Məhkəmə qərarları › İş №2(025)-1130/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1130/2023

28.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1130/2023 28.09.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçilər Ərizəçi2 və Ərizəçi1 nümayəndəsi Əhmədov Vəkil Murad oğlunun iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin halları Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarlarına əsasən Əhmədov Vəkil Murad oğlunun, X3, Əhmədov Şahin Vəkil oğlunun, Əhmədova Məlahət Vəkil qızının, Muradov Sadıq Vəkil oğlunun və X4 adına verilmiş JN-1534A nömrəli (kod:********), JN - 1534B nömrəli (kod:********) və JN-1534C nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin onlara aid hissəsədə onlara- Ərizəçi1 və Ərizəçi2 məxsus olması hüquqi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, onlara, yəni Ərizəçi1, Ərizəçi2, digər ailə üzvləri Əhmədov Vəkil Murad oğluna, X5, Əhmədova Məlahət Vəkil qızına və X6 Qəbələ rayonu Vəndam kəndində JN - 1534A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,58 ha həyətyanı torpaq sahəsi verilmişdir. Eyni zamanda Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, onlara, yəni Ərizəçi1, Ərizəçi2, digər ailə üzvləri Əhmədov Vəkil Murad oğluna, X5, Əhmədova Məlahət Vəkil qızına və X6 Qəbələ rayonu Vəndam kəndində JN-1534B nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,29 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bundan əlavə Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, onlara, yəni Ərizəçi1, Ərizəçi2, digər ailə üzvləri Əhmədov Vəkil Murad oğluna, X5, Əhmədova Məlahət Vəkil qızına və X6 Qəbələ rayonu Vəndam kəndində JN-1534C nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,20 ha həyətyanı torpaq sahəsi verilmişdir Lakin şəhadətnamələrdə o-Ərizəçi1 soyadı səhvən "Əhmədov" kimi, o-Ərizəçi2 soyadı səhvən "Muradov" kimi, ata adı səhvən "Sadıq" kimi göstərilmişdir. Lakin onlara məxsus şəxsiyyət vəsiqələrində, doğum haqqında şəhadətnamələrdə və nikah haqqında şəhadətnamələrdə ad, soyad və ata adları Ərizəçi1 və Ərizəçi2 kirni göstərilmişdir. Hazırda ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahələrinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyirlər. Şəhadətnamələrdə səhvlər olduğundan bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələri verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədələrdəki yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə keçdiyindən aidiyyəti üzrə xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yanlışlıqların aradan qaldırılması xahiş edilmiş, müvafiq məktub ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Onlar uzun illər buna əhəmiyyət verməmiş, lakin torpağın sənədlərini hazırlayıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışdılar. Yol verilmiş yalnışlığı onlar başqa cür aradan qaldırmaq iqtidarında deyillər, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdılar. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 nümyəndəsi Əhmədov Vəkil Murad oğlu ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-1534B (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 saylı qərarına əsasən, Əhmədov Vəkil Murad oğlunun, X3, Əhmədov Şahin Vəkil oğlunun, Əhmədova Məlahət Vəkil qızının Muradov Sadiq Vəkil oğlunun və X4 mülkiyyətinə 0.29 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-1534A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 saylı qərarına əsasən, Əhmədov Vəkil Murad oğlunun, X3, Əhmədov Şahin Vəkil oğlunun, Əhmədova Məlahət Vəkil qızının, Muradov Sadiq Vəkil oğlunun və X4 mülkiyyətinə 0.58 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-1534C (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 saylı qərarına əsasən, Əhmədov Vəkil Murad oğlunun, X3, Əhmədov Şahin Vəkil oğlunun, Əhmədova Məlahət Vəkil qızının, Muradov Sadiq Vəkil oğlunun və X4 mülkiyyətinə 0.20 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayonu, Vəndam kənd soveti tərəfindən verilmiş 18 oktyabr 1973-cü il tarixli İ-ЖГ № 493780 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 14 sentyabr 1974-cü ildə Qutqaşen rayonu, Vəndam kəndində anadan olmuşdur. Burada Ərizəçi1 tam adı “Ərizəçi1” olaraq qeyd olunmuşdur. İşdə olan Ağdaş rayonu, VVAQ şöbəsi tərəfindən verilmiş 12 fevral 1988-ci il tarixli Xİİ-ЖГ № 484463 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi “Ərizəçi2 xx xxxxxx 1988-ci ildə Ağdaş rayonunda anadan olmuşdur. Burada Ərizəçi2 tam adı “Ərizəçi2” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayonu, Vəndam qəsəbəsi İ.Ə.N-yi tərəfindən verilmiş 04 avqust 2009-cu il tarixli AZ-İ 510494 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 və X2 nikahı haqqında 04 avqust 2009-cu il tarixdə 37 №-li akt qeydi tərtib olunmuşdur. Nikahın qeyə alındığı yer Qəbələ rayon Vəndam qəsəbə icra nümayəndəliyi. Nikah bağlandıqdan sonra ərə Əhmədov arvada Əhmədova soyadı verilmişdir. İşdə olan Qəbələ rayonu, Vəndam kənd İ.N-yi tərəfindən verilmiş 10 iyul 1995-ci il tarixli Vİİ- ЖГ 259773 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 və X1 nikahı haqqında 31 iyul 1995-ci il tarixdə 28 №-li akt qeydi tərtib olunmuşdur. Nikahın qeyə alındığı yer Qəbələ rayon Vəndam kənd icra nümayəndəliyi. Nikah bağlandıqdan sonra ərə Muradov arvada Muradova soyadı verilmişdir. İşdə olan Qəbələ regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 may 2023-cü il tarixli 05/09İS/107306-23 №-li arayışdan görünür ki, xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: Əhmədov Vəkil Murad oğlunun ailə tərkibi: əri: X7 (xx.xx.1952), oğlu: Ərizəçi1 (xx.xx.1973), oğlu: Əhmədov Şaiq Vəkil oğlu (xx.xx.1974), qızı: Rizvanova Mətanət Vəkil qızı (xx.xx.1976), qızı: Əhmədova Məlahət Vəkil qızı (xx.xx.1981), oğlu: Ərizəçi2 (xx.xx.1988). İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən verilimş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 adı, soyadı, ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi1” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 adı, soyadı, ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi2” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərinin və ailə üzvlərinin mülkiyyətinə 0.29 ha, 0.58 ha və 0.20 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahələrinin verilməsini təsdiq edən JN-1534B (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə, JN-1534A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə və JN-1534C (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə “Ərizəçi1” əvəzinə “Əhmədov Şahin Vəkil oğlu” kimi və “Ərizəçi2” əvəzinə “Muradov Sadiq Vəkil oğlu” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-1534A (Kod:********), JN-1534B (Kod:********) və JN-1534C (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamələrinin ərizəçilər Ərizəçi1 və Ərizəçi2 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar