Məhkəmə qərarları › İş №2(025)-1090/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1090/2020

27.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1090/2020 27.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-061F, KOD 40613038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və JN-0061, KOD 40613038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ona yəni-Ərizəçi məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib göstərdi ki, xx.xx.1993-cu ildə Qəbələ rayonu, İmamlı kəndində anadan olmuşdur. Qəbələ rayon X8 xx xxx 1998-ci il tarixli, 09 saylı qərarı ilə X1na, anası X2, bacısı X3, qardaşı X7 və ona Qəbələ rayonu, İmamlı kəndi ərazisindən 0,42 ha həyətyanı torpaq sahəsi verilmiş və bu barədə onlara JN-061F, KOD 40613038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Həmçinin, Qəbələ rayon X8 xx xxx 1998-ci il tarixli, 09 saylı qərarı ilə X1na, anası X2, bacısı X3, qardaşı X7 və ona kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,31 ha torpaq sahəsi verilmiş və bu baradə onlara JN-0061, KOD 40613038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı da verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə və Dövlət Aktında sonradan ona məlum olmuşdur ki, soyadı səhvən “İsrəfilov” kimi yazılmışdır. Lakin şəxsiyyət vəsiqəsində, doğum haqqında Şəhadətnamədə, hərbi biletdə və digər sənədlərdə soyadı “Sabirli” olmaqla, Ərizəçi kimi yazılır. Onun soyadını mərhum babasının adına uyğun olaraq valideynləri “Sabirli” kimi qeyd etdirmişlər. Hazırda onlara məxsus torpaq sahələrinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyirlər, lakin Şəhadətnamədə və Dövlət Aktında onun soyadı düzgün yazılmadığından bu mümkün deyildir. Şəhadətnaməni və Dövlət Aktını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamə və aktdakı yanlışlığı aradan qaldıra bilmir. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən o, aidiyyatı üzrə xidmətin 9 saylı X18 ərizə ilə Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə və Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında yanlışlıqların aradan qaldırılması barədə müraciət etmişdir, müvafiq xx xxxxxx 2020-ci il tarixli **********49 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-0061 (Kod: 40613038) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx xxx 1998-ci il tarixli 09 nömrəli qərarına əsasən, X11, X9, X10, X12 və X4 ümumi birgə mülkiyyətinə 1,31 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-061F (Kod: 40613038) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxx 1998-ci il tarixli 09 nömrəli qərarına əsasən, X11, X9, X10, X12 və X4 ümumi birgə mülkiyyətinə 0,42 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2008-ci il tarixli AZ-İİ № 114494 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1993cü ildə Qəbələ rayonu İmamlı kəndində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 51 nömrə ilə qeyd edilmişdir. X1, anası X5r. İşdə olan ASAN-Qəbələ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE № ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1993-cü il tarixdə Qəbələ rayonu İmamlı kəndində anadan olmuş və həmin kənddə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti tərəfindən verilmiş 77072 saylı Tələbə biletinin surətindən görünür ki, burada ərizəçinin adı “Ərizəçi” kimi qeyd olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayon Hərbi Komissarlığı tərəfindən xx xxxxxxx 2011-ci il tarixdə verilmiş AO № ******* saylı Hərbi biletinin surətindən görünür ki, burada ərizəçinin adı “Ərizəçi” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin və ailə üzvlərinin mülkiyyətinə 1,31 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-0061 (Kod: 40613038) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında yalnışlığa yol verilərək, “Ərizəçi” əvəzinə “X13”, həmçinin ərizəçinin və ailə üzvlərinin mülkiyyətinə 0,42 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-061F (Kod: 40613038) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə yalnışlığa yol verilərək, “Ərizəçi” əvəzinə “X13” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-061F (Kod: 40613038) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin və JN-0061 (Kod:40613038) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının Ərizəçi aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar