Məhkəmə qərarları › İş №2(025)-1141/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1141/2020

23.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1141/2020 23.11.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məhkəməyə ərizə ilə müraciət edərək, Dövlət aktlarının qeydiyyat kitabında 13311 nömrə ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair Dövlət aktındakı (JN-1554, Kod 40600048) adların siyahısında 4, 5 və 6-cı sıra sayında Bilalov soyadı ilə göstərilmiş şəxslərin biz, yəni Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 olduqlarına, Sərvan adı ilə göstərilmiş şəxsin, Ərizəçi2 olduğuna, həmçinin aktın 2-ci sıra sayında Böyükxanım adının səhvən yazıldığına, sənədin ona-Ərizəçi1 məxsusluğuna, həmçinin aktın 3-cü sıra sayındakı şəxsin mərhum oğlu olduğuna, yəni həmin sənədin mərhum oğlu X5 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edib göstərdi ki, onlar Vəndam qəsəbəsində anadan olmuşlar. Şəxsiyyətini təsdiq edən sənədlərdə soyadı atanın atası olan babaları Mikayılın adı ilə Mikayılov kimi qeyd olunmuşdur. Buna baxmayaraq onların hər birinin, o cümlədən də xx.xx.2013-cü ildə ölmüş qardaşları X1 valideynləri ilə birlikdə onların birgə paylı mülkiyyətinə verilmiş 0,95 hektar torpağa mülkiyyət hüququna dair Dövlət aktında valideynlərinin soyadı ilə Bilalov kimi göstərilmişdir. Halbuki Bilal adı atalarının babasının adı olmuş, onlar isə öz babasının adına uyğun Mikayılov soyadı seçmişlər. O, X6 adı da aktda səhvən Sərvan kimi yazılmışdır. Dövlət aktında olan torpaqlarını daşınmaz əmlak kimi adlarına qeydiyyata aldırmaq istəyərkən hazırkı problem ortaya çıxmışdır. Ərizəçi1 adı isə həmin dövlət aktında səhvən Böyükxanım kimi yazılmışdır. Odur ki, hüquqmüəyyənedici sənədin, yəni dövlət aktındakı adların onlar olduğuna, həmin sənədin onlara məxsusluğu faktının məhkəmə qaydasında müəyyən edilməsi üçün hazırkı ərizə ilə müraciət edirlər. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi2 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi3 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi4 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-1554 (Kod: 40600048) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxxx 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, X4, X7, Bilalova Böyükxanım İsbat qızının, X6, X8 və X9 ümumi birgə mülkiyyətinə 0.95 ha fərdi kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx xxxx 1954-cü il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində anadan olmuşdur və hal-hazırda Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadır. İşdə olan Qəbələ rayonu Vəndam kənd soveti tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli AZ-T № 123345 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx xxxxx 1980-ci il də Qəbələ rayonu Vəndam qəsəbəsində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxx 1980-ci il tarixdə 63 nömrə ilə qeyd edilmişdir. X2, anası Ərizəçi1dır. İş materiallarına əlavə olunmuş seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx xxxxx 1980-ci il tarixdə anadan olmuşdur. İşdə olan Qəbələ rayonu Vəndam kənd soveti tərəfindən verilmiş xx xxxxxx 1993-cü il tarixli X-ЖГ № 267519 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi3 xx xxxxxx 1983-cü il də Qəbələ rayonu Vəndam qəsəbəsində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 1983-cü il tarixdə 200 nömrə ilə qeyd edilmişdir. X2, anası Ərizəçi1dır. İş materiallarına əlavə olunmuş seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx xxxxxx 1983-cü il tarixdə anadan olmuşdur. İşdə olan Qəbələ rayonu Vəndam kənd soveti tərəfindən verilmiş xx xxxxxx 1984-cü il tarixli X-ЖГ № 377794 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi4 xx xxxxxx 1984-cü il də Qəbələ rayonu Vəndam qəsəbəsində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 1984-cü il tarixdə 242 nömrə ilə qeyd edilmişdir. X2, anası Ərizəçi1dır. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx xxxxxx 1984cü il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində anadan olmuşdur və hal-hazırda Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin və digər şəxslərin birgə mülkiyyətinə 0.95 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-1554 (Kod: 40600048) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında yalnışlığa yol verilərək, “Ərizəçi1” əvəzinə “Bilalova Böyükxanım İsbat qızı”, “Ərizəçi2” əvəzinə “X11”, “Ərizəçi3” əvəzinə “X12” və “Ərizəçi4” əvəzinə “X13” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-1554 (Kod:40600048) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar