Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-115/2022 18.01.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in 25 fevral 1999-cu il tarixli 04 nömrəli qərarına əsasən X4, X10, X8, X5 adına verilmiş JN – 0087 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktının, Qəbələ rayon AİK-in 05 25 fevral 1999-cu il tarixli 04 nömrəli qərarına əsasən X4, X10, X8, X5 adına verilmiş JN – 087F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin, Qəbələ rayon AİK-in 25 fevral 1999-cu il tarixli 04 nömrəli qərarına əsasən X4, X10, X8, X5 adına verilmiş JN – 087G nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ona aid hissədə ona, yəni Ərizəçi məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Qəbələ rayon AİK-in 25 fevral 1999-cu il tarixli 04 nömrəli qərarına əsasən, X4, X10, X9, X7 Qəbələ rayonu, Nic qəsəbəsində JN – 0087 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktı ilə 1,49 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. Həmçinin Qəbələ rayon AİK-in 25 fevral 1999-cu il tarixli 04 nömrəli qərarına əsasən, X4, X10, X9, X7 Qəbələ rayonu, Nic qəsəbəsində JN – 087F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə 0,39 ha həyətyanı torpaq sahəsi verilmişdir. Eyni zamanda Qəbələ rayon AİK-in 25 fevral 1999-cu il tarixli 04 il tarixli 04 nömrəli qərarına əsasən, X4, X10, X9, X7 Qəbələ rayonu, Nic qəsəbəsində JN – 087G nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə ilə 0,49 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin şəhadətnamədə Ərizəçi soyadı səhvən “Gülmalyan”, adı səhvən “Qerta”, ata adı səhvən “Qerosovna” kimi göstərilmişdir. Hazırda torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində adlarına qeydə aldırmaq istəyirlər, ancaq dövlət aktında adı səhv qeyd olunduğundan bu mümkün deyildir. Onlar uzun illər buna əhəmiyyət verməmişlər, lakin torpağın sənədlərini hazırlayıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışlar. Bununla bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etsə də, həmin idarə tərəfindən ona ünvanlanmış 18 oktyabr 2021-ci il tarixli, **********29 nömrəli məktubda göstərilmişdir ki, torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi İdarəsinin səlahiyyətində deyil və bununla bağlı məhkəməyə müraciət etməli olmağı tövsiyyə olunmuşdur. Ərizəçinin şəxsiyyətini təsdiq edən QƏBƏLƏ RPŞ tərəfindən 16.09.2013-cü il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsində, “doğum haqqında şəhadətnamə”də adı düzgün olaraq “Ərizəçi” kimi qeyd edilmişdir. Yol verilmiş yalnışlığı o, başqa cür aradan qaldırmaq iqtidarında deyil, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin etibarnamə üzrə nümayəndəsini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-087G nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın 25 fevral 1999-cu il tarixli, 04 saylı qərarına əsasən X1, X6, X2 və X5 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Nic kəndində 0,49 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-087F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın 25 fevral 1999-cu il tarixli, 04 saylı qərarına əsasən X1, X6, X2 və X5 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Nic kəndində 0,39 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-0087 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayon AİK-nın 25 fevral 1999-cu il tarixli, 04 saylı qərarına əsasən X1, X6, X2 və X5 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Nic kəndində 1,49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Nic qəsəbə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş 24.11.2021-ci il tarixli, AZ-İV seriyalı, 666235 №-li “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1986-ci ildə doğulmuş, bu barədə 1987-ci ilin yanvar ayının 04-də 02 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Nümayəndə, anası X3. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Nic qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18.11.2021-ci il tarixli, 1056 nömrəli arayışdan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Ərizəçi Qəbələ rayonu Nic qəsəbəsində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 18 oktyabr 2021-ci il tarixli **********29 nömrəli məktubundan görünür ki, şəhadətnamədə və dövlət aktında mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışışn surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. İşdə olan ərizəçiyə aid AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKnın 25 fevral 1999-cu il tarixli, 04 saylı qərarlarına əsasən X1, X6, X2 və X5 birgə mülkiyyətlərinə verilmiş JN-087G nömrəli (kod:********) və JN-087F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrdə və JN-0087 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında Ərizəçi soyadı səhvən «Gülmalyan», adı səhvən «Qerta», ata adı isə səhvən «Qerosovna» kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamələrdə və dövlət aktında yalnışlıqlar aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə üzrə mülkiyyət, vərəsəlik və s. hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın 25 fevral 1999-cu il tarixli, 04 saylı qərarlarına əsasən X1, X6, X2 və X5 birgə mülkiyyətlərinə verilmiş JN-087G nömrəli (kod:********) və JN-087F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin və JN-0087 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının Ərizəçi aid hissədə Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-115/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-115/2022
18.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver