Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-115/2023 15.03.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Hüseynova Lyudmı̇ la Nı̇ kolayevnanın cavabdehlər Hüseynova Elmı̇ ra Hüseyn qızı, Hüseynova Emı̇ nə Hüseyn qızı, Cavabdeh3 Hüseyn oğlu, Hüseynov Samı̇ r Hüseyn oğlu, Cavabdeh5, Hüseynova Samı̇ rə Hüseyn qızına və maraqlı şəxs Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “miras əmlakdan payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mirasın qəbulu və vərəsələr üzrə miras payının müəyyən edilməsi mübahisələri) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçı Hüseynova Lyudmı̇ la Nı̇ kolayevnanın, cavabdeh və digər cavabedlərin nümayəndəsi Hüseynova Elmı̇ ra Hüseyn qızının iştirakları ilə, İddiaçı Hüseynova Lyudmı̇ la Nı̇ kolayevnanın cavabdehlər Hüseynova Elmı̇ ra Hüseyn qızı, Hüseynova Emı̇ nə Hüseyn qızı, Cavabdeh3 Hüseyn oğlu, Hüseynov Samı̇ r Hüseyn oğlu, Cavabdeh5, Hüseynova Samı̇ rə Hüseyn qızına və maraqlı şəxs Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “miras əmlakdan payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İşin halları İddiaçı Hüseynova Lyudmı̇ la Nı̇ kolayevna cavabdehlər Hüseynova Elmı̇ ra Hüseyn qızı, Hüseynova Emı̇ nə Hüseyn qızı, Cavabdeh3 Hüseyn oğlu, Hüseynov Samı̇ r Hüseyn oğlu, Cavabdeh5, Hüseynova Samı̇ rə Hüseyn qızına və maraqlı şəxs Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “miras əmlakdan payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ölmüş şəxs X3 (miras qoyandan) qalan vahid əmlak şəklində bütün vərəsələrə mənsub olan Seriya RX № ******* saylı çıxarışda göstərilən 210 m2 ümumi sahəsi olan, 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evindən və həmin seriya RX № ******* saylı çıxarışda göstərilən 0.15 ha torpaq sahəsindən ibarət miras əmlakdan qanun üzrə vərəsəlik zamanı vərəsələrə düşən payların bərabər pay hüququ əsasında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonunun Soltan Nuxa kəndində xx.xx.2018-ci il tarixdə ona münasibətdə baldızı, cavabdehlərə münasibətdə isə bibiləri X3 ümumi sahəsi 210.2 m2, yaşayış sahəsi 79.5 m 2 iki mərtəbəli üç otaqlı 1994 -cü il tarixdə inşa olunmuş fərdi yaşayış evi və həmin iki mərtəbəli, üç otaqlı miras qalmış fərdi yaşayış evinin də yerləşdiyi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0.15 ha torpaq sahəsi miras qalmışdır.Qeyd olunan iki mərtəbəli, üç otaqlı yaşayış evi və 0.15 ha torpaq sahəsi ölmüş şəxs X6 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət /omitəsi yanında DƏDRX-nin Qəbələ Ərazi İdarəsində xx.xx.2017 - ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmaqla Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX-№ ******* saylı çıxarış verilmişdir. Qeyd olunan miras qalmış əmlakı (fərdi yşayış evi və torpaq sahəsini) miras qoyanın adından öz adına keçirmək (miras payları müəyyən etməklə) istərkən cavabdehlərin (vərəsələrin) bir hissəsinin respublikanın ərazisində yaşamaması və müvafiq sənədlərin notariat ofisinə təqdim edə bilməməsi səbəbindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməmişlər. Ona görə də bərabər pay hüququ əsasında qanun üzrə vərəsələrə düşən payların məhkəmə qaydasında alınmasını istəyirlər. Qəbələ rayonu, Soltan Nuxa kənd İƏN-yi tərəfindən verilmiş AZ-İ № saylı şəhadətnamədən görünür ki, miras qoyan X8 xx.xx.2018 ci il tarixdə ürək çatışmazlığından Qəbələ rayonunun Soltan Nuxa kəndində vəfat etmişdir. Qəbələ rayon Qeydiyyat şöbəsi (keçmiş Qəbələ rayon WAQ şöbəsi) tərəfindən verilmiş AZ № 057225 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X21 'oğlu xx.xx.2000-ci il tarixdə ağ ciyər vərəmindən ölmüşdür.Qəbələ rayonu, Soltan Nuxa kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin xx.xx.2020 -ci il tarixli, 187 saylı arayışından görünür ki, Qəbələ rayonu, Soltan Nuxa kənd sakini X8 xx.xx.2018-ci il tarixində vəfat edərkən 7 nəfər vərəsələri qalmışdır. İddiaçı, Cavabdeh3 Hüseyn oğlu, Cavabdeh2,Cavabdeh5 qızı, Nümayəndə, Cavabdeh4, Cavabdeh6 Mərhumun başqa heç bir vərəsəsi olmamışdır. X17 “Asan Xidmət” mərkəzinin Notariat ofisinə xx.xx.2019-cu il tarixdə edilmiş müraciətə xx.xx.2019-cu il tarixli, 1026 saylı cavab məktubunda göstərilmişdir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün tərəflər notariat ofisinə gəlməli və lazimi sənədləri təqdim etməlidirlər. Əks təqdirdə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Cavabdehlər notariat orqanına gəlib müvafiq sənədləri təqdim etməklə vərəsəlik hüququ haqqında şəhadətnaməni almaq üçün Azərbaycan Respublikasından kənarda yaşadıqlarına görə gələ bilmirlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. xx.xx.2023-cü il tarixdə iddiaçı Hüseynova Lyudmı̇ la Nı̇ kolayevna ”iddianın dəyişdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək hazırda bütün qanun üzrə vərəsələr onlara düşən paylarından onun nəfinə (xeyrinə) rəsmi əırizə təqdim edərək imtina etdikləri üçün vəsiyyət üzrə vərəsə olaraq mərhum X4 mülkiyyətində olan və ondan miras qalmış mirasın kütləsinə daxil olan fərdi yaşayış evindən və torpaq sahəsindən miras payın tam olaraq onun adına müəyyən edilməsi barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı Hüseynova Lyudmı̇ la Nı̇ kolayevna iddia ərizəsinə uyğun izahat verib iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh və digər cavabedlərin nümayəndəsi Hüseynova Elmı̇ ra Hüseyn qızı iddianı qəbul edərək məhkəməyə ərizə təqdim edərək izahatında qeyd etmişdir ki, hazırda bütün qanun üzrə vərəsələr onlara düşən paylarından iddiaçı Hüseynova Lyudmı̇ la Nı̇ kolayevnanın nəfinə (xeyrinə) imtina etdikləri üçün vəsiyyət üzrə vərəsə olaraq mərhum X4 mülkiyyətində olan və ondan miras qalmış mirasın kütləsinə daxil olan fərdi yaşayış evindən və torpaq sahəsindən miras payın tam olaraq iddiaçının adına müəyyən edilməsi barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir. İş üzrə maraqlı şəxs Qəbələ regional «Asan Xidmət» Mərkəzinin Notariat Ofisinə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə məhkəmə işə maraqlı şəxs Qəbələ regional «Asan Xidmət» Mərkəzinin Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (MM-n 1133.2ci maddə). 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.2-ci maddəsinə əsasə ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3-cü üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4-cü dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5-ci beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243). 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1273-cü maddəsinin tələbinə görə mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş üzrə tərəflərin izahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25-10301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış» nın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu Soltan Nuxa kəndində X4 mülkiyyətinə ümumi sahəsi 210.2 kvadratmetr olan fərdi yaşayış evindən və 0,15 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan, Qəbələ rayon Soltan Nuxa kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən 01 mart 2018-ci il tarixdə verilmiş AZ-İ 912967 saylı «ölüm haqqında şəhadətnamə»nin surətindən müəyyən olunur ki, X8 24 fevral 2018-ci il tarixdə “ürək çatmamazlığı»ndan vəfat etmişdir. İş materiallarında olan, Qəbələ rayon VVADQ şöbəsi tərəfindən 26 avqust 2000-ci il tarixdə verilmiş AZ 057225 saylı «ölüm haqqında şəhadətnamə»nin surətindən müəyyən olunur ki, X13 17 iyul 2000-ci il tarixdə “vərəm intoksiyası ağ ciyər vərəmi»dən vəfat etmişdir. İş materiallarında olan, Qəbələ Regional «Asan Xidmət» mərkəzində notariat ofisinin notariusu Saday Osmanlının 12 sentyabr 2019-cu il tarixdə Hüseynova Lyudmı̇ la Nı̇ kolayevnaya ünvanladığı 1026 saylı məktubunda 10 sentyabr 2019-cu il tarixdə ofisə daxil olmuş ərizəyə baxıldığı, xx.xx.2018-ci ildə vəfat etmiş X4 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün tərəflərin notariat orqanına gəlmələrinin və lazımi sənədləri təqdim etmələrinin zəruri olduğu göstərilməklə, məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. İşdə olan Qəbələ rayon İHB-nın Soltan Nuxa kənd İƏD üzrə nümayəndəliyin xx.xx.2009-cu il tarixli, 392 nömrəli Hüseynova Lyudmı̇ la Nı̇ kolayevnaya verilmiş arayışında onun mərhum baldızı - X4 xx.xx.2018-ci ildə vəfat etdikdən sonra oğlu - Cavabdeh3 Hüseyn oğlu-1972, oğlu-Cavabdeh5- 1975, qızı Cavabdeh2-1977, qızı- Nümayəndə-1979, oğlu-Hüseynov Samı̇ r Hüseyn oğlu-1982, qızı-Hüseynova Samı̇ rə Hüseyn qızı-1985 təvəllüdlü vərəsələri qalmışdır. Məhrumun başqa heç bir vərəsəsi yoxdur. İşdə olan Qəbələ rayon İHB-nın Soltan Nuxa kənd İƏD üzrə nümayəndəliyin xx.xx.2009-cu il tarixli, 393 nömrəli Hüseynova Lyudmı̇ la Nı̇ kolayevnaya verilmiş arayışında onun mərhum əri - X9 xx.xx.2000-ci ildə vəfat etdikdən sonra oğlu - Cavabdeh3 Hüseyn oğlu-1972, oğlu-Cavabdeh5- 1975, qızı Cavabdeh2-1977, qızı- Nümayəndə-1979, oğlu-Hüseynov Samı̇ r Hüseyn oğlu-1982, qızı-Hüseynova Samı̇ rə Hüseyn qızı-1985 təvəllüdlü vərəsələri qalmışdır. Məhrumun başqa heç bir vərəsəsi yoxdur. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən Qəbələ rayonu, Soltan Nuxa kəndində hüquq subyekti X4 adına fərdi yaşayış evinə xx.xx.2017-ci il tarixdə, İnventar nönrəsi 406-88/130, reyestr nömrəsi **********25-10301 olan «Texniki Pasport» tərtib edilmişdir. İşdə olan Ryazan şəhəri, Sovetski rayonu, VVAQ bürosu tərəfindən xx.xx.1982-ci il tarixdə verilmiş İ-ОБ № 484722 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndəovna xx xxxxxxxx 1979-cu il tarixdə Ryazan şəhəri, Sovetski rayonu Ryazan vikayətində anadan olmuş, atası X13, anası Hüseynova Lyudmı̇ la Nı̇ kolayevnadır. İşdə olan Ryazan şəhəri, Sovetski rayonu, VVAQ bürosu tərəfindən 09.07.19 il tarixdə verilmiş İİ-ОБ № 409068 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Hüseynova Samı̇ rə Hüseynovna 24 iyun 1985-ci il tarixdə Ryazan şəhərində anadan olmuş, atası X13, anası Hüseynova Lyudmı̇ la Nı̇ kolayevnadır. İşdə olan Ryazan şəhəri, Sovetski rayonu, VVAQ bürosu tərəfindən xx.xx.1982-ci il tarixdə verilmiş İİ-ОБ № 269713 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh5oviç 28 iyul 1975-ci il tarixdə Ryazan şəhəri, Sovetski rayonu Ryazan vikayətində anadan olmuş, atası X13, anası Hüseynova Lyudmı̇ la Nı̇ kolayevnadır. İşdə olan Ryazan şəhəri, Oktyabrski rayonu, VVAQ bürosu tərəfindən xx.xx.1919-cu il tarixdə verilmiş İ-ОБ № 894898 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Hüseynov Samı̇ r Hüseynoviç 28 iyun 1982-ci il tarixdə Ryazan şəhərində anadan olmuş, atası X13, anası Hüseynova Lyudmı̇ la Nı̇ kolayevnadır. İşdə olan Ryazan şəhəri VVAQ idarəsinin Ryazan şəhərinin 2 saylı ərazi struktur bölməsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş İ-ОБ № 613543 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 27 dekabr 1977-ci il tarixdə Ryazan şəhəri, Ryazan vikayətində anadan olmuş, atası X13, anası Hüseynova Lyudmı̇ la Nı̇ kolayevnadır. İşdə olan Ryazan şəhəri, Sovetski rayonu, VVADQ bürosu tərəfindən xx.xx.1972-ci il tarixdə verilmiş İ-ОБ № 290257 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Hüseynova Cavabdeh3iç 27 noyabr 1972-ci il tarixdə Ryazan şəhəri, Ryazan vikayətində anadan olmuş, atası X13, anası Hüseynova Lyudmı̇ la Nı̇ kolayevnadır. İşdə olan Qutqaşen rayon Zaqs bürosu tərəfindən xx.xx.1959-cu il tarixdə verilmiş İ-ИЕ № 814023 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 15 may 1916-cı il tarixdə Qutqaşen rayonu Soltan Nuxa kəndində anadan olmuş, atası X15, anası X11r. İş materiallarında olan Ryazan şəhəri, Sovetski rayonu, VVADQ bürosu tərəfindən 19 dekabr 2019-cu il tarixdə verilmiş 453 saylı «Nikahın bağlanması haqqında arayış»nın surətindən görünür ki, X13 ilə Hüseynova Lyudmı̇ la Nı̇ kolayevna arasında 19 oktyabr 1979-cu il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında nömrə 223 ilə qeydə alınmışdır. Nikah bağlanandan sonra ərə Hüseynov, arvada Hüseynova soyadları verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalinin Dövlət Reyestri Xidmətinin 23 avqust 2022-ci il tarixdə Hüseynova Lyudmı̇ la Nı̇ kolayevnaya ünvanladığı 2-18/267 saylı məktubunda və ona əlavə olunmuş ÇİXARİŞDA X4 qohumları və övladları barədə Əhalinin Dövlət Reyestri X1 sistemində hər hansı bir məlumat aşkar edilmədiyi göstərilmişdir. İşdə olan Hüseynova Samı̇ rə Hüseyn qızının notariat ofisinə ünvanladığı ərizəsindən görünür ki, xx.xx.2018-ci ildə vafat etmiş X3 miras qalmış əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmiş, etmir və gələcəkdə həmin payın qəbulu ilə əlaqədar heç bir məhkəmə orqanlarına mürciət etməyəcəkdir. İşdə olan Nümayəndəının notariat ofisinə ünvanladığı ərizəsindən görünür ki, xx.xx.2018-ci ildə vafat etmiş X5m miras qalmış əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmiş, etmir və gələcəkdə həmin payın qəbulu ilə əlaqədar heç bir məhkəmə orqanlarına mürciət etməyəcəkdir. İşdə olan Hüseynov Cavabdeh3için Qəbələ Rayon Məhkəməsinə ünvanladığı ərizəsindən görünür ki, X4 vəfatından sonra miras olaraq qalan AR Qəbələ rayonu, Soltan Nuxa kəndində yerləşən ümumi sahəsi 210 kv.metr olan fərdi yaşayış evində olan və bu evin üzərində yerləşdiyi ümumi sahəsi 0,15 ha olan torpaq sahəsində olan payından iddiaçı Hüseynova Lyudmı̇ la Nı̇ kolayevnanın xeyrinə tamamilə intina edir. İşdə olan X10 və Cavabdeh5oviçin Qəbələ Rayon Məhkəməsinə ünvanladığı ərizəsindən görünür ki, X4 vəfatından sonra miras olaraq qalan AR Qəbələ rayonu, Soltan Nuxa kəndində yerləşən ümumi sahəsi 210 kv.metr olan fərdi yaşayış evində olan və bu evin üzərində yerləşdiyi ümumi sahəsi 0,15 ha olan torpaq sahəsində olan paylarından iddiaçı Hüseynova Lyudmı̇ la Nı̇ kolayevnanın xeyrinə tamamilə intina edirlər. Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25-10301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış» (Seriya RX №1160249) ilə X4 xüsusi mülkiyyətinə ümumi sahəsi 210.2 kvadratmetr olan fərdi yaşayış evi və 0,15 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi verilmişdir. X8 24 fevral 2018-ci il tarixdə vəfat etmişdir. X8 (miras qoyan) nikaha daxil olmamış, uşaqları, sağ qalan bacı və qardaşları yoxdur. X4 yeganə qardaşı – X16 17 iyul 2000-ci il tarixdə vəfat etmiş, onun isə hal-hazırda arvadı və uşaqları vardır. Ş.Q.Hüseynovanın vərəsələrinin dairəsi müəyyən olunmuşdur. Miras qalmış fərdi yaşayış evinə və torpaq sahəsinə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün vərəsələrdən (miras qoyanın vəfat etmiş qardaşının arvadı) Hüseynova Lyudmı̇ la Nı̇ kolayevna Qəbələ Regional «Asan Xidmət» mərkəzindəki notariat kontoruna müraciət etmiş, lakin vərəsələr miras əmlakdan payların müəyyən olunmasına görə notariat orqanına gəlmədikləri və lazımi sənədləri təqdim etmədikləri halda payların məhkəmə qaydasında müəyyən ounması üçün məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25-10301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış» (Seriya RX №1160249) ilə Qəbələ rayonu, Soltan Nuxa kəndində yerləşən X4 xüsusi mülkiyyətinə 210.2 kvadratmetr olan fərdi yaşayış evi və 0,15 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi üzərində vərəsələr arasında miras payları müəyyən edilməli, digər vərəsələrin, yəni qalan bütün vərəsələrinin miras paylarından Hüseynova Lyudmı̇ la Nı̇ kolayevnanın xeyrinə imtinaları nəzərə alınaraq onun payı tam olaraq müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumunun qənaətinə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququna dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Həmin Məhkəmənin İvaşkieviç Polşaya qarşı iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını da tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır . Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunvericilik məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Onu da nəzərə almaq lazımdır ki, MPM-nin 06.3-cü maddəsinin tələbinə görə, tərəfin tələb və etirazlarının əsaslandırıldığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X2 (miras qoyan) məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25-10301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış» (Seriya RX №1160249) ilə xüsusi mülkiyyətə verilmiş ümumi sahəsi 210.2 kvadratmetr olan fərdi yaşayış evindən və 0,15 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən vərəsə - Hüseynova Lyudmı̇ la Nı̇ kolayevnanın payı tam olaraq müəyyən edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. X2 (miras qoyan) məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25-10301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış» (Seriya RX №1160249) ilə xüsusi mülkiyyətə verilmiş ümumi sahəsi 210.2 kvadratmetr olan fərdi yaşayış evindən və 0,15 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən vərəsə - Hüseynova Lyudmı̇ la Nı̇ kolayevnanın payı tam olaraq müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-115/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-115/2023
15.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver