Məhkəmə qərarları › İş №2(025)-1132/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1132/2020

10.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1132/2020 10.11.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçilər Ərizəçi4, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 iştirakları ilə Ərizəçilər Ərizəçi4, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi4, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 məhkəməyə ərizə ilə müraciət edərək, X8, X2, X5, Abdurəhmanova (Xanalıyeva) Mətanət Eldar qızı, X9 və X4 birgə mülkiyyətinə verilmiş JN-596A saylı və JN-596F saylı KOD 40616018 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin onlara aid hissədə Ərizəçi4, Ərizəçi3, Abdurahmanova (Xanalıyeva) Mətanət Eldar qızı və Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi4, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 ərizəni onunla əsaslandırmışlar ki, Qəbələ rayonu X15 xx xxxxxxx 1998-ci il tarixli, 19 saylı qərarı ilə ailə üzvlərinin birgə mülkiyyətinə JN- 596A saylı, KOD 40600048 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0,97 ha və JN-596E saylı, KOD 40600048 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0,37 ha torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamələr əsasında sənədləşmə işləri aparan zaman məlum olmuşdur ki, JN- 596A saylı və JN-596F saylı KOD 40616018 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə adları Ərizəçi4 əvəzinə səhvən “X3", Ərizəçi3 əvəzinə “Ərizəçi3”, Abdurahmanova (Xanalıyeva) Mətanət Eldar qızı əvəzinə “X6", Ərizəçi1 əvəzinə “X10" kimi yazılmışdır. Bu səhv onlara əvvəldən məlum olmadığı üçün bununla bağlı gec müraciət etmişlər. Şəhadətnamələri verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən o, aidiyyəti üzrə xidmətin 9 saylı X26 ərizə ilə Torpağa mülkiyyət hüququna dair Dövlət aktında yanlışlıqların aradan qaldırılması barədə müraciət etmiş, müvafiq xx xxxxxx 2020-ci il tarixil, **********56 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında ərizəçilər Ərizəçi4, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-596A (Kod: 40600048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxxx 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, X8, X2, X5, X6, X9 və X4 birgə mülkiyyətinə JN-596A (Kod: 40600048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,97 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-596F (Kod: 40600048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxxx 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, X8, X2, X5, X6, X9 və X4 birgə mülkiyyətinə JN-596F (Kod: 40600048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,37 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qutqaşen rayonu Vəndam kənd soveti tərəfindən verilmiş xx xxxxxx 1961-ci il tarixli, AЗ seriyalı, ******* nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X19 xx xxxxxx 1961-ci ildə Qutqaşen rayonu Məmmədağalı kəndində doğulmuşdur. İş materiallarında olan Qəbələ rayonu Vəndam qəsəbə İƏN-yi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, AZ-T seriyalı, 085090 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi4 xx xxxxxx 1984-cü ildə Qəbələ rayonu Vəndam kəndində doğulmuşdur. İş materiallarında olan Qutqaşen rayonu Vəndam kənd soveti tərəfindən verilmiş xx xxxx 1983-cü il tarixli, İX-ЖГ seriyalı, 363929 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx xxx 1983-cü ildə Qutqaşen rayonu Vəndam kəndində doğulmuşdur. İş materiallarında olan Qutqaşen rayonu Vəndam kənd soveti tərəfindən verilmiş xx xxxxxxx 1986-ci il tarixli, Xİ-ЖГ seriyalı, 433572 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 xx xxxx 1986-ci ildə Qutqaşen rayonu Vəndam kəndində doğulmuşdur. İş materiallarında olan Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən verilmiş xx.xx.1982ci il tarixli, İİ-ЖГ seriyalı, 468467 nömrəli «Nikah haqqında» şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 ilə X12 xx xxxx 1982-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 43 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Abdurahmanov, arvada Abdurahmanova soyadı verilmişdir. İş materiallarında olan Qəbələ rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli, Vİİ-ЖГ seriyalı, 403706 nömrəli «Nikah haqqında» şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X20 ilə X1 xx xxxxxx 2000-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 109 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Xanalıyev, arvada Xanalıyeva soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx xxxxxx 2020-ci il tarixli **********56 nömrəli məktubundan görünür ki, JN-596A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Vəndam qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 963, 964, 965 və 966 nömrəli arayışlardan görünür ki, Ərizəçi4, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatda olmaqla və Vəndam qəsəbəsində yaşayırlar. Ərizəçilərin işdə olan şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, onların soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi4, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-in xx xxxxxxx 1998-ci il tarixli 19 nömrəli qərarlarına əsasən X8, X2, X5, X6, X9 və X4 birgə mülkiyyətinə 0,97 ha və 0,37 ha həyətyanı torpaq sahəsini verilməsini təsdiq edən JN-596A (Kod: 40600048) nömrəli və JN-596F (Kod: 40600048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrdə Ərizəçi4 soyadı səhvən «Abdurəhmanov», adı səhvən «Abdurəhman», ərizəçilər Ərizəçi3, Ərizəçi2, Ərizəçi1 isə soyadları səhvən «Abdurəhmanov(a)» kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamələrdə yalnışlıqlar aradan qaldırılmadan ərizəçilər həmin şəhadətnamələr üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun qismən təmin olunması qənaətinə gəlir. Həmçinin məhkəmə, Ərizəçi2 soyadının əvvəlcə Abdurahmanova, nikaha daxil olduğdan sonra Xanalıyeva olduğundan, bu məsələyə də məhkəmə münasibət bildirərək onun soyadının Abdurahmanova (Xanalıyeva) kimi qeyd olunmasını məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in xx xxxxxxx 1998-ci il tarixli 19 nömrəli qərarlarına əsasən X8, X2, X5, X6, X9 və X4 birgə mülkiyyətinə verilmiş JN-596A (Kod: 40600048) nömrəli və JN-596F (Kod: 40600048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin Ərizəçi4, Ərizəçi3, Abdurahmanova (Xanalıyeva) Mətanət Eldar qızı və Ərizəçi1 aid hissədə Ərizəçi4, Ərizəçi3, Abdurahmanova (Xanalıyeva) Mətanət Eldar qızı və Ərizəçi1 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar