Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1089/2020 22.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə iştirakları ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in xx xxxxxx 1998-ci il tarixli 13 nömrəli qərarına əsasən X5, Ərizəçi, X7 və Nümayəndə adına verilmiş JN-0070 nömrəli 40604048 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının mərhum ərinə aid hissədə, yəni X2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayonu Çarxana kəndində Aqrar İslahatları aparılarkən Qəbələ rayonu X4 xx xxxxxx 1998-ci il tarixli 13 saylı qərarı ilə ona və ailə üzvlərinin mülkiyyətinə JN-0070 nömrəli 40604048 kodlu dövlət aktı əsasında 1,67 ha çöl torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında səhv olaraq mərhum ərinin ata adı Mütəllim yazılmışdır. Ərinin ata adının Mütəllib əvəzinə Mütəllim yazılmasının səbəbi ona aydın deyil və bunun sadəcə texniki səhv olduğunu düşünür. Dövlət aktında ərinin ata adının səhv yazıldığına diqqət etməmişlər və bu yaxın vaxta qədər də heç maraqlanmamışlar. Lakin sənədlərini hazırlayıb çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazisinə müraciət edərkən Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında ərinin ata adının səhv yazıldığından müvafiq sənədləşməni aparması mümkün olmamışdır. Həmçinin mərhum ərinə məxsus ölüm haqqında şəhadətnamədə, nikahın bağlanması haqqında şəhadətnamədə ərinin ata adı Mütəllib oğlu kimi yazılmışdır. Hesab edir ki, bu səhv məhkəmə qaydasında düzəliş edilərək sənədin ərinə, yəni X2 məxsus olması müəyyən edilməlidir. Qızının soyadının Qədirova olmasının səbəbi xx xxxxxx 2004-cü il tarixdə nikaha daxil olaraq ərinin soyadını qəbul etmişdir. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin etibarnamə üzrə nümayəndəsini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-0070 (Kod:40604048) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 13 nömrəli qərarına əsasən X5, Ərizəçi, X7 və Nümayəndə ümumi birgə mülkiyyətinə Qəbələ rayonunda 1,67 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ seriyalı, 101159 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2005-ci il tarixdə Qəbələ rayonu Çarxana kəndində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005-ci ildə 04 № ilə qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 281 №li «Nikah haqqında» çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 ilə X3 xx xxxxxx 1975-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 07 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Həmidov, arvada Həmidova soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli **********50 nömrəli məktubundan görünür ki, JN-0070 nömrəli (kod:40604048) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ rayon İHB-nın Çarxana kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 196 nömrəli arayışdan görünür ki, Qəbələ Rayon X4 1998-ci il 19 yanvar tarixli 13 №-li qərarı ilə verilmiş JN 0070 nömrəli, kodu 40604048 sahəsi 1,67 ha olan Torpağa Mülkiyyət Hüququna Dair dövlət aktında X1 atasının adı səhvən Mütəllim kimi yazılmışdır. İşdə olan Qəbələ rayon İHB-nın Çarxana kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 199 nömrəli arayışdan görünür ki, Ərizəçi Qəbələ rayonu Çarxana kəndində yaşayır. İşdə olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1954-cü il tarixdə Qəbələ rayonu Qəmərvan kəndində doğulmuş, Qəbələ rayonu Çarxana kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-nın xx xxxxxx 1998-ci il tarixli, 13 saylı qərarına əsasən X5, Ərizəçi, X7 və Nümayəndə birgə mülkiyyətlərinə verilmiş JN-0070 nömrəli (kod:40604048) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında Ərizəçi mərhum əri X1 ata adı səhvən “Mütəllim” kimi qeyd olunmuşdur. Qeyd olunan dövlət aktında yalnışlıqlar aradan qaldırılmadan ərizəçi həmin dövlət aktı üzrə mülkiyyət, vərəsəlik və s. hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın xx xxxxxx 1998-ci il tarixli, 13 saylı qərarına əsasən X5, Ərizəçi, X7 və Nümayəndə birgə mülkiyyətlərinə verilmiş JN-0070 nömrəli (kod:40604048) «Torpağın mülkiyyətə verilməsinə dair» dövlət aktının mərhum X2 aid hissədə mərhum X2 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1089/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1089/2020
22.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver