Məhkəmə qərarları › İş №2(025)-1104/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1104/2021

18.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1104/2021 18.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nın 19.01.1998-ci il tarixli 13 saylı qərarı ilə X2 və X4 birgə mülkiyyətinə verilmiş JN-146A saylı və JN-14F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin Ərizəçi aid hissədə Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon AİK-nın 19.01.1998-ci il tarixli 13 saylı qərarı ilə verilmiş JN-146A saylı və JN-146F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə hüquq sahiblərinin adları siyahısında 1-ci sırada X3 adı texniki səhv olaraq Nemət əvəzinə “Namət” kimi qeyd edilmişdir. Göstərilən mülkiyyət sənədləri üzrə olan torpaq sahələrinin bir hissəsini özgəninkiləşdirmək məqsədilə maraqlı şəxs DƏDRX-nin 9 saylı Qəbələ Ərazi idarəsinə müraciət edərkən məlum olmuşdur ki, qeyd olunan JN-146A və JN- 146F saylı şəhadətnamələrdə hüquq sahibləri siyahısında 1-ci sırada hüquq sahibinin adında texniki səhvə yol verməklə Nemət əvəzinə “Namət” adı qeyd edilmişdir. Mülkiyyət sənədlərindəki texniki səhvlərə görə əməliyyat aparılması mümkün olmamışdır. JN-146A saylı və JN-146F saylı torpaq şəhadətnamələrindəki texniki səhvlərə məhkəmə qaydasında düzəlişlər edilməlidir. Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 04.10.2019-cu il tarixdə verilmiş AZ-İİ № 029895 saylı ölüm haqqında şəhadətnamədə ata adı düzgün olaraq “Namət” kimi Nemət kimi qeyd edilmişdir. Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi adına verilmiş AZ-T № 102676 saylı doğum haqqında şəhadətnamədə ata adı düzgün olaraq Nemət kimi qeyd edilmişdir. Ərizəçi adına verilmiş AЭБ № 074840 saylı doğum haqqında şəhadətnamədə X3 adı düzgün olaraq Nemət kimi qeyd edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-146A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın 19 yanvar 1998-ci il tarixli, 13 saylı qərarına əsasən X2 və X4 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Çarxana kəndində 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-146F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın 19 yanvar 1998-ci il tarixli, 13 saylı qərarına əsasən X2 və X4 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Çarxana kəndində 0,85 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04.10.2019-cu il tarixli, AZ- İİ seriyalı, 029895 №-li «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X6 “kəskin ürək damar tənəffüs çatmamazlığı” xəstəliyindən 31.10.2009-cu il tarixdə Qəbələ rayonu Çarxana kəndində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 02.11.2009-cu ildə 09 № ilə qeyd edilmişdir. İşdə olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19.03.2020-ci il tarixli, AZ-İİ seriyalı, 388834 №-li «Nikahın haqqında» şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 ilə X1 14 yanvar 1997-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 05 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Bayramov, arvada Bayramova soyadı verilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 oktyabr 2019-cu il tarixli, AZ-T seriyalı, 102676 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1972-ci ildə Qəbələ rayonu Çarxana kəndində doğulmuş, bu barədə 1972ci ilin may ayının 03-də Qəbələ rayon Hacallı kənd İ.Ə.N 03 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İşdə olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 05 aprel 2021-ci il tarixli **********04 nömrəli məktubundan görünür ki, JN-146F, 146A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Çarxana kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 mart 2021-ci il tarixli, 79 nömrəli arayışdan görünür ki, Ərizəçi mərhum atası X6 ölən günə qədər Çarxana kəndində yaşamışdır. İşdə olan ərizəçiyə aid AЭБ seriyalı 074840 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ərizəçinin mərhum atası X3 ad, soyad və ata adı “X6” kimi qeyd edilmişdir. İşdə olan X7 məxsus 17 avqust 2021-ci il tarixli AZ-T seriyalı, 170132 nömrəli “doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, mərhum X3 ad, soyad və ata adı “X6” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKnın 19 yanvar 1998-ci il tarixli, 13 saylı qərarlarına əsasən X2 və X4 birgə mülkiyyətlərinə verilmiş JN-146F və JN-146A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrdə Ərizəçi mərhum atası X3 adı səhvən “Namət” kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamələrdə yalnışlıqlar aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamələr üzrə vərəsəlik, mülkiyyət və s. hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın 19 yanvar 1998-ci il tarixli, 13 saylı qərarlarına əsasən X2 və X4 birgə mülkiyyətlərinə verilmiş JN-146F və JN-146A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin mərhum X5 aid hissədə X5 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar