Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-111/2023 26.01.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Quvasari̇ Ağavni̇ k Cavadovnanin maraqli şəxs Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövət Xitməti Daşinmaz Əmlakin Dövlət Kadastri və Reyestri Publik hüquqi şəxsi 9 sayli Qəbələ Ərazi İdarəsinə qarşi “hüquq əhəmiyyətli faktinin müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktinin müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçi Quvasarı̇ Ağavnı̇ k Cavadovnanın nümayəndəsi X8 iştirakı ilə, Ərizəçi Quvasarı̇ Ağavnı̇ k Cavadovnanın hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin hallari Ərizəçi Quvasarı̇ Ağavnı̇ k Cavadovna məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nin xx.xx.1999-cu il tarixli 05 saylı qərarı ilə X5 və Quvasaryan Aqanı̇ k Cavadovnanın adına vedilmiş JN-111A (Kod: ********) nömrəli, JN-111C (Kod: ********) nömrəli, JN-111F (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin ona aid hissədə yəni Quvasarı̇ Ağavnı̇ k Cavadovnanya və mərhum əri X9 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ölkədə aparılan torpaq islahatı zamanı Qəbələ rayon AİKin 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən onun və mərhum ərinin istifadəsində olan və Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,24 ha həyətyanı torpaq sahəsi əvəzsiz olaraq onların mülkiyyətinə verilib, lakin mülkiyyət hüququnu təsdiq edən JN-111A (Kod ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə mərhum əri X6 səhvən ata adı "Vaqarşakoviç” və Ərizəçi soyadı “Quvasaryan” adı “Aqanik” kimi qeyd olunub. Ölkədə aparılan torta isalahatı zaman Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən onun və mərhum ərinin adına Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,29 ha həyətyanı torpaq sahəsi əvəzsiz olaraq onların mülkiyyətinə verilib, lakin mülkiyyət hüququnu təsdiq edən JN-111F (Kod ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə mərhum əri X6 səhvən ata adı “Vaqarşakoviç” və Ərizəçi soyadı “Quvasaryan” adı “Aqanik” kimi qeyd olunub. Nə onlar nə də ailə üzvləri heç biri uzun illər buna əhəmiyyət verməmişlər, lakin torpağın sənədlərini hazırlayıb Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışlar. Bununla bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etsə də, həmin idarə tərəfindən ona ünvanlanmış 21 oktyabr 2022-ci il tarixli, **********733 nömrəli məktubda göstərilmişdir ki, torpaq sahəsinə dair hüquq müəyyən edici sənədlərdə ad və. soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi İdarəsinin səlahəiyyətində deyil və bununla bağlı məhkəməyə müraciət etməli olmağım tövsiyyə olunmuşdur. Qeyd edir ki, şəxsiyyətiləri təsdiq edən şəxsiyyət vəsiqələrində, doğum haqqında şəhadətnamələrdə, “Nikah haqqında şəhadətnamə”də, Ölüm haqqında Şəhadətnamədə soyadıları, adıları və ata adıları düzgün qeyd edilmişdir. Həmçinin qeyd edir ki, mərhum əri X13 xx.xx.2003-cü ildə “xroniki ürək çatrnamazlığı” səbəbindən vəfat etmişdir. Onun doğum şəhadətnaməsində, Nikah şəhadətnaməsində və Ölüm haqqında şəhadətnamədə adı düzgün olaraq, X13 kimi qeyd edilmişdir. Məhkəmə icraati iştirakçilarinin izahatlari Məhkəmə iclasında ərizəçi Quvasarı̇ Ağavnı̇ k Cavadovnanın nümayəndəsi X14 ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etmir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxişinin hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-111A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx.xx.1999-cu il tarixli 03 nömrəli qərarına əsasən, X5 və Quvasaryan Aqanı̇ k Cavadovnanın ümumi birgə mülkiyyətinə 0.24 ha həyətyanı torpaq sahəsi verilmişdir. Belə ki, işdə olan JN-111C (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx.xx.1999-cu il tarixli 03 nömrəli qərarına əsasən, X5 və Quvasaryan Aqanı̇ k Cavadovnanın ümumi birgə mülkiyyətinə 0.63 ha həyətyanı torpaq sahəsi verilmişdir. Belə ki, işdə olan JN-111F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx.xx.1999-cu il tarixli 03 nömrəli qərarına əsasən, X5 və Quvasaryan Aqanı̇ k Cavadovnanın ümumi birgə mülkiyyətinə 0.29 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayon VVAQ şöbəsi tərəfindən verilmiş 28 may 2022-ci il tarixli Xİİİ ЖГ № 420225 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 26 may 1932-ci il tarixdə anadan olmuş, anası X10, atası Quvasari Baqarişaq pebosoviç oğludur. Doğum haqqında şəhadətnamədə ərizəçinin ata adı “ Vaqarşakoviç” olaraq qeyd edilmişdir. İşdə olan Qutqaşen rayon Nic kənd soveti tərəfindən verilmiş 28 may 1990-cı il tarixli V - ЖГ № 286432 saylı Nikah haqqında şəhadətnamənin surətində görünür ki, X13 10 dekabr 1951-ci ildə Qukasyan Ağavnı̇ k Cavadov ilə nikah bağlamışdır, nikah bağlandıqdan sonra ərə Quvasari, arvada Quvasari soyadı verilmişdir. Bu sənəddə ərizəçinin adı ”k̇ ınvağA“ ata adı “Cavad” kimi, ərizəçinin mərhum əri X6 ata adı “Vaqarşaki din” kimi qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Nic qəsəbə İ.Ə.N tərəfindən 04 avqust 2022-cü il tarixdə verilmiş AZ- İİ № 275322 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X13 18 iyun 2003-cü il tarixdə RF Stavropol şəhərində vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədə mərhum X13 ata adı “Vaqarşaqi” olaraq qeyd edilmişdir. İşdə olan Quvasarı̇ Ağavnı̇ k Cavadovnaya məxsus AZE № ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, bu sənəddə ərizəçinin soyadı ”̇ ırasavuQ“ adı ”k̇ ınvağA“ kimi qeyd olunmuşdur. İşdə olan Qəbələ Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 noyabr 2022-ci il tarixli 05/434 saylı doğum haqqında arayışdan görünür ki, Quqasiyan Ağavnı̇ k Cavad xx xxx 1932-ci il tarixdə Qəbələ rayinu, Nİc qəsəbəsində anadan olmuş, anası X12, atası X7. Doğum haqqında şəhadətnamədə ərizəçinin soyadı “Quqasiyan”, adı ”k̇ ınvağA“ kimi qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Nic qəsəbə İ.Ə.N tərəfindən verilmiş 04 noyabr 2022-ci il tarixli 1197 saylı arayışdan görünür ki, JN-111A (Kod: ********), JN-111F (Kod: ********), JN-111C (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamələrdə X6 adı texniki səhv olaraq X1raq qeyd olunmuşdur. Torpaq islahatı zamanı Qəbələ rayonu, Nİc qəsəbə ərazisində olaraq X5 adlı heç kim qeydiyyatda olmamışdır. İşdə olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Nic qəsəbə İ.Ə.N tərəfindən verilmiş 04 noyabr 2022-ci il tarixli 1198 saylı arayışdan görünür ki, JN-111A (Kod: ********), JN-111F (Kod: ********), JN-111C (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamələrdə Quvasarı̇ Ağavnı̇ k Cavadovnanın adı texniki səhv olaraq X2raq qeyd olunmuşdur. Torpaq islahatı zamanı Qəbələ rayonu, Nİc qəsəbə ərazisində olaraq X11 adlı heç kim qeydiyyatda olmamışdır. İşdə olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Nic qəsəbə İ.Ə.N tərəfindən verilmiş 11 noyabr 2022-ci il tarixli 1203 saylı arayışdan görünür ki, xx.xx.1932-ci il təvəllüdlü Quvasarı̇ Ağavnı̇ k Cavadovna Qəbələ rayonu, Nİc qəsəbəndə qeydiyyatda olmasına baxmayaraq halhazırda Rusiya Federasiyasındadır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0,24 ha həyətyanı torpaq sahəsinin verilməsini təsdiq edən JN-111C (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində, ərizəçinin və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0,63 ha həyətyanı torpaq sahəsinin verilməsini təsdiq edən JN-111A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində və ərizəçinin və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0,29 ha həyətyanı torpaq sahəsinin verilməsini təsdiq edən JN-111F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində yalnışlığa yol verilərək, ̇ ırasavuQ“ Ağavnı̇ k Cavadovna” əvəzinə Quvasaryan Aqanı̇ k Cavadovna” kimi və “X3” əvəzinə “X5” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-111A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin, JN-111C (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin və JN- 111F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçi Quvasarı̇ Ağavnı̇ k Cavadovnaya və mərhum X9 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-111/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-111/2023
26.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver