Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-112/2024 05.03.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 aprel 2003-cü il tarixdə vəfat etmiş mərhum anası X1 miras qalmış Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli, 10 saylı qərarı ilə ümumi birgə mülkiyyət payı kimi ayrılmış 0.61 (JN №- 0029L sənədi üzrə 0.5529 h və JN №-0029Z sənədi üzrə 0.0535 ha) Kənd təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsinin mərhum anası X2 payına münasibətdə mirasın qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 26 may tarixli 10 saylı qərarı ilə iddiaçının mərhum atası X6 və yoldaşı, yəni mərhum anası X3 Qəbələ rayonunda 0,61 ha kənd təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş və buna dair Torpağa Mülkiyyət Hüququna dair JN №-0029 dövlət aktı tərtib edilmişdir. Həmin dövlət aktı Qəbələ rayon torpaq şöbəsində qeydiyyat kitabında 6744 nömrə ilə qeydə alınmışdır. Qeyd edir ki, qeyd edilən torpaq sahəsi iddiaçının mərhum atası X5 istifadəsində olmuşdur. X9 27 oktyabr 1962-ci ildə mərhum anası X7 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Mərhum anası X7 24 aprel 2003-cü il tarixində, mərhum atası isə 28 yanvar 2020-ci il tarixində vəfat etmişdir. Mərhum atası ölən gününə kimi onunla Bakı şəhəri, Yasamal rayonu, Ağayev küçəsi, ev 62-də yaşamış, iddiaçı qulluq etmiş və bütün tələbatlarını ödəmişdir. Mərhum atası vəfat edəndən sonra Qəbələ rayon Aqrar İslahat Komissiyasının 1998- ci il 26 may tarixli 10 saylı qərarı ilə mərhum atası X6 Qəbələ rayonunda 0,61 ha kənd təsərrüfat məhsulları istehsalı təyinatlı ayrılmış torpaq sahəsini faktiki olaraq o qəbul etmiş və bütün torpaq vergisini ödəmişdir. Lakin mərhum atası vəfat edəndən sonra başları qarışıq olmuş və ölkədə baş verən pandemiya səbəbindən mirasın qəbulu müddətini üzrsüz səbəbdən ötürmüşdür. Bütün bunları sonradan bilmişdir ki, notariat orqanına müraciət etməliydi. Bunu bildikdən dərhal sonra yəni xx.xx.2021-ci ildə yaşadığı və mərhum atasının son yaşayış yeri üzrə qeyd edilən torpaq sahəsinə mirasın qəbulu və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün iş üzrə cavabdeh Bakı şəhəri 53 saylı Notariat ofisinə ərizə ilə müraciət etmişdir. Lakin notariat ofisi ərizəsinə baxaraq mirasın qəbul edilməsi üçün müddətin buraxıldığını və bu səbəbdən də məhkəməyə müraciət etməyi bildirilmişdir. Qeyd edilən torpaq sahəsini faktiki olaraq mərhum atası qəbul etmiş , atası vəfat edəndən sonra o qəbul etmişdir və onun istifadəsindədir. Bu barədə Qəbələ rayonu Zalam bələdiyyəsi tərəfindən arayış da verilmişdir. Digər vərəsələr olsa da indiyədək miras əmlaka yalnız o müraciət etmişdi və mirası faktiki olaraq o qəbul etmişdir. Bütün bu səbələrdən də o Yasamal rayon məhkəməsinə müraciət edərək 28 yanvar 2020-ci il tarixində vəfat etmiş mərhum atası X4 miras qalmış Qəbələ rayon Aqrar islahat komissiyasının 1998-ci il 26 may tarixli 10 saylı qərarı ilə mərhum atası X6 Qəbələ rayonunda ayrılmış 0.61 ha kən təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsinin onun tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal rayon Məhkəməsinin 2(004)-5865/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş və xx.xx.2020-ci il tarixdə vəfat etmişX4 miras qalmış Qəbələ rayon Aqrar İslahat Komissiyasının 1998- ci il 26 may tarixli 10 saylı qərarı ilə mərhum atası X6 Qəbələ rayonunda 0,61 ha kənd təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsinin o, İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş və icra olunaraq xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Lakin, şəhadətnamə verilən zaman mərhum anası X3 olan payı ona verməlidirlər ki, Qətnamədə onun adı qeyd olunmayıb və yenidən məhkəməyə müraciət edərək, həmin payında qəbul edilməsi barədə Qətnamə çıxarılmalıdır. Bu halda mərhum anası X3 olan payına münsibətdə də Şəhadətnamə verilə bilər. Bütün bu qeyd olunanları nəzərə alaraq yenidən mirasın qəbulu ilə miras qoyan şəxsin vəfat etdiyi və mirasın olduğu yer üzrə Qəbələ rayon Məhkəməsinə müraciət etmişdir. Hesab edir ki, xx.xx.2003-cü il tarixdə vəfat etmiş mərhum anası X2 payı da onun tərəfindən faktiki qəbul edilməsi və buna dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verib iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə ünvanlayaraq iclasların onların iştrakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5.-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-217.5-ci maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN 0029 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı ilə Qəbələ rayonunda ayrılmış 0,61 ha kənd təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsi X9 və X7 qızının mülkiyyətində olmuş və bu barədə akt qeydləri kitabında 6744 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan 3 saylı Bakı “ASAN” xidmət mərkəzinin Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli, AZ-İİ № 073781 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X9 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Qəbələ rayon, Zalam kənd İƏN-in xx.xx.2021-ci il tarixli, AZ-İİ № 178452 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X7 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İV № 008519 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 və X2 birgə nikahdan xx.xx.1957-ci il təvəllüdlü X8 adlı övladı vardır. İş materiallarında olan Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 44 saylı məktuba əsasən, qanunvericiliklə miras qalmış əmlakın qəbulunun müəyyən edilməsi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi qanunvericiliyin tələbində göstərilən 3 ay ərzində mirasın qəbulu müddəti ötürüldüyündən mümkün olmamışdır. İş materiallarında olan Qəbələ rayon, Zalam Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli, 23 nömrəli arayışdan müəyyən olunur ki, Qəbələ rayonu, Zalam kəndində atası X6 məxsus JN-0029 dövlət aktına əsasən 0,61 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsini qızı İddiaçı istifadə etmiş və torpaq vergisini ödəmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon məhəkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-5865/2021 saylı Qətnaməsinə əsasən, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 miras qalmış Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı ilə Qəbələ rayonunda ayrılmış 0,61 ha kənd təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Məhkəmə hazırki tələb üzrə işə baxarkən ilk növbədə ərizəçinin miras qoyana münasibətdə vərəsəlik hüquqlarının tanınmasının mümkünlüyü məsələsinə, həmin hüquqlarının mövcud olub-olmaması, miras əmlaka münasibətdə mirası qəbul edibetməmələrini, iddia qaldırmaq üçün subyektiv hüquqlarının olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, qeyd edilən hüquqlar mövcud olmadığı halda iddia ərizəsində qoyulmuş tələblərin araşdırılmasından söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin prinsiplərindən biri də mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyət toxunulmazlığı, müqavilələr azadlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsidir. (Mülki Məcəllənin 6-cı maddəsi). Beləliklə, məhkəmə bütün yuxarıda qeyd olunanlara və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ərizənin qanuni əsası olduğundan təmin edilməli, İddiaçı anası - xx.xx.2003-cü il tarixdə vəfat etmiş X1 miras qalmış Qəbələ rayonu, Zalam kəndində yerləşən 0.61 ha torpaq sahəsinə dair mirası faktiki qəbul etməsi müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. İddiaçı 25 aprel 2003-cü il tarixdə vəfat etmiş anası X1 miras qalmış Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli 10 saylı qərarı ilə ümumi birgə mülkiyyət payı kimi ayrılmış 0.61 ha (JN №-0029L sənədi üzrə 0.5529 ha və JN №-0029Z sənədi üzrə 0.0535 ha) kənd təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsinin mərhum anası X2 payına münasibətdə mirasın faktiki qəbul edilməsi müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-112/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-112/2024
05.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver