Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1177/2021 12.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı İRŞAD-ELECTRONİCS» MMC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-i Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.08.2019-cu il tarixli 217/19 saylı mallar üzrə X1 üzrə 07.06.2021-ci il tarixinə yaranmış 2129 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01.08.2019-cu il tarixli 217/19 saylı mallar üzrə X1 üzrə 13.09.2019-cu il tarixli və 12.08.2019-cu il tarixli təhvil-təslim aktlarına əsasən sonuncu aldığı “Samsung A705 black”, “Samsung A505 blue”, 2 ədəd “Samsung A205 black”, 5 ədəd “Samsung A105 black” markalı mobil telefonlara görə 3141 manat ödəniş etməyi üzərinə götürmüşdür. Lakin cavabdeh müqavilənin tərkib hissəsi olan 21.10.2020-ci il və 22.10.2020-ci il tarixli təhvil-təslim aktlarında nəzərdə tutulmuş müddətdə müqavilənin şərtlərini pozaraq, ödənişi tam yerinə yetirməyib və qalıq qalmış 2129 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Beləliklə, cavabdeh 07.06.2021-ci il tarixədək "xxxx" MMC-nə olan borcu 2129 manat təşkil etmişdir. Ona görə də, 2129 manat məbləğində borc Cavabdeh tutularaq "xxxx" MMC-nə ödənilməlidir. Məhkəmə iclasında iddiaçı İRŞAD-ELECTRONİCS» MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, eyni zamanda məhkəməyə yazılı ərizə təqdim edərək ayda 50 manat məbləğində ödəniş etməyə maddi imkanı olduğunu bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 217/19 nömrəli 01.08.2019-cu il tarixli “Mallar üzrə X1”ndən məlum olur ki, bir tərəfdən "xxxx" MMC-i bundan sonra “satıcı” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə əsasən X2 ayrılmaz tərkib hissəsini təşkil edən təhvil təslim AKT-nda nəzərdə tutulan malları (bundan sonra “Mallar”) Satıcının sifarişi əsasında təqdim etməyi, Alıcı isə bu Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında belə Malları qəbul edib onların razılaşdırılmış tam dəyərini təhvil təslim AKT-nda nəzərdə tutulmuş müddətdə Satıcıya ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 01.08.2019-cu il tarixli 217 nömrəli X1nin ayrılmaz tərkib hissəsi olan malların təhvil-təsliminə dair 03 nömrəli Aktdan görünür ki, Cavabdeh cəmi dəyəri 738 manat olan 1 ədəd “Samsung A705” markalı telefonu təhvil almışdır. İş materiallarında olan 01.08.2019-cu il tarixli 217 nömrəli X1nin ayrılmaz tərkib hissəsi olan malların təhvil-təsliminə dair 02 nömrəli Aktdan görünür ki, Cavabdeh cəmi dəyərləri 2403 manat olan 1 ədəd “Samsung A505”, 2 ədəd “Samsung A205”, 5 ədəd “SamsungA105” markalı telefonları təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC-nin nümayəndəsi X3 və Cavabdeh tərəfindən imzalanmış 16.09.2020-ci il tarixli “X5”ndan görünür ki, Cavabdeh "xxxx" MMC-nə 2129 manat borcu olmasını öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə 07.06.2021-ci il tarixə 2129 manat əsas borcu vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 09.04.2021ci il tarixli arayışdan görünür ki, xx.xx.1994-cü ildə Qəbələ rayonu, Bum qəsəbəsində anadan olmuş Cavabdeh Qəbələ rayonu Bum qəsəbəsində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 01.08.2019-cu il tarixli 217/19 saylı mallar üzrə X1nin şərtləri Cavabdeh tərəfindən pozulmuş, müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilməmiş, cavabdehin 01.08.2019-cu il tarixli 217/19 saylı müqavilə üzrə əsas borcu 2179 manat təşkil edir. Bu səbəbdən məhkəmə cavabdehdən əsas borc üzrə 2179 manat tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, 01.08.2019-cu il tarixli 217/19 saylı mallar üzrə X1nə əsasən 2129 (iki min bir yüz iyirmi doqquz) manat borc və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 01.08.2019-cu il tarixli 217/19 saylı mallar üzrə X1nə əsasən 2129 (iki min bir yüz iyirmi doqquz) manat borc və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1177/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1177/2021
12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver