Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1074/2022 05.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 saylı qərarı ilə onlara verilən “Torpağın mülkiyyətə verilməsinə dair" JN- 612F kod-40601004 nömrəli Şəhadətnamədə, X7 və Ərizəçi adına verilən şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001ci il tarixli 03 saylı qərarı ilə mərhum həyat yoldaşı X7 və ona (Ərizəçi) "Torpağın mülkiyyətə verilməsinə dair "JN-612F kod- 40601004 şahadətnaməsinə əsasən ümumilikdə 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. 13 sentyabr 2008-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlakını adıma rəsmiləşdirilməsini hüquqları Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və torpaq sahəsinə dair plan ölçü sənədinin hazırlanıb verilməsi üçün DƏDRX-nə müraciət olunmuş dur. Lakin DƏDRX-nə təqdim etdiyi sənədləri araşdırılarkən müəyyən olunmuşdur ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 saylı qərarı ilə onlara verilən "Torpağın mülkiyyətə verilməsinə dair" JN-612F kod-40601004 nömrəli şəhadətnamədə səhvən, "X7" əvəzinə "X4" "Ərizəçi" əvəzinə "Əfəndiyeva Səmayə" kimi qeyd olunmuşdur. Təqdim etdikləri sənədlərdə, şəxsiyyət vəsiqəsi ilə uyğunsuzluq olduğundan DƏDRX-nə etdikləri müraciətiə baxılmamış və sənədlər geri qaytarılmışdır. Bundan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə JN-3055F kod-40701004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə" şəxsiyyətini təsdiq edən sənəddəki soyadı ilə uyğun gəlmədiyini və həmin sənəddə olan səhvlərinin düzəldilməsi xahiş edilmişdir. Lakin etdikləri müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsnin xx.xx.2022-ci il tarixli **********10 nömrəli məktubu ilə "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə" soyadında olan yanlışlığın düzəldilməsi və yeni sənədin verilməsi Ərazi İdarəsinin səlahiyyəyinə aid olmadığı bildirilməklə bundan imtina edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etmir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-612F nömrəli 40601004 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx.xx.2001-ci il tarixli 03 nömrəli qərarına əsasən, X1 və Əfəndiyeva Səmayənin ümumi birgə mülkiyyətinə 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 aprel 2022-ci il tarixli 05/129 saylı Nikah haqqında arayışdan görünür ki, Ərizəçi 24 oktyabr 1961-ci ildə X7 ilə nikah bağlamışdır, nikah bağlandıqdan sonra ərə Əfəndiyev, arvada Teymurova soyadı verilmişdir. Bu sənəddə ərizəçinin ata adı “Ələskər qızı” kimi, ərizəçinin mərhum əri X3 adı “Məmmədhəsən” kimi qeyd olunmuşdur. İşdə olan Ərizəçi məxsus Yasamal RPİ tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZE № 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, bu sənəddə ərizəçinin soyadı “Teymurova”, ata adı “Ələskər qızı” kimi qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 20 sentyabr 2008-ci il tarixdə verilmiş AZ-İ 322134 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X7 13 sentyabr 2008-ci il tarixdə Qəbələ rayonunda vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədə mərhum X3 adı “Məmmədhəsən” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0,58 ha həyətyanı torpaq sahəsinin verilməsini təsdiq edən JN- 612F nömrəli 40601004 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində yalnışlığa yol verilərək, “Ərizəçi” əvəzinə “Əfəndiyeva Səmayə” kimi və “X7” əvəzinə “X5” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-612F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçi Teymurova (Əfəndiyeva) Səmayə Ələskər qızına və ərizəçinin mərhum əri – X6 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1074/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1074/2022
05.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver