Məhkəmə qərarları › İş №2(025)-109/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-109/2021

19.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-109/2021 19.01.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi X4 və Ərizəçi2 etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə iştirakları ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, JN-732A, JN- 732AG KOD 40614018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər tələblərini onunla əsaslandırmışlar ki, Ərizəçi2 xx.xx.1978-ci ildə Mingeçevir şəhərində, Ərizəçi1 xx.xx.1953-cü ildə Qəbələ rayonunda anadan olmuşdur. Qəbələ rayonu X6 xx xxxxxx 1997-ci il tarixli, 25 saylı qərarı ilə Ərizəçi2 və Ərizəçi1 0,00 ha, 0,14 ha torpaq sahəsi verilmiş və bu barədə onlara JN-732A, JN-732AG KOD 40614018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr verilmişdir. Şəhadətnamələrdə sonradan məlum olmuşdur ki, Ərizəçi2 adı səhvən “Nahidə”, Ərizəçi1 adı “Gülsurə” kimi yazılmışdır. Lakin şəxsiyyət vəsiqəsində, doğum şəhadətnaməsində və digər sənədlərdə Ərizəçi2 kimi qeyd edilmişdir. Ərizəçi1 adı şəxsiyyət vəsiqəsində “Gülsura” kimi qeyd edilmişdir. Şəhadətnamələrdə ad düzgün yazılmadığından həmin sənədlərlə müəyyən əməliyyatlar aparmaq mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələri verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamələrdəki yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən, aidiyyatı üzrə xidmətin 9 saylı X11 ərizə ilə Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdəki yanlışlıqların qaldırılmasını xahiş etmişlər, müvafiq olaraq xx xxxxxxx 2020-ci il tarixli, **********70 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında ərizəçi X4 və Ərizəçi2 etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçi X4 və Ərizəçi2 nümayəndəsini dinləyib hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, işdə olan JN-732AG nömrəli (kod:40614018) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-nın xx xxxxxx 1997-ci il tarixli, 25 saylı qərarına əsasən X4 və X1 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Mıxlıqovaq kəndində 0,00 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-732A nömrəli (kod:40614018) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-nın xx xxxxxx 1997-ci il tarixli, 25 saylı qərarına əsasən X4 və X1 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Mıxlıqovaq kəndində 0,14 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-T seriyalı, 123420 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx xxxxx 1953-cü ildə Qəbələ rayonu Mıxlıqovaq kəndində doğulmuş, bu barədə 1953-cü ilin aprel ayının 09-da 27 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan xx xxxxxxx 1978-ci il tarixli, V-ЖГ seriyalı, 478437 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi2 xx xxxxxxx 1978-ci ildə Qəbələ rayonu Mıxlıqovaq kəndində doğulmuş, bu barədə 1978-ci ilin oktyabr ayının 21-də 626 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, AZ-İİ seriyalı, 376009 nömrəli «Nikah haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Nümayəndə ilə X5 xx xxxxx 1971-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 09 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədyarov, arvada Məmmədyarova soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli **********70 nömrəli məktubundan görünür ki, JN-732A, JN-732AG nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Mıxlıqovaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 643 nömrəli arayışdan görünür ki, Ərizəçi1 Qəbələ rayonu Mıxlıqovaq kəndində qeydiyyatdadır və hal-hazırda Mıxlıqovaq kəndində yaşayır. İş materiallarında olan Ərizəçi2 aid olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi2” kimi qeyd edilmişdir. İş materiallarında olan ərizəçi X3 aid olan AA2531316 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “X4” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKnın xx xxxxxx 1997-ci il tarixli, 25 saylı qərarlarına əsasən X4 və X1 birgə mülkiyyətlərinə verilmiş JN-732AG, JN-732A nömrəli (kod:40614038) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrdə Ərizəçi2 adı səhvən “Nahidə” kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamələrdə yalnışlıqlar aradan qaldırılmadan ərizəçilər həmin şəhadətnamələr üzrə vərəsəlik, mülkiyyət və s. hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni qismən əsaslı hesab edib, onun qismən təmin olunması qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, ərizəçilər ərizələrində JN-732AG, JN-732A nömrəli (kod:40614038) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələr də X2 adının səhv qeyd olunduğunu göstərmişlər. Lakin məhkəmə araşdırılması zamanı məhkəməyə təqdim edilən AA2531316 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqədə X2 adı “Gülsurə” kimi qeyd edilmişdir. Həmçinin ərizəyə əlavə edilmiş Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-T seriyalı, 123420 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin şəhadətnamədə də X2 adı “Gülsurə” kimi qeyd edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, JN-732AG, JN-732A nömrəli (kod:40614038) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrdə X2 adı düzgün olaraq “Gülsurə” yazılmışdır. Bu səbəbdən ərizə həmin hissədə təmin edilməməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, ərizəçi X4 digər ona məxsus sənədlərdə adının “Gülsura” olmasına dair əlavə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə qismən təmin edilsin. Qəbələ rayon AİK-nın xx xxxxxx 1997-ci il tarixli, 25 saylı qərarlarına əsasən X4 və X1 birgə mülkiyyətlərinə verilmiş JN-732AG, JN-732A nömrəli (kod:40614038) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin Ərizəçi2 aid hissədə Ərizəçi2 məxsus olması hüquqi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar