Məhkəmə qərarları › İş №2(025)-1164/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1164/2020

19.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1164/2020 19.11.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ Rayon X11 xx.xx.1998-ci il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə Qəbələ rayonu, Vəndam kənd sakini mərhum X9 və onun ailə üzvləri mərhum X13 və X3 mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinə dair JN- 2070A KOD 40600048 saylı torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamənin ona, yəni xx.xx.1993-cü il təvəllüdlü Ərizəçi (Şəxsiyyət vəsiqəsi: AZE № ******** vəsiqəni verən orqan: ASAN-QƏBƏLƏ) məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edib göstərdi ki, o-Ərizəçi xx.xx.1993-cü il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində doğulmuşdur. X2 xx.xx.2007-ci il tarixdə xərçəngin intoksikasiyası səbəbi ilə vəfat etmişdir. X4 xx.xx.2001-ci il tarixdə ürək qapaqlarının müştərək zədələnməsi səbəbi ilə vəfat etmişdir. Mərhum atası Gülağa Abdullayevin və mərhum anası Kəmalə Qafarovanın yeganə varisi (vərəsəsi) və övladı odur. JN- 2070A KOD 40600048 saylı torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamə ilə X11 xx.xx.1998-ci il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə Qəbələ rayonu, Vəndam kənd sakini X6 və onun ailə üzvləri X14ma və X3 mülkiyyətinə 0.25 ha torpaq sahəsi verilmişdir. JN-2070A KOD 40600048 saylı torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamədə onun adı səhv qeyd olunmuşdur. Belə ki onun adı Pərviz yox, Təbrizdir. Atasının və anasının Pərviz adlı övladı olmamışdır. Onların veganə övladı, tək varisi (vərəsəsi) odur. Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yanında Dövlət X12 ləğv olunduqdan sonra həmin dövlət orqanının bütün səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə verilmişdir. Belə olan halda bu uyğunsuzluğun aradan qaldırılması da onların səlahiyyətləri daxilində olduğundan xx.xx.2020-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X19 müraciət edərək X11 xx.xx.1998- ci il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə Qəbələ rayonu, Vəndam kənd sakini mərhum X6 və onun ailə üzvləri mərhum X14ma və X3 mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinə dair JN-2070A KOD 40600048 saylı torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamədə uyğunsuzlar aradan qaldırılmasını və həmin şəhadətnamədə düzəliş edilərək “X7” sözlərinin “Ərizəçi” sözləri kimi qeyd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti **********07 №-li, xx.xx.2020-ci il tarixli məktubla müraciətinə eyni məzmunlu cavab verərək qeyd etmişdir ki, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilir. Ərizəçi olaraq iddia ərizəsində göstərdikləri və iddia ərizəsinə əlavə olunmuş sənədlər biri-birini tamamlayır. Ərizəçi ilə şəhadətnamədə qeyd olunan X7 eyni şəxslərdir və X6 və onun ailə üzvləri mərhum X13 və X3 mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinə dair JN-2070A KOD 40600048 saylı torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamədə texniki səhv olaraq Ərizəçi - X1 göstərilmişdir. Göstərilən sənəddə yaranmış uyğunsuzluğun aradan qaldırılmasından isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X21 tərəfindən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən imtina olunaraq, məhkəməyə müraciət etməsinin tövsiyə olunması ilə nəticələnmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Odur ki, məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-2070A (Kod: 40600048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx.xx.1998-ci il tarixli, 19 nömrəli qərarına əsasən, X5, X8 və X3 ümumi birgə mülkiyyətinə 0,25 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Vəndam qəsəbə İ.Ə.N tərəfindən verilmiş xx xxxx 2007-ci il tarixli AZ- İ № 242350 saylı ölüm haqqında şəhadətnamənin qanunla müəyyən edilmiş qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2007-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 36 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qəbələ rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2001-ci il tarixli AZ № 130412 saylı ölüm haqqında şəhadətnamənin qanunla müəyyən edilmiş qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 xx.xx.2001-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2001-ci il tarixdə 33 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Vəndam qəsəbə İ.Ə.N tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli AZ-T № 104180 saylı doğum haqqında şəhadətnamənin qanunla müəyyən edilmiş qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx xxxx 1993-cü il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 60 nömrə ilə qeyd edilmişdir. X2, X4dır. İş materiallarına əlavə olunmuş ASAN-Qəbələ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1993-cü il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuşdur və hal-hazırda Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçinin və digər şəxslərin mülkiyyətinə 0,25 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahələrinin verilməsini təsdiq edən JN-2070A (Kod: 40600048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə yalnışlığa yol verilərək, “Ərizəçi” əvəzinə “X7” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 19 saylı qərarı ilə verilmiş JN-2070A (Kod:40600048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin Ərizəçi aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar