Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1147/2020 05.11.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(025)-812/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx xxxxxx 2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat alimentin tutulması və əlavə olaraq uşağın 3 yaşına çatanadək baxılmasına görə 70 (yetmiş) manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2019cu il tarixli, 2(025)-812/2019 saylı qətnaməsinə əsasən cavabdehlə olan nikahları pozulmuş, xx xxxxxx 2018-ci il təvəllüdlü X2 onun yanında qalması müəyyən olunmuş və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxx 2019-cu il tarixdən alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, hər ay Cavabdeh 120 manat miqdarında aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda uşaq balaca olduğundan hər hansı bir işlə məşğul ola bilmir və ona qulluq edir, cavabdeh şəxs isə alimentdən başqa uşağa baxılmasına görə ona maddi köməklik eləmir. Uşağa görə ödənilən alimentin məbləği isə uşağın tələbatlarını ödəmir, cavabdeh şəxs isə rəsmi iş yeri olmasa da, tikinti işləri ilə məşğul olan bənnadır, əlavə də olaraq fərdi işlərlə məşğul olaraq kifayət qədər qazancı vardır. Ona görə də, cavabdehdən qət olunmuş aliment pulunun qanunla hər bir uşaq üçün yaşayış minimumuna uyğun tərzdə tutularaq ona verilməsini və əlavə olaraq uşağın 3 yaşına çatanadək saxlanılmasına görə də maddi köməklik olunmasını istəyir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda bildirdi ki, qızı yenidən ailə həyatı qurmuş və bu yaxın vaxtlarda işləməyə başlayacaqdır. Bu səbəbədən uşağa baxmaq üçün dayə tutulmalıdır və beləliklə uşağın baxılması xərcləri artmışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, əvvəl müəyyən olunmuş aliment məbləğini ödəməkdə çətinlik çəksə də, vaxtlı-vaxtında ödəyir. Aliment məbləği artırılarsa ödəyə bilməyəcəkdir. Belə ki, hal-hazırda rəsmi iş yeri yoxdur və gündəlik iş olduqca fəhləlik etməkdədir. Həmçinin iddiaçı yenidən ailə qurmuş və uşağını ona göstərmirlər. Buna baxmayaraq təyin olunmuş alimenti ödəməkdədir. Həmçinin 3 yaşına çatanadək uşağa pul ödənilməsinə də narazıdır. Göstərilən nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsini və cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(025)-812/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İsmayılzadə (Ağayeva) Fidan Mübariz qızı arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış və Qəbələ Regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 528 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərinbirgə nikahlarındananadanolmuş 17 dekabr2018-ci il təvəllüdlü X2 anası İsmayılzadə (Ağayeva) Fidan Mübariz qızının yanında qalmasının müəyyən edilməsi,Cavabdeh xx xxxx 2019-cu il tarixdən başlayaraq, xx xxxxxx 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İsmayılzadə (Ağayeva) Fidan Mübariz qızına verilməsi qət edilmişdir. İş materiallarında olan Qəbələ Regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş AZ-İV № 211800 saylı doğum haqında şəhadətnamədən görünür ki, X5 xx xxxxxx 2018-ci ildə Qəbələ şəhərində anadan olmuş, atası Cavabdeh, anası X1r. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, AZ-İ seriyalı, 341705 nömrəli “Nikahın pozulması haqqında” şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 arasında nikahın pozulması 08sentyabr 2020-ci il tarixdə Qəbələ rayon Qeydiyyat şöbəsində 62 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah pozulduqdan sonra qadına Ağayeva soyadı verilmişdir. İş materiallarında olan Ucar Rayon İcra Hakimiyyəti Başçısının Bərgüşad kənd İƏD tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 351 nömrəli arayışdan görünür ki, Cavabdeh Ucar rayonu Bərgüşad kəndində qeydiyyatda olmaqla Bərgüşad kəndində yaşayır. Heç bir yerdə işləmir. İş materiallarında olan “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi “Şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Qəbələ rayonunda doğulmuş və Qəbələ şəhəri, A.ünvan 1 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə baxışı iclasında işdə iştirak edən iddiaçının nümayəndəsinin və cavabdehin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü İsmayılzadə AysuSəbuhi qızı adlı uşaqları doğulmuşdur, onlar arasında olan nikah rəsmi qaydada pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş uşaqları xx.xx.2018-ci il təvəllüdlü İsmayılzadə AysuSəbuhi qızı ananın yanındadır.Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(025)-812/2019 saylı qətnaməsinə əsasən Cavabdeh ilə İsmayılzadə (Ağayeva) Fidan Mübariz qızı arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış və Qəbələ Regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 528 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərinbirgə nikahlarındananadanolmuş 17 dekabr2018-ci il təvəllüdlü X2 anası İsmayılzadə (Ağayeva) Fidan Mübariz qızının yanında qalmasının müəyyən edilməsi,Cavabdeh xx xxxx 2019-cu il tarixdən başlayaraq, xx xxxxxx 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İsmayılzadə (Ağayeva) Fidan Mübariz qızına verilməsi qət edilmişdir.İddiaçı həmin məbləğin uşağın minimum maddi tələbatının ödənilməsinə kifayət etmədiyini, uşağa qulluqla əlaqədar heç bir yerdə işləməməsini, cavabdehin isə fərdi işlərlə məşğul olaraq kifayət qədər qazancı olduğunu, bu səbəbdən də, iddiaçı təyin olunmuş alimentin məbləğinin artırılmasını, cavabdehdən yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü İsmayılzadə AysuSəbuhi qızının saxlanması üçün 170 manat aliment və əlavə olaraq uşaq 3 yaşına çatana qədər hər ayda ona 70 manat aliment tutulmasını xahiş edir. Cavabdeh isə halhazırda heç bir yerdə işləmədiyini, iş olanda fəhləlik etdiyini, əvvəlki aliment məbləğini çətinliklə ödədiyini və aliment məbləği artırılarsa ödəyə bilməyəcəyini, bu səbəbdən alimentin artırılmasına və uşaq üçün əlavə xərclərin ödənilməsinə etiraz edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2020-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin artırılması hissəsində qismən təmin edilməli, xx.xx.2018-ci il təvəllüdlü İsmayılzadə AysuSəbuhi qızının saxlanılması üçün məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləği artırılmalı, hər ay sabit pul məbləğində 140 (bir yüz qırx) manat aliment tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə belə qənaətə gələrkən iddiaçının cavabdehin hər ay 170 manat məbləğində aliment ödəmə qabiliyyətinə malik olmasına və əlavə gəlirlərinin olmasına dair iddiada hər hansı sübut təqdim etməməsini,övladlara baxmağın atanın vəzifəsi olduğu kimi, ananında vəzifəsi olmasını nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsaəsn hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikddir. Məhkəmə hesab edir ki, iddia tələbi uşağa görə əlavə xərc olaraq 3 il ərzində hər ay üçün 70 (yetmiş) manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməməlidir.Çünki Ailə Məcəlləsinin yuxarıda istinad olunan 85.1.1-ci maddəsinin məzmunundan göründüyü kimi ümumi uşaqların doğulduğu gündən 3 il ərzində keçmiş arvada keçmiş ərdən aliment tutulması üçün ərin buna zəruri vəsaitə malik olduğu təsdiq olunmalıdır. Lakin iddiaçı məkəmə baxışı zamanı bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Mülki işin materialları əsasında da cavabdehin belə vəsaitə malik olduğu müəyyən edilmir. Əksinə işdən görünür ki, cavabdeh işləmir. Ona görə də bu hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin artırılması olduğundan, alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu tutulmalı dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(025)-812/2019 saylı qətnaməsinə əsasən təyin olunmuş alimentin məbləği dəyişdirilməli, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü İsmayılzadə AysuSəbuhi qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılmalı, hər ay sabit pul məbləğində - 140 (bir yüz qırx) manat məbləğində aliment tutularaq X4 ödənilməli, alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmalı, iddia tələbi qalan hissədə təmin edilməməli, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulmalı və dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(025)-812/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü İsmayılzadə AysuSəbuhi qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılsın, hər ay sabit pul məbləğində - 140 (bir yüz qırx) manat məbləğində aliment tutularaq iddiaçı X4 ödənilsin. Alimentin artırılması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1147/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1147/2020
05.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver