Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1138/2022 28.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçilər Nümayəndə, Ərizəçi3, Ərizəçi2, Ərizəçi5 və Ərizəçi4 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, ərizəçilər Ərizəçi3, Ərizəçi2, ərizəçi və digər ərizəçilər Ərizəçi5 və Ərizəçi4 nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçilər Nümayəndə, Ərizəçi3, Ərizəçi2, Ərizəçi5 və Ərizəçi4 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin halları Ərizəçilər Nümayəndə, Ərizəçi3, Ərizəçi2, Ərizəçi5 və Ərizəçi4 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, X18, X21, X10, X11 və Ərizəçi5 Səfixan oğlunun adına verilmiş JN-0095 (kod:********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın onlara aid hissədə onlara, yəni X12, X13, X7, Mustafayeva (Baxşaliyeva) Nurlanə Səfxan qızına və Ərizəçi5 məxsus olması hüquqi faktının müəyyən edilməsi; Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, X19, Ərizəçi2, X14, X15, X8 adına verilmiş JN-069A (kod:********) nömrəli, JN-069F (kod:********) nömrəli, JN-069G (kod:********) nömrəli, “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin onlara aid hissədə onlara, yəni X12, X7, Mustafayeva (Baxşaliyeva) Nurlanə Səfxan qızına və Ərizəçi5 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, ölkədə aparılan torpaq islahatı zamanı Qəbələ rayon AİKin 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, X18, Ərizəçi2, X14, X15 və Ərizəçi5 Səfixan oğluna Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əvəzsiz olaraq verilib, lakin mülkiyyət hüququnu təsdiq edən JN-0095 (kod:********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktında Nümayəndə səhvən səhvən soyadı “Baxşaliyev”, adı “Səfixan”, Ərizəçi2 səhvən soyadı “Baxşaliyev”, Ərizəçi3 səhvən soyadı “Baxşəliyeva”, ata adı “Səfixan”, Mustafayeva (Baxşalıyeva) Nurlanə Səfxan qızının səhvən soyadı “Baxşaiiyeva”, ata adı “Səfixan”, Ərizəçi5 səhvən ata adı “Səfixan” kimi qeyd olunub. Həmçinin Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, X19, Ərizəçi2, X14, X15, X16 Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,34 ha həyətyanı torpaq sahəsi əvəzsiz olaraq verilib, lakin mülkiyyət hüququnu təsdiq edən JN-069A (kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə Nümayəndə səhvən soyadı “Baxşəliyev”, adı “Səfixan”, Ərizəçi3 səhvən soyadı “Baxşəliyeva”, ata adı ’’Səfixan”, Mustafayeva (Baxşalıyeva) Nurlanə Səfxan qızının səhvən soyadı “Baxşəliyeva” ata adı “Səfixan”, Ərizəçi5 səhvən soyadı “Baxşəliyev”, ata adı “Səfixan” kimi qeyd olunub. Həmçinin Qəbələ rayon AlK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, X19, Ərizəçi2, X14, X15, X16 Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,17 ha həyətyanı torpaq sahəsi əvəzsiz olaraq verilib, lakin mülkiyyət hüququnu təsdiq edən JN-069F (kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» X1 səhvən soyadı “Baxşəliyev”, adı “Səfixan”, X3 soyadı “Baxşəliyeva”, ata adı "Səfixan”, Mustafayeva (Baxşəliyeva) Nurlanə Səfxan qızının səhvən soyadı “Baxşəliyeva”, ata adı “Səfixan”, Ərizəçi5 səhvən soyadı “Baxşəliyev”, ata adı “Səfixan” kimi qeyd olunub. Həmçinin Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, X19, Ərizəçi2, X14, X15, X16 Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,01 ha həyətyanı torpaq sahəsi əvəzsiz olaraq verilib, lakin mülkiyyət hüququnu təsdiq edən JN-069G (kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» X1 səhvən soyadı “Baxşəliyev”, adı “Səfixan”, X3 soyadı “Baxşəliyeva”, ata adı "Səfixan”, Mustafayeva (Baxşəliyeva) Nurlanə Səfxan qızının səhvən soyadı “Baxşəliyeva”, ata adı “Səfixan”, Ərizəçi5 səhvən soyadı “Baxşəliyev”, ata adı “Səfixan” kimi qeyd olunub. Nə onlar, nə də ailə üzvlərinin heç biri uzun illər buna əhəmiyyət verməmiş, lakin torpağın sənədlərini hazırlayıb Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışlar. Bununla bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etsə də, həmin idarə tərəfindən ona ünvanlanmış 20 iyun 2022-ci il tarixli, **********20 nömrəli məktubda göstərilmişdir ki, torpaq sahəsinə dair hüquq müəyyən edici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi İdarəsinin səlahəiyyətində deyil və bununla bağlı məhkəməyə müraciət etməli olmağı tövsiyyə olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi3 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçi və digər ərizəçilər Ərizəçi5 və Ərizəçi4 nümayəndəsi Nümayəndə ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-0095 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən X18, Ərizəçi2, X14, X15 və Ərizəçi5 Səfixan oğlunun ümumi birgə mülkiyyətinə 0.77 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-069A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, X19, Ərizəçi2, X14, X15, X8 ümumi birgə mülkiyyətinə 0.34 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-069F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, X19, Ərizəçi2, X14, X15, X8 ümumi birgə mülkiyyətinə 0.17 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-069G (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, X19, Ərizəçi2, X14, X15, X8 ümumi birgə mülkiyyətinə 0.01 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən verilmiş 28 aprel 1969-cu il tarixli AZ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi X23 xx xxxxx 1969-cu ildə Qəbələ rayon, Vəndam qəsəbəsində anadan olmuşdur. İşdə olan Qəbələ rayon Vəndam İ.Ə.N tərəfindən verilmiş 05 iyul 2022-ci il tarixli AZ-T № 205337 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi Nümayəndə soyadı “Baxşalıyev” olaraq, adı “Səfxan” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən verilmiş 13 oktyabr 1988-ci il tarixli İV-JQ 476736 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə ilə X23 arasında 13 oktyabr 1988-ci il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Baxşalıyev, arvada Baxşalıyeva soyadı verilmişdir. Burada ərizəçi Nümayəndə soyadı “Baxşalıyev” olaraq, adı “Səfxan” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə soyadı şəxsiyyəti təsdiq edən sənəddə “Baxşalıyev” olaraq, adı “Səfxan” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 soyadı şəxsiyyəti təsdiq edən sənəddə “Baxşəliyeva” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən verilmiş 26 sentyabr 1989-cu il tarixli XİV-JQ № 421801 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi3 soyadı “Baxşalıyeva” olaraq, ata adı “Səfxan” olaraq qeyd olunmuşdur. Həmçinin burada “atası” qrafasında digər ərizəçi Nümayəndə soyadı “Baxşalıyev” olaraq, adı “Səfxan” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22 avqust 2019-cu il tarixli AZ-İ 318932 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi3 ilə X29 arasında bağlanmış nikah 22 avqust 2019-cu il tarixdə pozulmuşdur. Nikah pozulduqdan sonra qadına Baxşalıyeva, kişiyə Abbasov soyadı verilmişdir. Burada Ərizəçi3 soyadı “Baxşalıyeva” olaraq, ata adı “Səfxan” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 soyadı şəxsiyyəti təsdiq edən sənəddə “Baxşalıyeva” olaraq, ata adı “Səfxan” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən verilmiş 31 mart 1984-cü il tarixli XVİİ-JQ № 483212 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada Ərizəçi5 soyadı “Əliquluyev” olaraq, ata adı “Səfxan” olaraq qeyd olunmuşdur. Həmçinin burada “atası” qrafasında digər ərizəçi Nümayəndə soyadı “Baxşalıyev” olaraq, adı “Səfxan” olaraq qeyd olunmuşdur. İşdə olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 iyun 2022-ci il tarixli AZ-İİ 521591 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi5 ilə X30 arasında 22 iyun 2022-ci il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Əliquluyev, arvada Əliquluyeva soyadı verilmişdir. Burada Ərizəçi5 soyadı “Əliquluyev” olaraq, ata adı “Səfxan” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi5 soyadı şəxsiyyəti təsdiq edən sənəddə “Əliquluyev” olaraq, ata adı “Səfxan” olaraq qeyd olunmuşdur. İşdə olan Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən verilmiş 24 mart 1991-ci il tarixli XV-JQ № 448225 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, burada ərizəçi X2 “Baxışalıyeva” olaraq, ata adı “Səfxan” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ Rayon Vəndam qəsəbə İ.Ə.N tərəfindən verilmiş 10 noyabr 2010-cu il tarixli AZ-İ 618750 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə X36 arasında 10 noyabr 2010-cu il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Mustafayev, arvada Mustafayeva soyadı verilmişdir. Burada ərizəçi Mustafayeva (Baxşalıyeva) Nurlanə Səfxan qızının soyadı “Baxşalıyeva” olaraq, ata adı “Səfxan” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Səyyar ASAN10 tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 at adı şəxsiyyəti təsdiq edən sənəddə “Səfxan” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin ümumi birgə mülkiyyətinə 0.77 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-0095 (Kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında “Nümayəndə” əvəzinə “X18” kimi, “Ərizəçi3” əvəzinə “X10” kimi, “Ərizəçi2” əvəzinə “X21” kimi, “Ərizəçi5” əvəzinə “Ərizəçi5 Səfixan oğlu” kimi və “X20” əvəzinə “X11” kimi səhv olaraq göstərilmişdir. Həmçinin müvafiq olaraq 0.34 ha, 0.17 ha və 0.01 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahələrinin verilməsini təsdiq edən JN-069A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə, JN-069F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə və JN-069G (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə “Nümayəndə” əvəzinə “X19” kimi, “Ərizəçi3” əvəzinə “X14” kimi, “Ərizəçi5” əvəzinə “X22” kimi və “X20” əvəzinə “X15” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-069A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin, JN-069F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin, JN-069G (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin və JN-0095 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının ərizəçilər Nümayəndə, Ərizəçi2, Ərizəçi3, Ərizəçi5 və Mustafayeva (Baxşalıyeva) Nurlanə Səfxan qızına məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1138/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1138/2022
28.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver