Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1116/2020 03.11.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçi və digər ərizəçinin nümayəndəsi Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in xx xxxxxx 1997-ci il tarixli,19 nömrəli qərarına əsasən Ərizəçi1 Cələl oğlunun və Ərizəçi2 Cəlil qızının adına verilmiş JN-158 nömrəli 40604028 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» dövlət aktının, onlara yəni Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi və digər ərizəçinin nümayəndəsi Ərizəçi1 ərizəni müdafiə edib göstərdi ki, Qəbələ rayonu, Böyük Əmili kəndində Aqrar İslahatları aparılarkən Qəbələ rayonu X2 xx xxxxxx 1997-ci il tarixli, 19 saylı qərarı ilə onlara, JN-158 nömrəli 40604028 kodlu dövlət aktı əsasında 1.44 ha çöl torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında səhv olaraq atanın adı Cəlil və Cəlal yazılmışdır. Atanın adı Calal əvəzinə Cəlil və Cəlal yazılmasının səbəbi onlara aydın deyil bunun sadəcə olaraq texniki səhv olduğunu düşünürlər. Dövlət aktında ata adının səhv yazıldığına diqqət etməmişlər və bu yaxın vaxta qədər də heç maraqlanmamışlar. Lakin sənədləri hazırlayıb çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət edərkən Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında ata adını səhv yazıldığından müvafiq sənədləşdirməni aparmaqları mümkün olmamışdır. Həmçinin onlara məxsus doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqələrində ata adı Calal kimi yazılmışdır. Bu səhv məhkəmə qaydasında düzəliş edilərək sənədin onlara, yəni Ərizəçi1 və Ərizəçi2 məxsus olması müəyyən edilməlidir. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin nümayəndəsini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-158 (Kod: 40604028) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1997-ci il tarixli 11 nömrəli qərarına əsasən, Ərizəçi1 Cəlal oğlu və Ərizəçi2 Cəlil qızının ümumi birgə mülkiyyətinə 1.44 ha fərdi kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayonu Hacallı kənd İ.Ə.N tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli AZ- T № 094532 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx xxxx 1981-ci ildə Qəbələ rayonu Böyük Əmili kəndində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxx 1981-ci il tarixdə 09 nömrə ilə qeyd edilmişdir. X1, anası X3r. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx xxxx 1981-ci il tarixdə anadan olmuşdur. İşdə olan Qəbələ rayonu Hacallı kənd İ.Ə.N tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli AZ-T № 123399 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1971-ci ildə Qəbələ rayonu Böyük Əmili kəndində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxx 1971-ci il tarixdə 01 nömrə ilə qeyd edilmişdir. X1, anası X3r. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1971-ci il tarixdə anadan olmuşdur. İşdə olan Qəbələ rayonu Hacallı kənd İ.Ə.N tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli AZ- İİ № 016326 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxxxx 1984-cü ildə Qəbələ rayonu Böyük Əmili kəndində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 1984-cü il tarixdə 08 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin və digər şəxslərin birgə mülkiyyətinə 1.44 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-158 (Kod: 40604028) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında yalnışlığa yol verilərək, “Ərizəçi1” əvəzinə “Ərizəçi1 Cəlal oğlu”, “Ərizəçi2” əvəzinə “Ərizəçi2 Cəlil qızı” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-158 (Kod: 40604028) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1116/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1116/2020
03.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver