Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1121/2020 29.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçilər Ərizəçi4, Ərizəçi3 və Ərizəçi1 (eyni zamanda Ərizəçi2 etibarnamə üzrə nümayəndəsi) iştirakları ilə Ərizəçilər Ərizəçi4, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi4, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon Аqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-691F (Kod 40800038) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin onlara, yəni Yaqubova (Əzənmədova) Zülfiyyə Bəhriz qızı, Cəfərova (Əzənmədova) Afət Bəhriz qızı, Ərizəçi2 və Ərizəçi1 və digər ailə üzvləri – mərhum ataları X19 və mərhum anaları X10 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi4, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 ərizəni onunla əsaslandırmışlar ki, ölkədə aparılan torpaq islahatı zamanı Qəbələ rayon AİK-in xx xxxx 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən onlar və mərhum ailə üzvlərinin istifadəsində olan və Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,40 ha həyətyanı torpaq sahəsi əvəzsiz olaraq onların mülkiyyətlərinə verilib, lakin mülkiyyət hüququnu təsdiq edən JN-691F (Kod 40800038) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mərhum ataları X3 soyadı “Əzəmmədov”, adı “Bəhruz” kimi, mərhum anaları X1 soyadı “Əzəmmədova”, ata adı “Qışəng” kimi, Yaqubova (Əzəmmədova) Zülfiyyə Bəhiz qızının səhvən soyadı “Əzəmmədova”, ata adı “Bəhruz”, Cəfərova (Əzənmədova) Afət Bəhriz qızının səhvən soyadı “Əzəmmədova”, ata adı “Bəhruz”, Ərizəçi2 səhvən soyadı “Əzəmmədov”, ata adı “ Bəhruz”, Ərizəçi1 səhvən soyadı “Əzəmmədov”, ata adı “Bəhruz” kimi qeyd olunmuşdur. Onların heç biri uzun illər buna əhəmiyyət verməmişlər, lakin torpağın sənədlərini hazırlayıb Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışlar. Bununla bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etsələr də, həmin idarə tərəfindən onlara ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli, **********07 nömrəli məktubda göstərilmişdir ki, torpaq sahəsinə dair hüquq müəyyən edici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi İdarəsinin səlahəiyyətində deyil və bununla bağlı məhkəməyə müraciət etməli olmağı tövsiyyə olunmuşdur. Şəxsiyyətlərini təsdiq edən şəxsiyyət vəsiqələrində, “doğum haqqında şəhadətnamə”lərdə, “Nikah haqqında şəhadətnamə”lərdə və sürücülük vəsiqəsində soyadları, adları və ata adları düzgün qeyd edilmişdir.Həmçinin mərhum ataları X19 xx xxxxxx 2010-cu ildə “Sol ağciyərin xərçəngi” səbəbindən, mərhum anaları X15 isə xx xxxxxx 2013-cü ildə “Mədəaltı vəzin xərçəngi” səbəbindən vəfat etmişlər. Onların hər birinin doğum haqqında şəhadətnamələrində və Ölüm haqqında şəhadətnamələrdə hər iki valideynlərinin adı düzgün olaraq, X19 və X6 qeyd edilmişdir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi4, Ərizəçi3 və Ərizəçi1 (eyni zamanda Ərizəçi2 etibarnamə üzrə nümayəndəsi) ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-691F (Kod: 40800038) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxx 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, X20, X16, X12, X21, X18 və X5 birgə mülkiyyətinə JN-691F (Kod: 40800038) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,40 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020ci il tarixli, AZ-İV seriyalı, 459472 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1987-ci ildə Qəbələ rayonu Bum qəsəbəsində doğulmuşdur. X9, anası X11r. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020ci il tarixli, AZ-İV seriyalı, 459473 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 xx xxxxxx 1992-ci ildə Qəbələ rayonu Bum qəsəbəsində doğulmuşdur. X9, anası X11r. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi verilmiş xx xxxxxx 2020-ci il tarixli, AZ-İV seriyalı, 459471 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X22 xx xxxxxx 1984-cü ildə Qəbələ rayonu Bum qəsəbəsində doğulmuşdur. X9, anası X11r. İş materiallarında olan Qutqaşen rayonu Bum kənd soveti tərəfindən verilmiş xx xxxxxx 1983-cü il tarixli, İX-ЖГ seriyalı, 418522 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13xx xxxxxxx 1983-cü ildə Qutqaşen rayonu Bum kəndində doğulmuşdur. X9, anası X11r. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ seriyalı, 342425 №-li «Nikah haqqında» şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X26 ilə X7 xx xxxxxx 2006-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1830 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Yaqubov, arvada Yaqubova soyadı verilmişdir. İş materiallarında olan Qubadlı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ seriyalı, 368729 №-li «Nikah haqqında» şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X27 ilə X22 qızının xx xxxx 2011-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 116 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Cəfərov, arvada Cəfərova soyadı verilmişdir. İşdə olan Qəbələ regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ seriyalı, 065711 №-li «Ölüm haqqında şəhadətnamə»nin tərkarından görünür ki, X15 “mədəaltı vəzinin xərçəngi” xəstəliyindən xx.xx.2013-cü il tarixdə Qəbələ rayonu Bum qəsəbəsində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2013-cü ildə 21 № ilə qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ seriyalı, 101162 №-li «Ölüm haqqında şəhadətnamə»dən görünür ki, X19 “sol ağciyərin xərçəngi” xəstəliyindən xx.xx.2010-cu il tarixdə Qəbələ rayonu Bum qəsəbəsində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2011-ci ildə 01 № ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli **********07 nömrəli məktubundan görünür ki, JN-691F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Bum qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 497 nömrəli arayışdan görünür ki, JN-691F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə ailə üzvlərinin hər birinin adı əslində aşağıdakı kimidir. X19, X15, X13, X22, Ərizəçi2 və Ərizəçi1 İşdə olan Ərizəçi1 məxsus AF 231411 nömrəli sürücülük vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ərizəçinin soyadı düzgün olaraq Əzənmədov, ata adı düzgün olaraq Bəhruz kimi göstərilmişdir. Ərizəçilərin işdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, onların soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi4, Ərizəçi3, Ərizəçi1vəƏrizəçi2. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-in xx xxxx 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X20, X16, X12, X21, X18 və X5 birgə mülkiyyətinə 0,40 ha həyətyanı torpaq sahəsini verilməsini təsdiq edən JN-691F (Kod: 40800038) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə ərizəçi Yaqubova (Əzəmmədova) Zülfiyyə Bəhriz qızının soyadı səhvən «Əzəmmədova», ata adı səhvən «Bəhruz» kimi, ərizəçi Cəfərova (Əzənmədova) Afət Bəhriz qızının soyadı səhvən «Əzəmmədova», ata adı səhvən «Bəhruz» kimi, Ərizəçi2 soyadı səhvən «Əzəmmədov», ata adı səhvən «Bəhruz» kimi, Ərizəçi1 soyadı səhvən «Əzəmmədov», ata adı səhvən «Bəhruz» kimi, mərhum X4 səhvən «Əzəmmədov», adı səhvən «Bəhruz» kimi, mərhum X2 səhvən «Əzəmmədova », ata adı səhvən «Qışəng» kimiqeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə yalnışlıqlar aradan qaldırılmadan ərizəçilər həmin şəhadətnamə üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun qismən təmin olunması qənaətinə gəlir. Həmçinin məhkəmə, Ərizəçi4 soyadının əvvəlcə Əzənmədova, nikaha daxil olduğdan sonra Yaqubova, Ərizəçi3 soyadının əvvəlcə Əzənmədova, nikaha daxil olduqdan sonra Cəfərova olduğundan, bu məsələyə də məhkəmə münasibət bildirərək onların soyadlarının Yaqubova (Əzənmədova), Cəfərova (Əzənmədova) kimi qeyd olunmasını məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in xx xxxx 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X20, X16, X12, X21, X18 və X5birgə mülkiyyətinə verilmiş JN-691F (Kod: 40800038) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Yaqubova (Əzənmədova) Zülfiyyə Bəhriz qızı, Cəfərova (Əzənmədova) Afət Bəhriz qızı, Ərizəçi2, Ərizəçi1 və mərhum X19 və mərhum X10 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1121/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1121/2020
29.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver