Məhkəmə qərarları › İş №2(025)-1090/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1090/2023

03.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1090/2023 03.08.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi3 və ərizəçilər Ərizəçi4, Ərizəçi2 və Ərizəçi1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə Ərizəçilər Ərizəçi4, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizələri üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi4, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayonu, Nic qəsəbəsi ərazisində Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 05 fevral 1999-cu il tarixli 03 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi və digər məqsədlərlə 1.41 ha torpaq sahəsinin ayrılmasına dair JN-089F nömrəli "torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ərizəçilər Ərizəçi4, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, Nümayəndə və onun ailə üzvləri olan arvadı Ərizəçi4 və oğulları Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 Qəbələ rayonu, Nic qəsəbəsi ərazisində Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 05 fevral 1999-cu il tarixli 03 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi və digər məqsədlərlə 1.41 ha torpaq sahəsi ayrılmış və bununla bağlı onlara JN-089F nömrəli "torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilmişdir. Ərizəçilər sözügedən sənəd əsasında torpaq sahəsi üzərində mülkiyyət istəsələr də, hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq həmin şəhadətnamədə onların adlarının, soyadlarının və ata adlarının bəzilərinin yazılışı şəxsiyyətlərini təsdiq edən sənədlərdə göstərilən ad, soyad və ata adları ilə düz gəlmədiyindən bu, mümkünsüz olmuş və ona görə də ərizəçilərin bu barədə müraciətinin icrasından 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla imtina edilmişdir. Belə ki, şəhadətnamədə Ərizəçi3 adı "Rasim" olaraq göstərilmişdir. Halbuki, Nümayəndə Rasim adında övladı olmamışdır. Onun böyük övladının adı "Asim"dir. Həmçinin Ərizəçi4 ata adı da şəhadətnamədə səhv - "Yadigar" kimi qeyd olunmuşdur. Doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi4 ata adı "Yediyar" olmuşdur. Bununla yanaşı şəhadətnamədə Ərizəçi2 adında səhvə yol yol verilərək "Natiq" kimi, Ərizəçi1 isə soyadında verilərək "Məmmədov" kimi qeyd olunmuşdur. Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 05 fevral 1999-cu il tarixli 03 saylı qərarı ilə Qəbələ rayonu Nic qəsəbəsində qəsəbə sakinlərinə torpaq sahələrinin ayrılması həyata keçirilərkən ailə üzvləri Nümayəndə, Ərizəçi4, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 ibarət olmuşdur. Hazırda da Nümayəndə ailə üzləri adları sadalanan şəxslərdir. Hal-hazırda şəhadətnamədə ərizəçilərin ad, soyad və ata adları ilə onların şəxsiyyətini təsdiq edən sənədlərdəki ad, soyad və ata adlarının bir-birinə uyğun gəlməməsi onların əmlak hüquqlarının həyata keçirilməsinə, başqa sözlə sözügedən torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində onların adına qeydiyyata alınmasına maneə yaratmaqdadır. Ona görə də ərizəçilər belə bir ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi3 və ərizəçilər Ərizəçi4, Ərizəçi2 və Ərizəçi1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və ərizəçilərin etibarnamə üzrə nümayəndələrini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan JN – 089F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-in 05 fevral 1999cu il tarixli 03 nömrəli qərarına əsasən Nümayəndə, Ərizəçi4 Yadigar qızının, Nümayəndə Rasim oğlunun, X2 və X1 birgə mülkiyyətinə JN – 089F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 1,41 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan 24 oktyabr 1968-ci il tarixli, AЗ seriyalı, ******* nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi4 ad, soyad və ata adı “Ərizəçi4” kimi qeyd edilmişdir. İşdə olan 01 dekabr 1987-ci il tarixli, Xİİ-ЖГ seriyalı, 480176 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi3 ad, soyad və ata adı “Ərizəçi3” kimi qeyd edilmişdir. İşdə olan 25 may 1993-cü il tarixli, XVİİİ-ЖГ seriyalı, 305671 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 ad, soyad və ata adı “Ərizəçi1” kimi qeyd edilmişdir. İşdə olan 03 sentyabr 1990-ci il tarixli, XV-ЖГ seriyalı, 395709 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi2 ad, soyad və ata adı “Ərizəçi2” kimi qeyd edilmişdir. Ərizəçilərin işdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, onların soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi4, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 23 may 2023-cü il tarixli məktubundan görünür ki, JN – 089F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Nic qəsəbə Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 08 may 2023-cü il tarixli, 5-59-14/2-480/2023 nömrəli arayışda göstərilmişdir ki, xx.xx.1959-cu il təvəllüdlü Nic qəsəbə sakini Nümayəndə torpaq islahatı vaxtı 1996-2000-ci il tarixlərdə onu Qəbələ rayonun Nic qəsəbəsində ailə tərkibi xx.xx.1968-ci il təvəllüdlü Ərizəçi4, xx.xx.1987-ci il təvəllüdlü Ərizəçi3, xx.xx.1990-cı il təvəllüdlü Ərizəçi2 və xx.xx.1993-cü il təvəllüdlü Ərizəçi1 ibarət olmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKin 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən Nümayəndə, Ərizəçi4 Yadigar qızının, Nümayəndə Rasim oğlunun, X2 və X1 birgə mülkiyyətlərinə verilmiş JN – 089F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi4 ata adı səhvən “Yadigar” kimi, Ərizəçi3 adı səhvən “Rasim” kimi, Ərizəçi2 adı səhvən “Natiq” kimi və Ərizəçi1 soyadı səhvən “Məmmədov” kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə yalnışlıqlar aradan qaldırılmadan ərizəçilər həmin şəhadətnamə üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməzlər. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət edilmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən Nümayəndə, Ərizəçi4 Yadigar qızının, Nümayəndə Rasim oğlunun, X2 və X1 adına verilmiş JN – 089F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Ərizəçi4, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar