Məhkəmə qərarları › İş №2(025)-1062/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1062/2021

12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1062/2021 12.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi ilə İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-i cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.07.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********32267 olan Samsung Galaxy A50 markalı telefon üçün 216 (iki yüz on altı) manat önədilməmiş hissə, 64 (altmış dörd) manat dəbbə pulu Cavabdeh1 və zamin Cavabdeh2 müştərək qaydada; 13.11.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********99934 olan Samsung Galaxy A50 markalı telefon üçün 616 (altı yüz on altı) manat ödənilməmiş hissə, 184 (yüz səksən dörd) manat dəbbə pulu Cavabdeh1; 03.02.2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********21238 Samsung Galaxy A51 markalı telefon üçün 255 (iki yüz əlli beş) manat ödənilməmiş hissə, 76 (yetmiş altı) manat dəbbə pulu Cavabdeh1, ümumilikdə 1411 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə 12.07.2019-cu il, 13.11.2019-cu il, 03.02.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********32267 Samsung Galaxy A50 markalı telefon, İMEİ Kodu **********99934 Samsung Galaxy A50 markalı telefon, İMEİ Kodu **********21238 Samsung Galaxy A51 markalı telefon almış və nəticədə 1411 (min dörd yüz on bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 12.07.2019-cu il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 768 (yeddi yüz altmış səkkiz) manat (12 ay x 54 manat + 120 manat ilkin ödəniş) İMEİ Kodu **********32267 Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə, 280 (iki yüz səksən) manat olmaqla ondan, 216 (iki yüz on altı) manat ödənilməmiş hissə, 64 (altmış dörd) manat dəbbə pulu; 13.11.2019-cu il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 842 (səkkiz yüz qırx iki) manat (18 ay x 44 manat + 50 manat ilkin ödəniş) İMEİ Kodu **********99934 Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə 800 (səkkiz yüz) manat olmaqla ondan 616 (altı yüz on altı) manat ödənilməmiş hissə, 184 (yüz səksən dörd) manat dəbbə pulu; 03.02.2020-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 752 (yeddi yüz əlli iki) manat (2 ay x 254 manat 50 qəpik + 243 manat ilkin ödəniş) İMEİ Kodu **********21238 Samsung Galaxy A51 markalı telefon üçün ümumilikdə 331 (üç yüz otuz bir) manat olmaqla ondan 255 (iki yüz əlli beş) manat ödənilməmiş hissə, 76 (yetmiş altı) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1275 manat təşkil edir. Həmçinin müqavilənin təminatı olaraq 12.07.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış, zamin Cavabdeh2 "xxxx" MMC qarşısında alıcı Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və borcludur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50 %-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İddiaçı "xxxx" MMC-nin baş direktoru X1 məhkəməyə teleqram göndərərək, işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Cavabdeh1 həmçinin 70 327 57 97 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 20077339 nömrəli 03.02.2020-ci il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən "xxxx" MMC-i bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh1 bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Alıcı”ya aşağıda göstərilən şərtlərlə verir, “Alıcı” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: Samsung Galaxy A51. İş materiallarında olan 20077339 nömrəli 03.02.2020-ci il tarixli müqaviləyə Əlavədən (ödəniş cədvəli) görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh1 752 manat məbləği 2 aylıq, hər ay 254,5 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 01049047 nömrəli 13.11.2019-cu il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən "xxxx" MMC-i bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh1 bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Alıcı”ya aşağıda göstərilən şərtlərlə verir, “Alıcı” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: Samsung Galaxy A50. İş materiallarında olan 01049047 nömrəli 13.11.2019-cu il tarixli müqaviləyə Əlavədən (ödəniş cədvəli) görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh1 842 manat məbləği 44 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 00778217 nömrəli 12.07.2019-cu il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən "xxxx" MMC-i bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh1 bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Alıcı”ya aşağıda göstərilən şərtlərlə verir, “Alıcı” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: Samsung Galaxy A50. İş materiallarında olan 00778217 nömrəli 12.07.2019-cu il tarixli müqaviləyə Əlavədən (ödəniş cədvəli) görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh1 768 manat məbləği aylıq 54 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 00778217 nömrəli 12.07.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh2 əsas müqavilə üzrə alıcının "xxxx" MMC qarşısında öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüş və alıcı zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə, zamin "xxxx" MMC qarşısında alıcı ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 "xxxx" MMC-yə 12.07.2019-cu il tarixli müqavilə üzrə 216 manat önədilməmiş hissə, 64 manat dəbbə pulu, 13.11.2019-cu il tarixli müqavilə üzrə 616 manat ödənilməmiş hissə, 184 manat dəbbə pulu və 03.02.2020-ci il tarixli müqavilə üzrə 255 manat ödənilməmiş hissə, 76 manat dəbbə pulu, ümumilikdə 1411 manat kredit borcu vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 11.01.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 22.02.2021ci il tarixli arayışdan görünür ki, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş Cavabdeh1 Qəbələ rayonu, Bum qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 22.02.2021ci il tarixli arayışdan görünür ki, xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də 00778217 nömrəli 12.07.2019-cu il tarixli müqavilə üzrə zamin durmuş digər Cavabdeh2 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu 00778217 nömrəli 12.07.2019-cu il tarixli zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından 00778217 nömrəli 12.07.2019-cu il tarixli müqavilə üzrə cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, müqavilə üzrə əsas və cərimə borcu onlardan müştərək qaydada tutulmalıdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 20077339 nömrəli 03.02.2020-ci il tarixli, 01049047 nömrəli 13.11.2019-cu il tarixli və 00778217 nömrəli 12.07.2019-cu il tarixli müqavilələrin şərtləri Cavabdeh1 tərəfindən pozulmuş, müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilməmiş, cavabdehin 20077339 nömrəli 03.02.2020-ci il tarixli müqavilə üzrə əsas borcu 255 manat, 01049047 nömrəli 13.11.2019-cu il tarixli müqavilə üzrə əsas borcu 616 manat və 00778217 nömrəli 12.07.2019-cu il tarixli müqavilə üzrə əsas borcu 216 manat təşkil edir. Bu səbəbdən məhkəmə cavabdehdən 20077339 nömrəli 03.02.2020-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 255 manat, 01049047 nömrəli 13.11.2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 616 manat və 00778217 nömrəli 12.07.2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 216 manat tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin 20077339 nömrəli 03.02.2020-ci il tarixli müqavilə üzrə 255 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 76 manat dəbbə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 25 manata endirilməli; 01049047 nömrəli 13.11.2019-cu il tarixli müqavilə üzrə 616 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 184 manat dəbbə pulu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 61 manata endirilməli; 00778217 nömrəli 12.07.2019-cu il tarixli müqavilə üzrə 216 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 64 manat dəbbə pulu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 16 manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdehlər (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh2 müştərək qaydada 12.07.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********32267 olan Samsung Galaxy A50 markalı telefon üçün ödənilməmiş 216 (iki yüz on altı) manat əsas borc, 21 (iyirmi bir) manat dəbbə pulu, ümumilikdə 237 (iki yüz otuz yeddi) manat borc; cavabdeh (borclu) Cavabdeh1 13.11.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********99934 olan Samsung Galaxy A50 markalı telefon üçün 616 (altı yüz on altı) manat ödənilməmiş hissə, 61 (altmış bir) manat dəbbə pulu, ümumilikdə 677 (altı yüz yetmiş yeddi) manat borc; cavabdeh (borclu) Cavabdeh1 03.02.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********21238 olan Samsung Galaxy A51 markalı telefon üçün 255 (iki yüz əlli beş ) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat dəbbə pulu, ümumilikdə 280 (iki yüz səksən) manat borc və 30 (otuz) manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh2 müştərək qaydada 12.07.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********32267 olan Samsung Galaxy A50 markalı telefon üçün ödənilməmiş 216 (iki yüz on altı) manat əsas borc, 21 (iyirmi bir) manat dəbbə pulu, ümumilikdə 237 (iki yüz otuz yeddi) manat borc; Cavabdeh (borclu) Cavabdeh1 13.11.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********99934 olan Samsung Galaxy A50 markalı telefon üçün 616 (altı yüz on altı) manat ödənilməmiş hissə, 61 (altmış bir) manat dəbbə pulu, ümumilikdə 677 (altı yüz yetmiş yeddi) manat borc; Cavabdeh (borclu) Cavabdeh1 03.02.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********21238 olan Samsung Galaxy A51 markalı telefon üçün 255 (iki yüz əlli beş ) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat dəbbə pulu, ümumilikdə 280 (iki yüz səksən) manat borc və 30 (otuz) manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar