Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1180/2020 24.11.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 iştirakları ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə Ərizəçi1ş Məcid oğlu, X7, Ərizəçi2ş oğlu, X12, Ərizəçi4ş oğlu, Ərizəçi5ş oğlu və X6 adına verilmiş JN-346F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və X9 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 ərizəni onunla əsaslandırmışlar ki, Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə verilmiş JN- 346F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin adı və ata adı texniki səhv olaraq düzgün qeyd edilməmişdir. Belə ki, hüquq sahiblərinin adları siyahısında 1-ci sırada Ərizəçi1 əvəzinə səhv olaraq Ərizəçi1ş Məcid oğlu, 3-cü sırada Ərizəçi2 əvəzinə səhv olaraq Ərizəçi2ş oğlu, 4-cü sırada Ərizəçi3 əvəzinə səhv olaraq Ərizəçi4ş oğlu, 6-cı sırada Ərizəçi5 əvəzinə səhv olaraq Ərizəçi5ş oğlu, 7-ci sırada isə X13 əvəzinə səhv olaraq X2 qeyd edilmişdir. Mülkiyyətçilərin adlarında və soyadlarında mövcud olan texniki səhvlər DƏDRX-nin 9 saylı X15 payların müəyyən edilməsi ilə bağlı edilən müraciət zamanı aşkar olunmuşdur. Qeyd edilən səhvlərə görə əməliyyat aparmaq mümkün olmamışdır. DƏDRX-nin 9 saylı X22 tərəfindən ərizələrinə verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubunda məhkəməyə müraciət etməkləri tövsiyyə olunmuşdur. Ona görə də JN-346F saylı şəhadətnamədə qeyd etdikləri texniki səhvlərin məhkəmə qaydasında düzəliş edilməsini istəyirlər. AZE № 0******* saylı şəxsiyyət vəsiqəsində də ad və ata adı düzgün olaraq Ərizəçi1 kimi qeyd edilmişdir. xx.xx.2020-ci il tarixdə verilmiş doğum haqqında arayışda da ad və ata adı düzgün olaraq Ərizəçi1 kimi qeyd edilmişdir. AZE № ******** saylı şəxsiyyət vəsiqəsində ata adı düzgün olaraq Ərizəçi2 kimi qeyd edilmişdir. xx.xx.2020-ci il tarixdə verilmiş doğum haqqında arayışda ata adı düzgün olaraq Ərizəçi2 kimi qeyd edilmişdir. AZE № 0******* saylı şəxsiyyət vəsiqəsində ad və ata adı düzgün olaraq Ərizəçi3 kimi qeyd edilmişdir. xx.xx.2020-ci il tarixdə verilmiş doğum haqqında arayışda da ad və ata adı düzgün Ərizəçi3 kimi edilmişdir. AZE № ******** saylı şəxsiyyət vəsiqəsində ata adı düzgün olaraq Ərizəçi4 kimi qeyd edilmişdir. İ-ЖГ № 364599 sayl doğum haqqında şəhadətnamədə ata adı düzgün olaraq Ərizəçi4 kimi qeyd edilmişdir. AZE № ******** saylı şəxsiyyət vəsiqəsində ata adı düzgün olaraq Ərizəçi5 kimi qeyd edilmişdir. Vİİİ-ЖГ № 356087 saylı doğum haqqında şəhadətnamədə ata adı düzgün olaraq Ərizəçi5 kimi qeyd edilmişdir. AZE № 0******* saylı şəxsiyyət vəsiqəsində ata adı düzgün olaraq X3 qeyd edilmişdir. X-ЖГ № 207905 saylı doğum haqqında şəhadətnamədə də ata adı düzgün olaraq X3 qeyd edilmişdir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 qeyd olulanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, işdə olan JN-346F (Kod: 40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən, Ərizəçi1ş Məcid oğlu, X7, Ərizəçi2ş oğlu, X12, Ərizəçi4ş oğlu, Ərizəçi5ş oğlu və X6 birgə mülkiyyətinə JN-346F (Kod: 40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli Doğum haqqında arayışdan görünür ki, Ərizəçi1 xx xxxx 1948-cı ildə Qəbələ rayonununda doğulmuşdur. X1, X8r. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli Doğum haqqında arayışdan görünür ki, Ərizəçi2 xx xxxx 1977-ci ildə Qəbələ rayonununda doğulmuşdur. Atası Ərizəçi1, X4r. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli Doğum haqqında arayışdan görünür ki, Ərizəçi3 xx xxx 1975-ci ildə Qəbələ rayonununda doğulmuşdur. Atası Ərizəçi1, X4r. İş materiallarında olan Qutqaşen rayonu VVAQ şöbəsi tərəfindən verilmiş xx xxxxxx 1973cü il tarixli, İİ-ЖГ seriyalı, 364599 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi4 xx xxxxxx 1973-cü ildə Qutqaşen rayonunda doğulmuşdur. Atası Ərizəçi1, X4r. İş materiallarında olan Qutqaşen rayonu VVAQ şöbəsi tərəfindən verilmiş xx xxxx 1982-ci il tarixli, Vİİİ-ЖГ seriyalı, 356087 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi5 xx xxxxxx 1982-ci ildə Qutqaşen rayonunda doğulmuşdur. Atası Ərizəçi1, X4r. İş materiallarında olan Qutqaşen rayonu VVAQ şöbəsi tərəfindən verilmiş xx xxx 1984-cü il tarixli, X-ЖГ seriyalı, 297905 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi6 xx xxxxx 1984-cü ildə Qutqaşen rayonunda doğulmuşdur. Atası Ərizəçi1, X4r. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli **********20 nömrəli məktubundan görünür ki, JN-346F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Qəbələ şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 1999 nömrəli arayışdan görünür ki, Ərizəçi1 ünvan 1 saylı ünvanda yaşayır. İş materiallarında olan Qəbələ rayon İHB-nın Qəbələ şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 1998 nömrəli arayışdan görünür ki, Ərizəçi2 ünvan 3 saylı ünvanda yaşayır. İş materiallarında olan Qəbələ rayon İHB-nın Qəbələ şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 1997 nömrəli arayışdan görünür ki, Ərizəçi3 ünvan 4 saylı ünvanda yaşayır. İş materiallarında olan Qəbələ rayon İHB-nın Qəbələ şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 1996 nömrəli arayışdan görünür ki, Ərizəçi4 ünvan 4 saylı ünvanda yaşayır. İş materiallarında olan Qəbələ rayon İHB-nın Qəbələ şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 2001 nömrəli arayışdan görünür ki, Ərizəçi5 ünvan 5 saylı ünvanda yaşayır. İş materiallarında olan Qəbələ rayon İHB-nın Qəbələ şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 2000 nömrəli arayışdan görünür ki, Ərizəçi6 ünvan 1 saylı ünvanda yaşayır. Ərizəçilərin işdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, onların soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-in xx xxxxxx 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən Ərizəçi1ş Məcid oğlu, X7, Ərizəçi2ş oğlu, X12, Ərizəçi4ş oğlu, Ərizəçi5ş oğlu və X6 birgə mülkiyyətinə 0,06 ha həyətyanı torpaq sahəsini verilməsini təsdiq edən JN-346F (Kod: 40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi1 adı səhvən «Əliş», ata adı səhvən «Məcid», Ərizəçi2 ata adı səhvən «Əliş», Ərizəçi3 adı səhvən «Sahil», ata adı səhvən «Əliş», Ərizəçi4 ata adı səhvən «Əliş», Ərizəçi5 ata adı səhvən «Əliş» və Ərizəçi6 adı səhvən «Rafail», ata adı səhvən «Əliş» kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə yalnışlıqlar aradan qaldırılmadan ərizəçilər həmin şəhadətnamə üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni qismən əsaslı hesab edib, onun qismən təmin olunması qənaətinə gəlir. Lakin ərizədə JN-346F (Kod: 40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə adı qeyd olunan hüquq sahiblərindən X5 da məxsusluğu barədə tələb qoyulmadığından məhkəmə hesab edir ki, Qəbələ rayon AİK-in xx xxxxxx 2001-ci il tarixli 03 nömrəli qərarı ilə verilmiş JN-346F (Kod: 40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Ərizəçi1ş Məcid oğlu, X7, Ərizəçi2ş oğlu, X12, Ərizəçi4ş oğlu, Ərizəçi5ş oğlu və Ərizəçi6ş oğluna aid olan hissəsinin ərizəçilər Ərizəçi1ş Məcid oğlu, X7, Ərizəçi2ş oğlu, X12, Ərizəçi4ş oğlu, Ərizəçi5ş oğlu və Ərizəçi6ş oğluna məxsus olmasına dair hüquqi faktı müəyyən edilməlidir. Bu səbəbdən məhkəmə ərizəni həmin hissədə təmin etməməyi əsaslı və qanuni hesab edir. Qalan hissədə ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə qismən təmin edilsin. Qəbələ rayon AİK-in xx xxxxxx 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən Ərizəçi1ş Məcid oğlu, X7, Ərizəçi2ş oğlu, X12, Ərizəçi4ş oğlu, Ərizəçi5ş oğlu və X6 birgə mülkiyyətinə verilmiş JN-346F (Kod: 40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 aid hissədə Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 məxsus olması hüquqi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1180/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1180/2020
24.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver