Məhkəmə qərarları › İş №2(025)-1152/2020

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1152/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1152/2020 12.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Günay Ələstun qızının katibliyi ilə İddiaçı “İddiaçı”in Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı”in Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinə əsasən: 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Belə ki, iddiaçı “İddiaçı” müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsi X4 tərəfindən imzalanmış, lakin iddia ərizəsini imzalamış şəxsin, onun səlahiyyətlərini təsdiq edən sənədin əslini və ya lazımi qaydada təsdiq edilmiş surətini iddia ərizəsinə əlavə etməmişdir. X2 qeyd olunan “İddiaçı”ə aidiyyəti ilə bağlı heç bir sübut iddia ərizəsinə əlavə olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 69.2-ci maddəsinə əsasən Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Azərbaycan Respublikası MPM-nin 150.0.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, iddia ərizəsini imzalayan şəxs X3 “İddiaçı”-in adında hansı əsasla iddia ərizəsini imzalaması barədə sübut iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda iddia ərizəsinə əlavə edilmiş “Fiziki şəxsin X5” şəhadətnamənin surətindən görünür ki, X4 fiziki şəxs kimi vergi orqanlarında qeydiyyata alınmışdır. Həmçinin iddia ərizəsini imzalayan şəxs X3 “İddiaçı”in səlahiyyətli şəxsi, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olması barədə heç bir sənəd, yəni əmək kitabçasından, yaxud Əmək və X7 Nazirliyinin Elektron Hökümət Portalından çıxarış iddia ərizəsinə əlavə edilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, “İddiaçı”-in hüquqi şəxs olmasını təsdiqləyən sənədlərdə iddia ərizəsinə əlavə edilməmişdir. İddia ərizəsinə X1 fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi ********** saylı Şəhadətnaməsi əlavə olunmuş, bu isə onun “İddiaçı”-in səlahiyyətli şəxsi olması anlamına gəlmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlava edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “İddiaçı”in Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar