Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1064/2021 24.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, Ərizəçi (bacısı) Ərizəçi və maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X15 iştirakları ilə Ərizəçi maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 04 iyun 1961-ci il tarixində Qutqaşen (indiki Qəbələ) rayonu, Hacıalılı kəndində anadan olmuş, Qəbələ rayonu, Hacıalılı kəndində qeydiyyatda olan və yaşayan X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1963-cü il tarixində Qutqaşen (indiki Qəbələ) rayonu, Hacıalılı kəndində anadan olmuşdur. X4 14.10.1969-cu il tarixində mexaniki asfiksiyası ilə tənəffüs yollarının tutulmasından və anası X5 10.02.2007-ci il tarixində kəskin ürək-damar çatışmamazlığından vəfat etmişlər. Ailədə 3 bacı və 2 qardaş olmuşlar. X1 04 iyun 1961-ci il tarixində Qutqaşen (indiki Qəbələ) rayonu, Hacıalılı kəndində anadan olmuş, ailəli olmamış, 1998-ci il tarixindən fiziki qüsurlu və əqli geriliyi olan şəxs olmuşdur. Müayinə zamanı Tibbi-Sosial Ekspert Komissiyasının diaqnozu ilə onda şizofreniya, paranoid forma olmaqla, əmək qabiliyyətini itirdiyinə görə müddətsiz, İİ dərəcəli əlillik təyin olunmuşdur. Hal-hazırda onda psixo-fiziki gerilik, yaddaş və davranış pozğunluqları yaranmışdır ki, xəstəliyinə görə özünü sərbəst idarə edə bilmir və ona baxaraq qulluq göstərir. X12 xəstəlikləri ilə əlaqədar öz hərəkətlərini tənzimləyə bilmədiyindən başqa şəxsin köməyinə və qayğısına daim ehtiyacı vardır. Bəzi hallarda onun tərəfindən hüquqmüəyyənedici sənədlərin imzalanması zərurəti yarandığından bir sıra çətinliklərlə üzləşirlər. Odur ki, bacısı X3 xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşməməsinə görə onun fəaliyyət qabiliyyəti olmaması barədə qərar verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verib, ərizəni müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X20 müvafiq qətnamənin qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Qəbələ rayon Hacallı kənd İƏN-yi tərəfindən verilmiş 23.06.2021-ci il tarixli, AZ-T seriyalı, 156607 №-li doğum haqqında şəhadətnamənin təkrarından surətindən görünür ki, X10 xx.xx.1963-cü il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 29.12.1963-cü ildə 107 № ilə qeyd edilmişdir. X4, anası X2r. İş materiallarında olan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin saytından çıxarışdan görünür ki, X10 “şizofreniya, paranoid forma” diaqnozu ilə müddətsiz İİ qrup əlildir. İş materiallarında olan 551 nömrəli ambulator xəstənin tibbi kartasında olan 1 nömrəli Şəhər Klinik Xəstəxanasının çıxarışından görünür ki, X10 07.01.1999-cu il tarixdən 16.03.1999-cu il tarixədək həmin xəstəxanın psixosomatika şöbəsində “Şizofreniya paranoid forma. Sol qasıq sarğısının, sağ bud yuxarı 3/1 hissəsinin yanığı” diaqnozu ilə müalicədə olub, PND-nin nəzarətinə yazılıb. İş materiallarında olan TSEK-in elektron arayışından görünür ki, X10 13.11.2008-ci il tarixdə müayinədə olmuş və ona “Şizofreniya paranoid forma” diaqnozu ilə İİ dərəcəli əlillik təyin edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(025)-1064/2021 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, iş üzrə rəy verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə göndərilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: X10 hər-hansı bir psixi xəstəlikdən əzab çəkirmi? X6 öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas varmı? Yoxlanılan şəxs 04.06.1961ci ildə Qəbələ rayonunun Hacıalılı kəndində anadan olmuşdur. İrsiyyəti psixi xəstəliklə ağırlaşıb. Qohumları arasında psixi xəstəlikdən əziyyət çəkənlər olub. Normal böyüyüb inkişaf edib. Orta məktəbə vaxtında gedib. 10-cu sinif bitirib. Subaydır. Mağazada satıcı işləyib. 1998-ci ildən psixi xəstəlikdən əziyyət çəkir. 1 saylı Şəhər Klinik Xəstəxanasının psixosomatika şöbəsində müalicədə olub. Mülki işdə olan 551 nömrəli ambulator xəstənin tibbi kartasında olan 1 nömrəli Şəhər Klinik Xəstəxanasının çıxarışından məlum olur ki, X10 07.01.1999-cu il tarixdən 16.03.1999-cu il tarixədək həmin xəstəxanın psixosomatika şöbəsində “Şizofreniya paranoid forma. Sol qasıq sarğısının, sağ bud yuxarı 3/1 hissəsinin yanığı” diaqnozu ilə müalicədə olub, PND-nin nəzarətinə yazılıb. Mülki işdə olan TSEK-in elektron arayışından məlum olur ki, X10 13.11.2008-ci il tarixdə müayinədə olmuş və ona “Şizofreniya paranoid forma” diaqnozu ilə İİ dərəcəli əlillik təyin edilmişdir. Bunları nəzərə alaraq belə qərara gəlir ki, X7 ŞİZOFRENİYA PARANOİD FORMA (F20.0) xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlar – 1998-ci ildən psixi xəstəlikdən əziyyət çəkməsi, 1 saylı Şəhər Klinik Xəstəxanasının psixosomatika şöbəsində müalicədə olması, Psixonevroloji Dispanserdə qeydiyyatda olması, xəstəliyi ilə əlaqədar İİ qrup əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər – ünsiyyətdə formal daxil olması, eşitmə hallüsinasiyalar haqqında məlumat verməsi, təfəkkürünün paroloqik olması, autikliyi, sayıqlama fikirləri aşkar etməsi, maraq dairəsinin məhdudluğu, emosional-iradi sferasının enməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar var. Buna görə də X10 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları,ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X18 Hüquqi Şəxsinin 25.08.2021-ci il tarixli, 1934 saylı rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, X6 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçi X11 aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 04.06.1961-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 04.06.1961-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1064/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1064/2021
24.09.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver