Məhkəmə qərarları › İş №2(025)-1062/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1062/2022

21.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1062/2022 21.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçilər Ərizəçi2, Ərizəçi3, X13, Ərizəçi1 (eyni zamanda digər ərizəçilər Ərizəçi4 və X9 etibarnamə üzrə nümayəndəsi) iştirakları ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, X13 və X9 maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, X27 və X19 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1999-cu il tarixli 04 nömrəli qərarına əsasən, X28, X29, X32, X20, X21, X10, X22 və X14 adına verilmiş JN-329F (kod:********) nömrəli, JN-329H (kod:********) nömrəli, JN-329G (kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamələrin və JN-329 (kod:********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının bizə aid hissədə bizə, yəni X23, Ərizəçi3 Qamletoviçə, Ərizəçi1, Ərizəçi4, X15, Kumsiyeva (Çotari) Kristina Ernestiyə, həmçinin mərhum ailə üzvlərimiz X7 və X30 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 21 sentyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında ərizəçilər Ərizəçi2, Ərizəçi3, X27, Ərizəçi1 (eyni zamanda digər ərizəçilər Ərizəçi4 və X9 etibarnamə üzrə nümayəndəsi) məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1999-cu il tarixli 04 nömrəli qərarına əsasən, X28, X29, X32, X20, X21, X10, X22 və X14 adına verilmiş JN-329B (kod:********) nömrəli, JN-329F (kod:********) nömrəli, JN-329H (kod:********) nömrəli, JN-329G (kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamələrin və JN-329 (kod:********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının onlara aid hissədə onlara, yəni X23, Ərizəçi3 Qamletoviçə, Ərizəçi1, Ərizəçi4, X15, Kumsiyeva (Çotari) Kristina Ernestiyə, həmçinin mərhum ailə üzvləri X7 və X30 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşin faktiki halları: Ərizəçilər tələblərini onunla əsaslandırmışlar ki, ölkədə aparılan torpaq islahatı zamanı Qəbələ rayon AİK-in 25 fevral 1999-cu il tarixli 04 nömrəli qərarına əsasən, X28, X29, X32, X20, X21, X10, X22 və X24 Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,36 ha həyətyanı torpaq sahəsi əvəzsiz olaraq verilib, lakin mülkiyyət hüququnu təsdiq edən JN-329F (kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» X16 Mexakovnanın səhvən soyadı “Şirvani”, adı “Rimma”, ata adı “Mixailovna”, X13 səhvən adı “Hamlet”, X5 səhvən soyadı “Şirvani”, ata adı “Yegişovna”, Ərizəçi3 Qamletoviçin səhvən soyadı “Şirvani”, ata adı “Qamletoviç”, Ərizəçi1 Qamletovnanın səhvən soyadı “Şirvani”, ata adı “Hamletovna”, X8 səhvən soyadı “Şirvari”, ata adı “Hamletovna”, Ərizəçi4 səhvən adı “Şirvani”, ata adı “Hamletovna”, X9 səhvən soyadı “Şirvani”, ata adı “Hamletoviç”, Kumsiyeva (Çotari) Kristina Ernestinin səhvən soyadı “Çetari” kimi qeyd edilmişdir. Həmçinin Qəbələ rayon AİK-in 25 fevral 1999-cu il tarixli 04 nömrəli qərarına əsasən, X28, X29, X32, X20, X21, X10, X22 və X24 Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,37 ha həyətyanı torpaq sahəsi əvəzsiz olaraq verilib, lakin mülkiyyət hüququnu təsdiq edən JN-329H (kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» X16 Mexakovnanın səhvən soyadı “Şirvani”, adı “Rimma”, ata adı “Mixailovna”, X13 səhvən adı “Hamlet”, X5 səhvən soyadı “Şirvani”, ata adı “Yegişovna”, Ərizəçi3 Qamletoviçin səhvən soyadı “Şirvani”, ata adı “Qamletoviç”, Ərizəçi1 Qamletovnanın səhvən soyadı “Şirvani”, ata adı “Hamletovna”, X8 səhvən soyadı “Şirvari”, ata adı “Hamletovna”, Ərizəçi4 səhvən adı “Şirvani”, ata adı “Hamletovna”, X9 səhvən soyadı “Şirvani”, ata adı “Hamletoviç”, Kumsiyeva (Çotari) Kristina Ernestinin səhvən soyadı “Çetari” kimi qeyd edilmişdir. Həmçinin Qəbələ rayon AİK-in 25 fevral 1999-cu il tarixli 04 nömrəli qərarına əsasən, X28, X29, X32, X20, X21, X10, X22 və X24 Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 1,16 ha həyətyanı torpaq sahəsi əvəzsiz olaraq verilib, lakin mülkiyyət hüququnu təsdiq edən JN-329G (kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» X16 Mexakovnanın səhvən soyadı “Şirvani”, adı “Rimma”, ata adı “Mixailovna”, X13 səhvən adı “Hamlet”, X5 səhvən soyadı “Şirvani”, ata adı “Yegişovna”, Ərizəçi3 Qamletoviçin səhvən soyadı “Şirvani”, ata adı “Qamletoviç”, Ərizəçi1 Qamletovnanın səhvən soyadı “Şirvani”, ata adı “Hamletovna”, X8 səhvən soyadı “Şirvari”, ata adı “Hamletovna”, Ərizəçi4 səhvən adı “Şirvani”, ata adı “Hamletovna”, X9 səhvən soyadı “Şirvani”, ata adı “Hamletoviç”, Kumsiyeva (Çotari) Kristina Ernestinin səhvən soyadı “Çetari” kimi qeyd edilmişdir. Həmçinin Qəbələ rayon AİK-in 25 fevral 1999-cu il tarixli 04 nömrəli qərarına əsasən, X28, X29, X32, X20, X21, X10, X22 və X24 Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 2,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əvəzsiz olaraq verilib, lakin mülkiyyət hüququnu təsdiq edən JN-329 (kod:********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktında X26 səhvən soyadı “Şirvani”, adı “Rimma”, ata adı “Mixailovna”, X13 səhvən adı “Hamlet”, X5 səhvən soyadı “Şirvani”, ata adı “Yegişovna”, Ərizəçi3 Qamletoviçin səhvən soyadı “Şirvani”, ata adı “Qamletoviç”, Ərizəçi1 Qamletovnanın səhvən soyadı “Şirvani”, ata adı “Hamletovna”, X8 səhvən soyadı “Şirvari”, ata adı “Hamletovna”, Ərizəçi4 səhvən adı “Şirvani”, ata adı “Hamletovna”, X9 səhvən soyadı “Şirvani”, ata adı “Hamletoviç”, Kumsiyeva (Çotari) Kristina Ernestinin səhvən soyadı “Çetari” kimi qeyd edilmişdir. Nə onlar, nə də ailə üzvləri heç biri uzun illər buna əhəmiyyət verməmişlər, lakin torpağın sənədlərini hazırlayıb Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışlar. Bununla bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etsələr də, həmin idarə tərəfindən ünvanlanmış 22 fevral 2022-ci il tarixli, **********23 nömrəli məktubda göstərilmişdir ki, torpaq sahəsinə dair hüquq müəyyən edici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi İdarəsinin səlahiyyətində deyil və bununla bağlı məhkəməyə müraciət etməli olmaqları tövsiyyə olunmuşdur. Şəxsiyyətlərini təsdiq edən şəxsiyyət vəsiqələrində, “doğum haqqında şəhadətnamə”lərdə, “Nikah haqqında şəhadətnamə”lərdə soyadları, adları və ata adları düzgün qeyd edilmişdir. Həmçinin mərhum ailə üzvləri X17 xx.xx.2014-cü ildə “Baş beyin daxili qansızma” səbəbindən, X36 isə xx.xx.2006-cı ildə “Uşaqlığın xərçəngi” səbəbindən vəfat etmişlər. Onların da Doğum və Ölüm haqqında şəhadətnamələrdə adları düzgün olaraq X17 və X36 kimi qeyd edilmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında ərizəçilər Ərizəçi2, Ərizəçi3, X27 və Ərizəçi1 (eyni zamanda digər ərizəçilər Ərizəçi4 və X9 etibarnamə üzrə nümayəndəsi) ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri və ərizəçilərin etibarnamə üzrə nümayəndəsini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: Belə ki, işdə olan JN-329G (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.1999-cu il tarixli 04 nömrəli qərarına əsasən X28, X29, X32, X20, X21, X10, X22 və X14 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Nic kəndində 1,16 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-329H (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.1999-cu il tarixli 04 nömrəli qərarına əsasən X28, X29, X32, X20, X21, X10, X22 və X14 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Nic kəndində 0,37 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-329F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.1999-cu il tarixli 04 nömrəli qərarına əsasən X28, X29, X32, X20, X21, X10, X22 və X14 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Nic kəndində 0,36 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-329B (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.1999-cu il tarixli 04 nömrəli qərarına əsasən X28, X29, X32, X20, X21, X10, X22 və X14 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Nic kəndində 0,76 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-329 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-nın 25 fevral 1999-cu il tarixli, 04 saylı qərarına əsasən X28, X29, X32, X20, X21, X10, X22 və X14 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Nic kəndində 2,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Nic qəsəbə İnzibati Ərazi Vahidliyi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, AZ-İ seriyalı, 198621 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X36 xx.xx.2006-ci il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2006-ci ildə 21 № ilə qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Nic qəsəbə İnzibati Ərazi Vahidliyi tərəfindən verilmiş xx.xx.2014-cu il tarixli, AZ-İ seriyalı, 693237 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X17 xx.xx.2014-cu il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cu ildə 32 № ilə qeyd edilmişdir. İşdə olan Qəbələ rayon VVAQ şöbəsi tərəfindən verilmiş 09 aprel 1997-ci il tarixli, XX- ЖГ seriyalı, 375756 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “X11” kimi qeyd edilmişdir. İşdə olan xx.xx.2013-cu il tarixli, AZ-İ seriyalı, 817345 №-li «Nikah haqqında» şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 ilə Çotari KristinaErnestinin 19 aprel 2013-cü ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 11 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Kumsiyev, arvada Kumsiyeva soyadı verilmişdir. İşdə olan ərizəçilərə aid şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, ərizəçilərin ad, soyad və ata adı “Ərizəçi1”, “Ərizəçi2”, “Ərizəçi3”, “Ərizəçi4”, “X27” və “X19” kimi qeyd edilmişdir. İşdə olan «Doğum haqqında» şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, ərizəçilərin soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi3 Hamletov, Ərizəçi1, Ərizəçi2 və X27. İşdə olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 22 fevral 2022-ci il tarixli **********23 nömrəli məktubundan görünür ki, JN-329 nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Nic qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 mart 2022-ci il tarixli, 225 nömrəli arayışda göstərilmişdir ki, Kumsiyeva (Çotari) Kristina Ernestinin adı, soyadı və atasının adı Kumsiyeva (Çotari) Kristina Ernesti olduğu halda JN: 329 KOD 40600068-li “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktında və JN-329B KOD40600068, JN-329H KOD40600068, JN-329G KOD40600068 və JN-329F KOD40600068-li nömrəli “Torpağın mülkiyyət verilməsinə dair” şəhadətnamələrdə X33 kimi yazılmışdır. Qəbələ rayonu Nic qəsəbəsində X33 adında şəxs yaşamır və qeydiyyatda yoxdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Nic qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 mart 2022-ci il tarixli, 224 nömrəli arayışda göstərilmişdir ki, X18 adı, soyadı və atasının adı X4 halda JN: 329 KOD 40600068-li “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktında və JN-329B KOD40600068, JN-329H KOD40600068, JN-329G KOD40600068 və JN-329F KOD40600068-li nömrəli “Torpağın mülkiyyət verilməsinə dair” şəhadətnamələrdə X34 kimi yazılmışdır. Qəbələ rayonu Nic qəsəbəsində X34 adında şəxs yaşamır və qeydiyyatda yoxdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Nic qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 mart 2022-ci il tarixli, 223 nömrəli arayışda göstərilmişdir ki, X12 adı, soyadı və atasının adı X2 halda JN: 329 KOD 40600068-li “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktında və JN-329B KOD40600068, JN-329H KOD40600068, JN-329G KOD40600068 və JN-329F KOD40600068-li nömrəli “Torpağın mülkiyyət verilməsinə dair” şəhadətnamələrdə X22 kimi yazılmışdır. Qəbələ rayonu Nic qəsəbəsində X22 adında şəxs yaşamır və qeydiyyatda yoxdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Nic qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 mart 2022-ci il tarixli, 222 nömrəli arayışda göstərilmişdir ki, X5 adı, soyadı və atasının adı X1 halda JN: 329 KOD 40600068-li “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktında və JN-329B KOD40600068, JN-329H KOD40600068, JN-329G KOD40600068 və JN-329F KOD40600068-li nömrəli “Torpağın mülkiyyət verilməsinə dair” şəhadətnamələrdə X32 kimi yazılmışdır. Qəbələ rayonu Nic qəsəbəsində X32 adında şəxs yaşamır və qeydiyyatda yoxdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Nic qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 mart 2022-ci il tarixli, 221 nömrəli arayışda göstərilmişdir ki, X26 adı, soyadı və atasının adı X6 halda JN: 329 KOD 40600068-li “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktında və JN-329B KOD40600068, JN-329H KOD40600068, JN-329G KOD40600068 və JN-329F KOD40600068-li nömrəli “Torpağın mülkiyyət verilməsinə dair” şəhadətnamələrdə X28 kimi yazılmışdır. Qəbələ rayonu Nic qəsəbəsində X28 adında şəxs yaşamır və qeydiyyatda yoxdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Nic qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 mart 2022-ci il tarixli, 220 nömrəli arayışda göstərilmişdir ki, Ərizəçi1 adı, soyadı və atasının adı Ərizəçi1 olduğu halda JN: 329 KOD 40600068-li “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktında və JN-329B KOD40600068, JN-329H KOD40600068, JN-329G KOD40600068 və JN-329F KOD40600068-li nömrəli “Torpağın mülkiyyət verilməsinə dair” şəhadətnamələrdə X21 kimi yazılmışdır. Qəbələ rayonu Nic qəsəbəsində X21 adında şəxs yaşamır və qeydiyyatda yoxdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Nic qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 mart 2022-ci il tarixli, 218 nömrəli arayışda göstərilmişdir ki, Ərizəçi4 adı, soyadı və atasının adı Ərizəçi4 olduğu halda JN: 329 KOD 40600068-li “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktında və JN-329B KOD40600068, JN-329H KOD40600068, JN-329G KOD40600068 və JN-329F KOD40600068-li nömrəli “Torpağın mülkiyyət verilməsinə dair” şəhadətnamələrdə X10 kimi yazılmışdır. Qəbələ rayonu Nic qəsəbəsində X10 adında şəxs yaşamır və qeydiyyatda yoxdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKnın 25 fevral 1999-cu il tarixli, 04 saylı qərarlarına əsasən X28, X29, X32, X20, X21, X10, X22 və X14 birgə mülkiyyətlərinə verilmiş JN-329G, JN-329H, JN-329F və JN-329B nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin və JN-329 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında ərizəçi X26 səhvən soyadı “Şirvani”, adı “Rimma”, ata adı “Mixailovna”, ərizəçi X13 səhvən adı “Hamlet”, ərizəçi X5 səhvən soyadı “Şirvani”, ata adı “Yegişovna”, Ərizəçi3 Qamletoviçin səhvən soyadı “Şirvani”, ata adı “Qamletoviç”, Ərizəçi1 Qamletovnanın səhvən soyadı “Şirvani”, ata adı “Hamletovna”, ərizəçi X8 səhvən soyadı “Şirvari”, ata adı “Hamletovna”, Ərizəçi4 səhvən adı “Şirvani”, ata adı “Hamletovna”, ərizəçi X9 səhvən soyadı “Şirvani”, ata adı “Hamletoviç”, ərizəçi Kumsiyeva (Çotari) Kristina Ernestinin səhvən soyadı “Çetari” kimi qeyd edilmişdir. Lakin ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, X23 və X15 aid şəxsiyyət vəsiqələrində, doğum və nikah haqqında şəhadətnamələrdə düzgün olaraq ad, soyad və ata adları Ərizəçi3 Hamletov, Ərizəçi1, Ərizəçi2 və X27 kimi göstərilmişdir. Eyni zamanda mərhumlar X7 və X30 məxsus ölüm haqqında şəhadətnamələrdə onların ad, soyad və ata adları düzgün olaraq X17 və X36 kimi göstərilmişdir. Qeyd olunan şəhadətnamələrdə və dövlət aktında yalnışlıqlar aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamələr və dövlət aktı üzrə vərəsəlik, mülkiyyət və s. hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın 25 fevral 1999-cu il tarixli, 04 saylı qərarlarına əsasən X28, X29, X32, X20, X21, X10, X22 və X14 birgə mülkiyyətlərinə verilmiş JN-329G, JN-329H, JN-329F və JN-329B nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin və JN-329 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının X23, Ərizəçi3 Qamletoviçə, Ərizəçi1, Ərizəçi4, X15, Kumsiyeva (Çotari) Kristina Ernestiyə və mərhumlar X7 və X30 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar