Məhkəmə qərarları › İş №2(025)-116/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-116/2024

23.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-116/2024 23.01.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə iştirakı ilə Ərizəçi “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nin xx.xx.1997-ci il tarixli 26 saylı qərarı ilə X5, X1, Nümayəndə, X3 və X4 adına verilmiş JN-175F saylı, kodu 40608018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Mirsahibli (Məmmədova) Ayşən Araz qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon AİK-nin xx.xx.1997-ci il tarixli 26 saylı qərarı ilə verilmiş JN-175F saylı, kodu 40608018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilmiş hüquq sahiblərinin adları siyahısında 5-ci ata adı texniki səhv olaraq “Araz qızı” əvəzinə “İlyas qızı” kimi qeyd edilmişdir. Birgə paylı mülkiyyətdə olan 0.89 ha torpaq sahəsinin bir hissəsini özgəninkiləşdirmək məqsədilə DƏDRX-nin 9 saylı Qəbələ Ərazi idarəsinə müraciət edərkən məlum olmuşdur ki, ata adı JN-175F saylı kodu 40608018 olan şəhadətnamədə texniki səhv olaraq Ayşən Araz qızı əvəzinə Ayşən “İlyas qızı” kimi qeyd edilmişdir. Ata adının səhv yazılması səbəbindən əməliyyat aparmaqları mümkün olmamışdır. Qeyd olunan texniki səhvə məhkəmə qaydasında düzəliş edilməlidir. AA ******* saylı şəxsiyyət vəsiqəsində ata adı düzgün olaraq Araz kimi qeyd edilmişdir. AZ-İ № 838771 saylı doğum haqqında şəhadətnamədə də ata adı düzgün olaraq Araz kimi qeyd edilmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin etibarnamə üzrə nümayəndəsini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İşdə olan JN-175F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 29 noyabr 1997-ci il tarixli, 26 saylı qərarına X5, X1, Nümayəndə, X3 və X4 birgə mülkiyyətinə Qəbələ rayonu Zarağan kəndində 0,89 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayonu VVADQ şöbəsi tərəfindən verilmiş 26 sentyabr 2006-cı il tarixli, AZ-İ seriyalı, 838771 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “X6” kimi qeyd edilmişdir. İşdə olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İİ seriyalı, 310920 №-li «nikah haqqında» şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı nikaha daxil olmamışdan əvvəl “X6” kimi qeyd edilmişdir. Ərizəçi nikaha daxil olduqdan sonra soyadı “Mirsahibli” kimi qeyd edilmişdir. İşdə olan ərizəçiyə aid AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 18 sentyabr 2023-cü il tarixli, 1834 nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanda yaşayır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 14 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, JN – 175F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçinin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmənin mövqeyi: Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKin 29 noyabr 1997-ci il tarixli, 26 saylı qərarına əsasən X5, X1, Nümayəndə, X3 və X4 birgə mülkiyyətinə verilmiş JN-175F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi ata adı səhvən «İlyas» kimi qeyd olunmuşdur. Lakin Ərizəçi ata adı doğum və nikah haqqında şəhadətnamələrdə düzgün olaraq ad, soyad və ata adı X2 göstərilmişdir. Qeyd olunan şəhadətnamədə yalnışlıq aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət edilmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Həmçinin məhkəmə, Ərizəçi soyadının əvvəlcə Məmmədova, nikaha daxil olduğdan sonra Mirsahibli olduğundan, bu məsələyə də məhkəmə münasibət bildirərək onun soyadının Mirsahibli (Məmmədova) kimi qeyd olunmasını məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in 29 noyabr 1997-ci il tarixli, 26 saylı qərarına əsasən X5, X1, Nümayəndə, X3 və X4 adına verilmiş JN – 175F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Mirsahibli (Məmmədova) Ayşən İlyas qızına aid hissədə Mirsahibli (Məmmədova) Ayşən Araz qızına məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar