Məhkəmə qərarları › İş №2(025)-1148/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1148/2020

02.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1148/2020 02.12.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Aslanova Ayşən Əfqan qızının katibliyi, ərizəçi və digər ərizəçilərin nümayəndəsi Ərizəçi3 iştirakı ilə, Ərizəçilər Ərizəçi3, Ərizəçi4, Ərizəçi1 və Ərizəçi2 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçilər Ərizəçi3, Ərizəçi4, Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, JN- 197A, KOD 40600058 saylı Torpağn mülkiyyətə verilməsinə dair X1, Ərizəçi3, Ərizəçi4, Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında ərizəçi və digər ərizəçilərin nümayəndəsi Ərizəçi3 ərizəni müdafiə edib göstərdi ki, X4, Ərizəçi3, Ərizəçi4, Ərizəçi1 və Ərizəçi2 mülkiyyətinə X10 25 iyun tarixli 1998-ci il tarixli 11 saylı qərarı ilə Qəbələ rayonu, Qəmərvan kəndi ərazisində 0.14 ha torpaq sahəsi verilmiş və bu barədə onlara JN – 197A saylı Torpağn mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Şəhadətnamədə sonradan məlum olmuşdur ki, səhvən hər beş hüquq sahibinin soyadı “Fərzalıyev” əvəzinə “Fərzəliyev”, Ərizəçi3 ata adı “Hacıbala” əvəzinə “Hacıbaba” kimi yazılmışdır. Lakin şəxsiyyət vəsiqələrində, doğum və nikah haqqında Şəhadətnamələrdə və digər sənədlərdə Ərizəçi3, Ərizəçi4, Ərizəçi1 və Ərizəçi2 kimi qeyd edilmişdir. X4 vəfat etmişdir. Hazırda torpaq sahəsi ilə bağlı bir sıra məsələləri həll etmək istəyirlər. Şəhadətnamədə “soyad” və “ata adı” düzgün yazılmadığından bu mümkün deyildir. Şəhadətnaməni verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, Şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən o, aidiyyatı üzrə xidmətin 9 saylı X20 ərizə ilə Torpağa mülkiyyət hüququna dair Şəhadətnamədə yanlışlıqların aradan qaldırılması barədə müraciət etmiş, müvafiq xx xxxx 2020-ci il tarixli **********81 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-197A (Kod: 40600058) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxx 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, X5, X6, X9, X12 və X7 ümumi birgə mülkiyyətinə 0,14 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Qəmərvan kənd X11 tərəfindən xx xxxx 2000-ci il tarixdə verilmiş AZ № 008860 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx xxxx 2000-ci il tarixdə Qəbələ rayon Qəmərvan kəndində vəfat etmiş və bu barəfə ölüm haqqında akt qeydləri kitabında 2 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qəmərvan kənd soveti tərəfindən verilmiş xx xxxx 1969-cu il tarixli АЗ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi3 xx xxxx 1969cu il tarixdə Qəbələ rayon Qəmərvan kəndində anadan olmuş, ata qrafasında X8, ana qrafasında X4 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1969-cu il tarixdə 31 nömrə ilə qeyd edilmişdir. İşdə olan AA******* saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx xxxx 1969-cu il tarixdə anadan olmuşdur. İşdə olan Qəbələ rayon Qəmərvan kənd soveti tərəfindən verilmiş xx xxxxxxxx 1975-ci il tarixli İİİ-JQ № 428647 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx xxxxxxxx 1975-ci il tarixdə Qəbələ rayon Qəmərvan kəndində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1975-ci il tarixdə 39 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qəmərvan kənd X11 tərəfindən verilmiş xx xxxxxxx 1992-ci il tarixli Vİ-ЖГ № 292345 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx xxxxxxx 1992-ci il tarixdə Ərizəçi3 ilə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə Fərzalıyev, arvada Fərzalıyeva soyadı verilmişdir. Bu barədə nikah haqqında akt qeydləri kitabında xx.xx.1992-ci il tarixdə 37 nömrə ilə qeyd edilmişdir. İşdə olan AA******* saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx xxxxxxxx 1975-ci il tarixdə anadan olmuşdur. İşdə olan Qəbələ rayon Qəmərvan kənd X11 tərəfindən verilmiş xx xxxxxxx 1993-cü il tarixli XVİİ-JQ № 359844 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxxxx 1993-cü il tarixdə Qəbələ rayon Qəmərvan kəndində anadan olmuş, ata qrafasında Ərizəçi3, ana qrafasında Ərizəçi4 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1993-cü il tarixdə 47 nömrə ilə qeyd edilmişdir. İşdə olan AA******* saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxxxx 1993-cü il tarixdə anadan olmuşdur. İşdə olan AA******* saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx xxxx 1996-cı il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin və digər şəxslərin ümumi birgə mülkiyyətinə 0,14 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-197A (Kod: 40600058) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməsində yalnışlığa yol verilərək, “X4” əvəzinə “X5”, “Ərizəçi3” əvəzinə “X6”, “Ərizəçi4” əvəzinə “X9”, “Ərizəçi1” əvəzinə “X12” və “Ərizəçi2” əvəzinə “X13” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. JN-197A (Kod:40600058) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçilər Ərizəçi3, Ərizəçi4, Ərizəçi1, Ərizəçi2 və mərhum X2 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar