Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-107/2023 14.03.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi X7 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçi X7 nümayəndəsi X9 iştirakı ilə, Ərizəçi X7 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin halları Ərizəçi X14 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, X6 adına verilmiş JN-1303 saylı, kodu 40600048 olan «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının və JN-1147A saylı, kodu 40600048 olan «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ona, yəni Salmanova (Qasımova) Müşfiqə Ənvər qızına məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş. Ərizə onunla əsaslandırılmışdır ki, Qəbələ rayon AİK-nin xx.xx.1998-ci il tarixli 19 saylı qərarı ilə verilmiş JN-1303 saylı kodu 40600048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında və JN-1147 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilmiş hüquq sahibinin adı siyahısında hər iki sənəd üzrə 1-ci sırada X7 adı texniki səhv olaraq Müşfiqə əvəzinə “Müşkünaz” kimi qeyd edilmişdir. Mülkiyyətinə verilmiş 0.32 ha və 0.08 ha torpaq sahələrinə yeni mülkiyyət sənədlərinin (çıxarış) alınması məqsədilə DƏDRX-nin 9 saylı Qəbələ Ərazi idarəsinə müraciət edərkən məlum olmuşdur ki, JN- 1303 saylı Dövlət aktında və JN-1147 A saylı şəhadətnamədə adı texniki səhv olaraq Müşfiqə əvəzinə “Muşkinaz” kimi qeyd edilmişdir. Adının JN- 1303 saylı Dövlət aktında və JN-1147 A saylı şəhadətnamədə Müşfiqə əvəzinə “Müşkinaz” kimi qeyd edilməsi səbəbindən əməliyyat aparılması mümkün olmamışdır. Qeyd edilən sənədlərdəki texniki səhvlər hesab edir ki, məhkəmə qaydasında düzəliş edilməlidir. P Rus ********* saylı pasportda Salmanova (Qasımova) Müşfiqə Ənvər qızının adı düzgün olaraq Müşfiqə kimi qeyd edilmişdir. AZ № ******* saylı doğum haqqında şəhadətnamədə adı düzgün olaraq Müşfiqə kimi qeyd edilmişdir. İV ЖГ № 476579 saylı nikahın bağlanması haqqında şəhadətnamədə adı düzgün olaraq “Müşkünaz” kimi yox Müşfiqə kimi qeyd edilmişdir. Vəndam qəsəbə İƏD üzrə nümayəndəliyin xx.xx.2022-ci il tarixli 1584 saylı arayışında JN-1147 saylı kodu ******* Dövlət aktında qeyd olunmuş X2 Müşfiqə Ənvər qızı kimi oxunması göstərilmişdir. Vəndam qəsəbədə Salmanova Müşkünaz adlı şəxs qeydiyyatda olmayıb və hal-hazırda yaşamır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən ərizəçi X7 nümayəndəsi X16 ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-1303 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktından görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən X6 mülkiyyətinə 0.32 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-11470A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, X6 mülkiyyətinə 0.08 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayonun Vəndam kənd soveti tərəfindən verilmiş 28 aprel 1969-cu il tarixli АЗ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi X15 09 aprel 1969-cu ildə Qutqaşen rayon, Vəndam kəndində anadan olmuşdur. burada ərizəçi X7 tam adı “X17” olaraq qeyd olunmuşdur. İşdə olan P Rus ********* saylı pasportun surətindən görünür ki, ərizəçinin adı X15 olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayonun Vəndam kənd soveti tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli İV- ЖГ № 476579 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1988-ci il tarixdə X17 ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Salmanov, arvada Salmanova soyadı verilmişdir. X3 adı “Müşfiqə” olaraq qeyd olunmuşd İş materiallarına əlavə olunmuş Qəbələ rayonu Vəndam qəsəbə İ Ə D-si tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 1584 saylı arayışdan görünür ki, JN-1147 A (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında X7 adı səhv olaraq “X13” kimi göstərilmişdir. Qəbələ rayon Vəndam qəsəbəsində X13 adlı şəxs qeydiyyatda olmayıb və hal-hazırda yaşamır. İş materiallarına əlavə olunmuş Qəbələ rayonu Vəndam qəsəbə İ Ə D-si tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 1189 saylı arayışdan görünür ki, JN-1303 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» X1 adı səhv olaraq “X13” kimi göstərilmişdir. Qəbələ rayon Vəndam qəsəbəsində X13 adlı şəxs qeydiyyatda deyil və yaşamır. İş materiallarına əlavə olunmuş Qəbələ rayonu Vəndam qəsəbə İ Ə D-si tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 1585 saylı arayışdan görünür ki, X4 rayon Vəndam qəsəbəsində qohumu Vəndam qısıbı sakini X18 fərdi yaşayış evində müvəqqəti qeydiyyatdadır, hal-hazırda həmin evdə müvəqqəti yaşayır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin mülkiyyətinə 0.32 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-1303 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında və həmçinin 0.08 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahələrinin verilməsini təsdiq edən JN-11470A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə “X14” əvəzinə “X13” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-11470A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin və JN-1303 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının ərizəçi X11 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-107/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-107/2023
14.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver