Məhkəmə qərarları › İş №2(025)-1174/2020

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1174/2020

20.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1174/2020 20.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə Ərizəçilər Ərizəçi1 və Ramazanova (Yusifzadə) Dünya Elman qızının maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-in 9 saylı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ramazanova (Yusifzadə) Dünya Elman qızı maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-in 9 saylı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1 və 152.1.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə isə məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, həmin faktları təsdiq edən lazımı sənədlərin başqa cür alınması mümkün olmasın, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə ki, JN-498F saylı (kod:406016028) nömrəli və JN-498BB saylı (kod:406016028) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin Ərizəçi1 və Ramazanova (Yusifzadə) Dünya Elman qızına məxsus olması hüququnun tanınması müvaqfiq icra hakimiyyəti orqanlarının səlahiyyətinə aiddir. Ona görə də ərizəçilər Ərizəçi1 və Ramazanova (Yusifzadə) Dünya Elman qızı həmin məsələ ilə bağlı ilk növbədə Daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqana (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 9 saylı X2) müraciət etməlidir. Həmin orqan tərəfindən ona imtina olcağı təqdirdə isə o, məhkəməyə müraciət verə bilər. Həmçinin ərizəçilər ərizələrində qoşma kimi əlavə edilən sənədlərin siyahısında DƏDRXnin 9 saylı X1 məktubunun olduğunu qeyd etsələr də, ərizəyə sözügedən məktubun əslini və ya surətini əlavə etməmişlər. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə görə isə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçilər Ərizəçi1 və Ramazanova (Yusifzadə) Dünya Elman qızının maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-in 9 saylı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçilərə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etmək olar. Qərardaddan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar