (Mustafayeva) Əmanət Ərzuman qızına və Muradlı (Mustafayeva) Şəfayət Ərzuman qızına məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, ölkədə aparılan torpaq islahatı zamanı Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən X19, X20, X21, X14, X17, X8 Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 2,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əvəzsiz olaraq verilib, lakin mülkiyyət hüququnu təsdiq edən JN-237 (kod:********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktında Ərizəçi1 səhvən adı “Ərziman”, X1 adı “Nəcibət”, ata adı “Nəcəf”, Ərizəçi4 Ərziman qızının səhvən adı “Şəfəqət”, ata adı “Ərziman”, Behbudova (Mustafayeva) Əmanət Ərzuman qızının səhvən ata adı “Ərziman”, Muradlı (Mustafayeva) Şəfayət Ərzuman qızının səhvən ata adı “Ərziman” kimi qeyd olunmuşdur. Həmçinin, Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən X19, X20, X21, X14, X17, X8 Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi əvəzsiz olaraq verilmiş, lakin mülkiyyət hüququnu təsdiq edən JN- 237A (kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə Ərizəçi1 səhvən adı “Ərziman”, X1 adı “Nəcibət”, ata adı “Nəcəf”, Ərizəçi4 Ərziman qızının səhvən adı “Şəfəqət”, ata adı “Ərziman”, Behbudova (Mustafayeva) Əmanət Ərzuman qızının səhvən ata adı “Ərziman”, Muradlı (Mustafayeva) Şəfayət Ərzuman qızının səhvən ata adı “Ərziman” kimi qeyd olunmuşdur. Həmçinin, Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən onların istifadələrində olan və Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 1,27 ha həyətyanı torpaq sahəsi əvəzsiz olaraq onların mülkiyyətlərinə verilmiş, lakin mülkiyyət hüququnu təsdiq edən JN-237F (kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə Ərizəçi1 səhvən adı “Ərziman”, X1 adı “Nəcibət”, ata adı “Nəcəf”, Ərizəçi4 Ərziman qızının səhvən adı “Şəfəqət”, ata adı “Ərziman”, Behbudova (Mustafayeva) Əmanət Ərzuman qızının səhvən ata adı “Ərziman”, Muradlı (Mustafayeva) Şəfayət Ərzuman qızının səhvən ata adı “Ərziman” kimi qeyd olunmuşdur. Nə onlar, nə də ailə üzvlərinin heç biri uzun illər buna əhəmiyyət verməmişlər, lakin torpağın sənədlərini hazırlayıb Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışlar. Bununla bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etsə də, həmin idarə tərəfindən ünvanlanmış 17 noyabr 2021-ci il tarixli, **********10 nömrəli məktubda göstərilmişdir ki, torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi İdarəsinin səlahəiyyətində deyil və bununla bağlı məhkəməyə müraciət etməli olması tövsiyyə olunmuşdur. Şəxsiyyətlərini təsdiq edən şəxsiyyət vəsiqələrində, “doğum haqqında şəhadətnamə”lərdə, “Nikah haqqında şəhadətnamə”də, sürücülük vəsiqəsində soyadları, adları və ata adları düzgün qeyd edilmişdir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi4, Ərizəçi2 və Ərizəçi5 ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN–237F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın 05 fevral 1999-cu il tarixli, 03 saylı qərarına əsasən X11, X12, X13, X7, X10 və X6 birgə mülkiyyətinə JN–237F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 1,27 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN–237A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın 05 fevral 1999-cu il tarixli, 03 saylı qərarına əsasən X11, X12, X13, X7, X10 və X6 birgə mülkiyyətinə JN–237A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,06 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN–237 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-nın 05 fevral 1999-cu il tarixli, 03 saylı qərarına əsasən X11, X12, X13, X7, X10 və X6 birgə mülkiyyətinə JN–237 nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 2,17 ha torpaq sahəsi verilmişdir. İşdə olan «Doğum haqqında» şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, ərizəçilərin soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi1, Ərizəçi3, Ərizəçi4, X15 və X18. Ərizəçilərin işdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, onların soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi1, Ərizəçi3, Ərizəçi4, Ərizəçi2 və Ərizəçi5. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Nic qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 noyabr 2021-ci il tarixli, 1017 nömrəli arayışdan görünür ki, JN-237F kod 40600068, JN-237A kod ******* “Torpağın mülkiyyətə verilməsinə dair” şəhdətnamələrdə və JN-237 kod 40600068 dövlət aktında Ərizəçi3 əvəzinə texniki səhv olaraq X4 yazılmışdır. Qəbələ rayonu Nic qəsəbəsində X21 adında şəxs yaşamır və qeydiyyatda yoxdur. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Nic qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 noyabr 2021-ci il tarixli, 1061 nömrəli arayışdan görünür ki, JN-237 kod 40600068 dövlət aktında Ərizəçi1 əvəzinə texniki səhv olaraq X5 yazılmışdır. Qəbələ rayonu Nic qəsəbəsində X19 adında şəxs yaşamır və qeydiyyatda yoxdur. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Nic qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 noyabr 2021-ci il tarixli, 1062 nömrəli arayışdan görünür ki, JN-237 kod 40600068 dövlət aktında Ərizəçi4 əvəzinə texniki səhv olaraq Ərizəçi4 Ərziman qızı kimi yazılmışdır. Qəbələ rayonu Nic qəsəbəsində Ərizəçi4 Ərziman qızı adında şəxs yaşamır və qeydiyyatda yoxdur. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Nic qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 noyabr 2021-ci il tarixli, 1063 nömrəli arayışdan görünür ki, JN-237 kod 40600068 dövlət aktında Behbudova (Mustafayeva) Əmanət Ərzuman qızı əvəzinə texniki səhv olaraq X3 yazılmışdır. Qəbələ rayonu Nic qəsəbəsində X17 adında şəxs yaşamır və qeydiyyatda yoxdur. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Nic qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 noyabr 2021-ci il tarixli, 1066 nömrəli arayışdan görünür ki, JN-237 kod 40600068 X31a (Muradlı) Şəfayət Ərzuman qızı əvəzinə texniki səhv olaraq X2 yazılmışdır. Qəbələ rayonu Nic qəsəbəsində X16 adında şəxs yaşamır və qeydiyyatda yoxdur. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Nic qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 noyabr 2021-ci il tarixli, 1067 nömrəli arayışdan görünür ki, 1996-2000-ci il tarixlərdə Ərizəçi1 X20, Ərizəçi3, Ərizəçi4, X15 və X18 ilə birgə torpaq islahatına getmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 17 noyabr 2021-ci il tarixli **********10 nömrəli məktubundan görünür ki, JN-237F, 237A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrdə, JN-237 nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKnın 05 fevral 1999-cu il tarixli, 03 saylı qərarlarına əsasən X11, X12, X13, X7, X10 və X6 birgə mülkiyyətlərinə verilmiş JN-237F nömrəli (kod:********) və JN-237A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrdə və JN-237 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında Ərizəçi1 səhvən adı “Ərziman”, ərizəçi X1 adı “Nəcibət”, ata adı “Nəcəf”, Ərizəçi4 Ərziman qızının səhvən adı “Şəfəqət”, ata adı “Ərziman”, ərizəçi Behbudova (Mustafayeva) Əmanət Ərzuman qızının səhvən ata adı “Ərziman”, ərizəçi Muradlı (Mustafayeva) Şəfayət Ərzuman qızının səhvən ata adı “Ərziman” kimi göstərilmişdir. Qeyd olunan şəhadətnamələrdə və dövlət aktında yalnışlıqlar aradan qaldırılmadan ərizəçilər həmin şəhadətnamələr və dövlət aktı üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməzlər. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Həmçinin məhkəmə, Ərizəçi2 soyadının əvvəlcə Mustafayeva, nikaha daxil olduğdan sonra Muradlı, Ərizəçi5 soyadının əvvəlcə Mustafayeva, nikaha daxil olduqdan sonra Behbudova olduğundan, bu məsələyə də məhkəmə münasibət bildirərək onların soyadlarının Muradlı (Mustafayeva), Behbudova (Mustafayeva) kimi qeyd olunmasını məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın 05 fevral 1999-cu il tarixli, 03 saylı qərarlarına əsasən X11, X12, X13, X7, X10 və X6 birgə mülkiyyətlərinə verilmiş JN-237F nömrəli (kod:********) və JN-237A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin və JN-237 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının Ərizəçi1, Ərizəçi3, Ərizəçi4, Behbudova (Mustafayeva) Əmanət Ərzuman qızına və Muradlı (Mustafayeva) Şəfayət Ərzuman qızına aid hissədə Ərizəçi1, Ərizəçi3, Ərizəçi4, Behbudova (Mustafayeva) Əmanət Ərzuman qızına və Muradlı (Mustafayeva) Şəfayət Ərzuman qızına məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-106/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-106/2022
19.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver