Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-108/2022 04.03.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi (anası) Ərizəçi və maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 iştirakları ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 15 iyul 2003-cü ildə Qəbələ rayonu, Zarağan kəndində anadan olmuş, Şuşa rayonu, Şuşa şəhəri, N.Nərimanov küçəsi, ev 2, mənzil 14-də qeydiyyatda olan və Qəbələ rayonu, Zarağan-2, bina 2, mənzil 38-də yaşayan X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, X10 ilə 2001-ci ildə ailə qurmuş və nikahlarını 16.10.2001-ci il tarixdə rəsmiləşdirmişlər. Həyat yoldaşı 04.12.2006-cı il tarixində kəllə tağının sınması, kəllə əsas sınığı baş, beyin travmasından vəfat etmişdir. Birgə nikahlarından 2 övladları anadan olmuşdur. Uşaqlarından 15 iyul 2003-cü il təvəllüdlü X11 doğulan zaman qüsurlu olmuş, hal-hazırda xəstədir, özünü sərbəst idarə edə bilmir və ona baxaraq qulluq göstərir. X13 tibbi müayinələrinə görə kənar şəxslərin köməyinə ehtiyac olmaqla 1-ci dərəcəli müddətsiz əlil hesab olunmuşdur. O, xəstəlikləri ilə əlaqədar öz hərəkətlərini tənzimləyə bilmədiyindən başqa şəxsin köməyinə və qayğısına ehtiyacları vardır. Bəzi hallarda onun tərəfindən hüquqmüəyyənedici sənədlərin imzalanması zərurəti yarandığından bir sıra çətinliklərlə üzləşir. Odur ki, övladı X11 öz hərəkətlərinin mənasını başa düşməməsinə görə onun fəaliyyət qabiliyyəti olmaması barədə qərar verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verib, ərizəni müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X12 müvafiq qətnamənin qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Maraqlı şəxs Şuşa rayon İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə məumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Şuşa rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Qəbələ rayonu VVADQ şöbəsi tərəfindən verilmiş 06.06.2003-cü il tarixli, AZ-İ seriyalı, 359854 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 15.07.2003-cü il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 06.08.2003-cü ildə 13 № ilə qeyd edilmişdir. X2, anası Ərizəçidır. İş materiallarında olan Qəbələ rayonu VVADQ şöbəsi tərəfindən verilmiş 16.10.2001-ci il tarixli, AZ-İ seriyalı, 040237 №-li «Nikahın bağlanması haqqında» şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 ilə X1 16 oktyabr 2001-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 504 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Kərimov, arvada Kərimova soyadı verilmişdir. İş materiallarında olan “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” barədə Çıxarışdan görünür ki, “kvadroplegik spastik serebral iflic, Uşaq serebral iflici, tetraparetik forma, nitqin və əqli inkişafın ləngilməsi, qıcolma sindromu” diaqnozu ilə birinci dərəcəli əlildir. İş materiallarında olan “İlkin Hərbi Qeydiyyata Alınma Haqqında” 207008 nömrəli vəsiqənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız sayılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Şuşa Rayon İcra Hakimiyyəti Başçısının 29 oktyabr 2021-ci il tarixli, 109 nömrəli Sərəncamından Çıxarışdan görünür ki, vətəndaş xx.xx.1977-ci il təvəllüdlü Ərizəçi, övladı 15.07.2003-cü il təvəllüdlü X11 üzərində patronaj təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Qəbələ rayon Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 19 noyabr 2021-ci il tarixli, 3452 nömrəli arayışşdan görünür ki, Ərizəçi məcburi köçkün olmaqla Qəbələ rayon Zarağan-2 qəsəbəsində müvəqqəti yaşayır və ailə tərkibi X11 və X4 ibarətdir. Qəbələ Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2(025)-2047/2021 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, iş üzrə rəy verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə göndərilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: X11 hər-hansı bir psixi xəstəlikdən əzab çəkirmi? X11 öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas varmı? Yoxlanılan şəxs 15.07.2003-cü ildə Qəbələ rayonunun Zarağan kəndində anadan olmuşdur. Doğuş travması ilə anadan olub. Erkən yaşlarından kobud nevroloji əlamətlər və qıcolma tutmaları qeyd olunub. Psixofiziki inkişafda xeyli geri qalıb. Əqli geriliklə əlaqədar heç birtəhsil ala bilməyib. X3, X14, Rusiya Federasiyasında nevroloji xəstəxanada müalicədə olub. Mülki işdə olan TSEK-in elektron arayışından məlum olur ki, X11 12.08.2021-ci il tarixdə müayinədə olmuş və ona “Kvadroplegik spastik serebral iflic. USİ. tetraparetik forma, nitqin və əqli inkişafın ləngiməsi, qıcolma sindromu” diaqnozu ilə İ dərəcəli əlillik təyin edilmişdir. Yoxlanılan şəxs alçaq boyludur, onurğa sütununda skalioz tipli deformasiya qeyd olunur. Daxili orqanlar tərəfindən kobud patologiya aşkar edilmir. Bəbəklərin işığa reaksiyası normaldır. Mərkəzi sinir sistemi tərəfindən kobud üzvi əlamətlər qeyd edilir. Ətraflarında spastik tetraplegiya qeyd olunur. Kənar köməyi olmadan ayaq üstə dayana və otura bilmir. Zahirən passivdir. Bələdliyi özünə görə saxlanılıb. Zamana və məkana görə bələdliyi tam deyil, (orftəkta praktiki olaraq daxil olmur. Nitq qabiliyyəti praktiki olaraq inkişaf etməyib. Müraciətlərə zəif reaksiya verir. Sualların əksəriyyətini başa düşmür. Diqqətini cəmləşdirə bilmir. Əhvali-ruhiyyə fonu dayanıqsızdır. Davranışı şəraiətə qeyriadekvatdır. Yaddaş və intellekt funksiyaları aşağıdır. Elementar biliklərə malik deyil. Maraq dairəsi məhduddur. Keçirilən ekspertizanın məqsədini dərk etmir. Öz vəziyyətinə qarşı tənqidi yoxdur. X8 DƏRİN ƏQLİ GERİLİK UŞAQ SEREBRAL İFLİCİ NƏTİCƏSİNDƏ (F73) aşkar olunur. Bunu anamnestik məlumatlar - erkən yaşlarından nevroloji əlamətlərin qeyd olunması, psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, X3, X14, Rusiya Federasiyasında nevroloji xəstəxanalarda müalicə olunması, xəstəliyi ilə əlaqədar İ dərəcəli əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - bələdliyinin pozulması, sualları başa düşməməsi, əhvali-ruhiyyəsinin dayanıqsızlığı, maraq dairəsinin məhdudluğu, emosiyalarının qeyri-adekvatlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlirəm ki, X11 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X11 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X7 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Buna görə də X11 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları,ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 Hüquqi Şəxsinin 08.02.2022-ci il tarixli, 313 saylı rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, X7 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 15.07.2003-cü il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 15.07.2003-cü il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-108/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-108/2022
04.03.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver