Məhkəmə qərarları › İş №2(025)-1088/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1088/2020

22.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1088/2020 22.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 iştirakları ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in xx xxxxxx 1997-ci il tarixli, 26 nömrəli qərarına əsasən X7, X10, X8 və X2 adına verilmiş JN-286F nömrəli 40608018 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin onlara aid hissədə, yəni Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizəni onunla əsaslandırmışlar ki, Qəbələ rayonu Zarağan kəndində Aqrar İslahatları aparılarkən Qəbələ rayonu X5 xx xxxxxx 1997-ci il tarixli, 26 saylı qərarı ilə onlara, yəni ailə üzvlərinin mülkiyyətinə JN-286F nömrəli 40608018 kodlu şəhadətnamə əsasında 0,26 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhv olaraq soyadları Məmmədov, Məmmədova yazılmışdır. Soyadlarının Cavadov, Cavadova əvəzinə Məmmədov, Məmmədova yazılmasının səbəbini belə izah edə bilərlər ki, atalarının və analarının soyadları Məmmədov və Məmmədova olduğu üçün onlarında soyadları valideynlərinin soyadlarına uyğunlaşdıraraq qeyd ediblər. Bunun sadəcə texniki səhv olduğunu düşünürlər. Şəhadətnamədə soyadlarının səhv yazıldığına diqqət etməmişlər və bu yaxın vaxta qədər də heç maraqlanmamışlar. Lakin sənədləri alıb çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət edərkən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə soyadlarının səhv yazıldığından müvafiq sənədləşməni aparmaqları mümkün olmamışdır. Həmçinin onlara məxsus doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqələrində soyadları Cavadov və Cavadova kimi yazılmışdır. Hesab edirlər ki, bu səhv məhkəmə qaydasında düzəliş edilərək sənədin onlara, yəni Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması müəyyən edilməlidir. Həmçinin Ərizəçi2 və Ərizəçi3 nikaha daxil olaraq Cavadova soyadından çıxaraq ərlərinin soyadını qəbul etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-286F (Kod: 40608018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1997-ci il tarixli 26 nömrəli qərarına əsasən, X7, X8, X11 və X3 birgə mülkiyyətinə JN-286F (Kod: 40608018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,26 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qutqaşen rayonu Zarağan kənd soveti tərəfindən verilmiş xx xxxxxx 1982-ci il tarixli, İX-ЖГ seriyalı, 252185 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 xx xxxxxx 1982-ci ildə Qutqaşen rayonu Zarağan kəndində doğulmuşdur. İş materiallarında olan Qutqaşen rayonu Zarağan kənd soveti tərəfindən verilmiş xx xxxx 1979-cu il tarixli, Vİ-ЖГ seriyalı, 389724 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 xx xxxx 1979-cu ildə Qutqaşen rayonu Zarağan kəndində doğulmuşdur. İş materiallarında olan Qutqaşen rayonu Zarağan kənd soveti tərəfindən verilmiş xx xxxxxx 1990-cu il tarixli, Xİİİ-ЖГ seriyalı, 419475 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 xx xxxxxx 1990-cu ildə Qutqaşen rayonu Zarağan kəndində doğulmuşdur. İş materiallarında olan xx.xx.2004-cü il tarixli, AZ-İ seriyalı, 079157 №-li «Nikah haqqında» şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 ilə X4 xx xxxxxx 2004cü ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 03 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Atakişiyev, arvada Atakişiyeva soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, AZ-İİ seriyalı, 335168 №-li «Nikah haqqında» şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X1 ilə X6 xx xxxxxxx 2002-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 464 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Gülməmmədov, arvada Gülməmmədova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli **********08 nömrəli məktubundan görünür ki, JN-286F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Daşça kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 245 nömrəli arayışdan görünür ki, JN-286F (Kod: 40608018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə “X12” əvəzinə səhv olaraq soyad “Məmmədova” yazılmışdır. X4 ailə vəziyyəti subay olarkən Cavadova olmuşdur. Halhazırda ərinin soyadını – Atakişiyeva soyadını daşıyır. İş materiallarında olan Qəbələ rayon İHB-nın Daşça kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 95 nömrəli arayışdan görünür ki, JN-286F (Kod: 40608018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə “X14” əvəzinə səhv olaraq soyad “Məmmədova” yazılmışdır. X6 ailə vəziyyəti subay olarkən Cavadova olmuşdur. Halhazırda ərinin soyadını – Gülməmmədova soyadını daşıyır. İş materiallarında olan Qəbələ rayon İHB-nın Zarağan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 428 nömrəli arayışdan görünür ki, JN-286F (Kod: 40608018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə “Ərizəçi1” əvəzinə səhv olaraq soyad “Məmmədova” yazılmışdır. İş materiallarında olan Qəbələ rayon İHB-nın Zarağan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 427 nömrəli arayışdan görünür ki, Ərizəçi1 Qəbələ rayonu Zarağan kəndində qeydiyyatdadır və Zarağan kəndində yaşayır. İş materiallarında olan Qəbələ rayon İHB-nın Yengicə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 96 nömrəli arayışdan görünür ki, Ərizəçi3 Qəbələ rayonu Yengicə kəndində qeydiyyatdadır və Zarağan kəndində yaşayır. Ərizəçilərin işdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, onların soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1997-ci il tarixli 26 nömrəli qərarına əsasən X7, X8, X11 və X3 birgə mülkiyyətinə 0,26 ha həyətyanı torpaq sahəsini verilməsini təsdiq edən JN-286F (Kod: 40608018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi1 soyadı səhvən «Məmmədov», ərizəçilər Ərizəçi2 və Ərizəçi3 isə soyadları səhvən «Məmmədova» kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə yalnışlıqlar aradan qaldırılmadan ərizəçilər həmin şəhadətnamə üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun qismən təmin olunması qənaətinə gəlir. Həmçinin məhkəmə, Ərizəçi2 soyadının əvvəlcə Cavadova, nikaha daxil olduğdan sonra Atakişiyeva, Ərizəçi3 soyadının əvvəlcə Cavadova, nikaha daxil olduqdan sonra Gülmməmmədova olduğundan, bu məsələyə də məhkəmə münasibət bildirərək onların soyadlarının Atakişiyeva (Cavadova), Gülməmmədova (Cavadova) kimi qeyd olunmasını məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in xx xxxxxx 1997-ci il tarixli 26 nömrəli qərarına əsasən X7, X8, X11 və X3birgə mülkiyyətinə verilmiş JN-286F (Kod: 40608018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Ərizəçi1, Atakişiyeva (Cavadova) Səidə Qüdrət qızı və Gülməmmədova (Cavadova) Lalə Qüdrət qızına aid hissədə Ərizəçi1, Atakişiyeva (Cavadova) Səidə Qüdrət qızı və Gülməmmədova (Cavadova) Lalə Qüdrət qızına məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar