Məhkəmə qərarları › İş №2(025)-113/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-113/2022

01.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-113/2022 01.02.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Əşrəf qızının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Əşrəf qızının maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Əşrəf qızı məhkəməyə ərizə ilə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-2135A saylı şəhadətnamə ilə paylı mülkiyyətçi kimi adları qeyd olunmuş X19 və X5 adlarına verilmiş torpaq sənədinin digər payçılarla birlikdə onlara, yəni Ərizəçi2 Əşrəf qızı və Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, DİSPLAY 19 saylı qərarına əsasən onlara ailə üzvləri ilə birlikdə paylı mülkiyyət hüququ əsasında torpağın mülkiyyətə verilməsinə dair JN-2135A saylı şəhadətnamə üzrə 1,13 ha torpaq sahəsi verilmişdir. Ailə üzvləri X20, Ərizəçi2 Əşrəf qızı, Nümayəndə, X11, X14, X16 və X6 ibarətdir. Ailə üzvləri ilə birlikdə verilmiş torpaq sahəsinə dair JN-2135A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə də verilmişdir. Torpaq sənədində, yəni torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə inisiaları Mehralıyeva Nuriyə Əşrəf qızı və X3 göstərilmiş, lakin şəxsiyyətlərini müəyyən edən şəxsiyyət vəsiqələrində X19 və X3 qeyd edilmişdir. X11 10 mart 2004-cü ildə X29 ilə evlənmiş və nikah rəsmiləşərkən o, ərinin soyadını – Qaçayeva soyadını qəbul etmişdir. Nikaha qədər ki soyadı Mehralıyeva olmuşdur. Torpaq şəhadətnaməsi ilə verilən 1,13 ha torpaq sahəsi ümumi mülkiyyətdədir və payçıların hər birinin mülkiyyətlərinin ayrılıb onların özünə verilməsi və sonra adlarına “Çıxarış” alınmasında müəyyən problemlər yaranacaqdır. Çünki, qeyd etdikləri kimi onlar insisialları ilə torpaq sənədində göstərilən inissiallarda müxtəlikflik vardır. Lakin, yuxarıda sözügedən torpaq sənədində Ərizəçi2 Əşrəf qızı və X11 inisiallarının hər ikisi onlara, yəni Ərizəçi2 Əşrəf qızına və Ərizəçi1 məxsusdur. Sözügedən torpaq sənədində inissialları gedən X19 olması faktı və X5 Ərizəçi1 olması faktı işə əlavə edilmiş Vəndam qəsəbə nümayəndəliyinin 23 sentyabr 2020-ci il tarixli, 1294 saylı və 02 noyabr 2020-ci il tarixli, 1518 saylı arayışlarla da təsdiq olunur. Adlarına “Çıxarış” almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişlər. Lakin, DƏDRX 9 saylı Qəbələ ərazi idarəsinin 06 may 2021-ci il tarixli, **********33 saylı məktubu ilə xahişləri rədd edilmiş və bildirilmişdir ki, məhkəməyə müraciət etməlidir. Ona görə də məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişlər. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Əşrəf qızının etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçilərin etibarnamə üzrə nümayəndəsini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-2135A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Qəbələ rayon AİK-nın 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarına əsasən X15, X13, Nümayəndə, X5, X7, X8 və X9 birgə mülkiyyətinə JN-2135A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 1,13 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan ərizəçilərə aid “Doğum haqqında şəhadətnamə”lərinin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, onların soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi2 Əşrəf qızı və X11. İş materiallarında olan Qəbələ rayon Vəndam qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş 03 sentyabr 2020-ci il tarixli, AZ-İİ seriyalı, 375992 nömrəli “Nikah haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi2 Əşrəf qızının atasının soyadı, adı və ata adı nikaha daxil olduqdan sonra “Ərizəçi2 Əşrəf qızı” kimi qeyd edilmişdir. İş materiallarında olan Qəbələ rayon Bunud kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş 07 oktyabr 2021-ci il tarixli, AZ-T seriyalı, 020160 nömrəli “Nikah haqqında şəhadətnamə”nin təkrarından görünür ki, Ərizəçi1 atasının soyadı, adı və ata adı nikaha daxil olduqdan sonra “Ərizəçi1” kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 06 may 2021-ci il tarixli **********33 nömrəli məktubundan görünür ki, JN-2135A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Vəndam qəsəbə İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 23 sentyabr 2020-ci il tarixli, 1294 nömrəli arayışda göstərilmişdir ki, JN 2135A, kod 40600048 nömrəli torpaq şəhadətnaməsində X2 Nurayə Əşrəf qızı kimi oxunmalıdır. Qəbələ rayon Vəndam qəsəbəsində X19 adlı şəxs qeydiyyatda olmayıb və hal-hazırda yaşamır. İş materiallarında olan Qəbələ rayon İHB-nın Vəndam qəsəbə İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 02 noyabr 2020-ci il tarixli, 1518 nömrəli arayışda göstərilmişdir ki, JN 2135A, kod 40600048 nömrəli torpaq şəhadətnaməsində X1 Gülnarə Əliqulu qızı kimi oxunmalıdır. Qəbələ rayon Vəndam qəsəbəsində X17 adlı şəxs qeydiyyatda olmayıb və hal-hazırda yaşamır. Ərizəçilərin işdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, onların soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi2 Əşrəf qızı və Ərizəçi1. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-nın 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarına əsasən X15, X13, Nümayəndə, X5, X7, X8 və X9 birgə mülkiyyətlərinə verilmiş JN-2135A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi2 Əşrəf qızının adı səhvən «Nuriyə» kimi, Ərizəçi1 adı səhvən «Gülbarə» kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə yalnışlıqlar aradan qaldırılmadan ərizəçilər həmin şəhadətnamə üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Həmçinin məhkəmə, Ərizəçi1 soyadının əvvəlcə ((Mehralıyeva)), nikaha daxil olduğdan sonra Qaçayeva olduğundan, bu məsələyə də münasibət bildirərək onun soyadının Qaçayeva (Mehralıyeva) kimi qeyd olunmasını məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarına əsasən X15, X13, Nümayəndə, X5, X7, X8 və X9 birgə mülkiyyətlərinə verilmiş JN-2135A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Qaçayeva (Mehralıyeva) Gülnarə Əliqulu qızı və Ərizəçi2 Əşrəf qızına aid hissədə Qaçayeva (Mehralıyeva) Gülnarə Əliqulu qızı və Ərizəçi2 Əşrəf qızına məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar