Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-116/2022 26.01.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 201A, KOD 40605018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və JN-175, KOD 40605018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının həmçinin Şərifova (Mustafayeva) Amalya Xanlar qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli, 09 saylı qərarı ilə onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Həmzəlli kəndi ərazisində JN-201A, KOD 40605018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında 0,82 ha torpaq sahəsi, həmçinin JN-175, KOD 40605018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında 1.03 ha torpaq sahəsi verilmişdir. Həmin Şəhadətnamə və Dövlət aktı əsasında torpaq sahəsinə dair sənədləşmə işləri aparan zaman məlum olmuşdur ki, 201A, KOD 40605018 saylı Torpağa mülkiyyət hüququna dair Şəhadətnamədə və JN-175, KOD 40605018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında X7 əvəzinə “X8” kimi yazılmışdır. Bu səhv onlara əvvəldən məlum olmadığı üçün bununla bağlı gec müraciət etmişdir. Şəhadətnaməni və Dövlət aktını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, Şəhadətnamədəki və Dövlət aktındakı yanlışlığı aradan qaldıra bilmirlər. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən onlar aidiyyatı üzrə xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə Torpağa mülkiyyət hüququna dair Dövlət aktında yanlışlıqların aradan qaldırılması barədə müraciət etmiş, müvafiq 23 noyabr 2021-ci il tarixli, **********62 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq. Ona məxsus digər bütün sənədlərdə onun adı Amalya olaraq göstərilmişdir. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin etibarnamə üzrə nümayəndəsini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-201A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın 15 may 1998-ci il tarixli, 09 saylı qərarına əsasən Nümayəndə, X1, X2, X3, X5 və X6 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Həmzəlli kəndində 0,82 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-175 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-nın 15 may 1998-ci il tarixli, 09 saylı qərarına əsasən Nümayəndə, X1, X2, X3, X5 və X6 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Həmzəlli kəndində 1,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan 01.12.2021-ci il tarixli, AZ-T seriyalı, 031038 №-li «Nikah haqqında» şəhadətnamənin surətindən görünür ki, X15 ilə X4 23 iyun 1998-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 07 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Şərifov, arvada Şərifova soyadı verilmişdir. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Həmzəlli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24.11.2021-ci il tarixli, 302 nömrəli arayışdan görünür ki, JN- 201A KOD 40605018 və JN-175 KOD 40605018 saylı şəhadətnamələrdə Ərizəçi adı texniki səhv olaraq “Almayə” kimi yazılmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 23 noyabr 2021-ci il tarixli **********62 nömrəli məktubundan görünür ki, JN-201A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə və JN-175 nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan ərizəçiyə aid AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKnın 15 may 1998-ci il tarixli, 09 saylı qərarlarına əsasən Nümayəndə, X1, X2, X3, X5 və X6 birgə mülkiyyətlərinə verilmiş JN-201A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə və JN-175 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında Ərizəçi adı səhvən «Almayə» kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə və dövlət aktında yalnışlıqlar aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə üzrə mülkiyyət, vərəsəlik və s. hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın 15 may 1998-ci il tarixli, 09 saylı qərarına əsasən Nümayəndə, X1, X2, X3, X5 və X6 birgə mülkiyyətlərinə verilmiş JN-201A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin və JN-175 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının Ərizəçi aid hissədə Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-116/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-116/2022
26.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver