Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1131/2020 18.11.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, X17, X20, X15, X16 və X9 birgə mülkiyyətinə verilmiş JN-0074 saylı, KOD 40616018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının mərhum anası X10 aid hissədə X4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon X13 xx xxx 1998-ci il tarixli, 10 saylı qərarı ilə ailə üzvlərinin birgə mülkiyyətinə JN-0074 saylı, KOD 40616018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında 2,26 ha torpaq sahəsi verilmişdir. Həmin dövlət aktı əsasında sənədləşmə işləri aparan zaman məlum olmuşdur ki, JN-0074 saylı, KOD 40616018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktında mərhum anasının adı Məmmədova (Qurbanova) Aşafatma Məmmədalı qızı əvəzinə səhvən “X17” kimi yazılmışdır. Bu səhv ona əvvəldən məlum olmadığı üçün bununla bağlı gec müraciət etmişdir. Dövlət aktını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, dövlət aktındakı yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən o, aidiyyatı üzrə xidmətin 9 saylı X28 ərizə ilə Torpağa mülkiyyət hüququna dair Dövlət aktında yanlışlıqların qaldırılması barədə müraciət etmiş, müvafiq xx xxxxxxxx 2020-ci il tarixli, **********76 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-0074 nömrəli (kod:40616018) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-nın xx xxx 1998-ci il tarixli, 10 saylı qərarına əsasən X17, X19, X21, X15, X16 və X9 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Tüntül kəndində 2,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 264 nömrəli Doğum haqqında arayışdan görünür ki, X6 xx xxxxx 1929-cü ildə Qəbələ rayonu Tüntül kəndində doğulmuş, bu barədə 1946-cı ilin aprel ayında Qəbələ rayon Qeydiyyat şöbəsində 87 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X5, anası X8r. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli, 436 nömrəli Nikah haqqında arayışdan görünür ki, X22 ilə X2 xx xxxx 1946-cı ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 21 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İşdə olan Qəbələ rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İ seriyalı, 954344 №-li «Ölüm haqqında şəhadətnamə»dən görünür ki, X7 “ürək çatmamazlığı” xəstəliyindən xx.xx.2007-ci il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü ildə 14 № ilə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli **********76 nömrəli məktubundan görünür ki, JN-0074 nömrəli (kod:40616018) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Tüntül kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 333 nömrəli arayışdan görünür ki, Ərizəçi Qəbələ rayonu Tüntül kəndində qeydiyyatdadır və Tüntül kəndində yaşayır. İşdə olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1948-ci il tarixdə Qəbələ rayonu Tüntül kəndində doğulmuş, Qəbələ rayonu Tüntül kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-nın xx xxx 1998-ci il tarixli, 10 saylı qərarına əsasən X17, X20, X15, X16 və X9 birgə mülkiyyətlərinə verilmiş JN-0074 nömrəli (kod:40616018) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında Ərizəçi mərhum anası X1 səhvən “Mamedova”, adı səhvən “Aşa” kimi qeyd olunmuşdur. Qeyd olunan dövlət aktında yalnışlıqlar aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə üzrə vərəsəlik, mülkiyyət və s. hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın xx xxx 1998-ci il tarixli, 10 saylı qərarına əsasən X17, X19, X21, X15, X16 və X9 birgə mülkiyyətlərinə verilmiş JN-0074 nömrəli (kod:40616018) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının mərhum X4 aid hissədə mərhum X4 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1131/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1131/2020
18.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver