Məhkəmə qərarları › İş №2(025)-1181/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1181/2020

25.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1181/2020 25.11.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Aslanova Ayşən Əfqan qızının katibliyi, ərizəçilər Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 iştirakları ilə, Ərizəçilər Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Ərizəçilər Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nın xx xxx 1998-ci il tarixli 10 saylı qərarı ilə X13.X6.X8.X11,X9 və X2 adına verilmiş İN- 059 A saylı və İN-059 F saylı şəhadətnamələrin Ərizəçi2, Əmrahova (Abbasova) Ayqız Fuad qızına və Ərizəçi3 aid hissədə Ərizəçi2,Əmrahova(Abbasova) Ayqız Fuad qızı və Ərizəçi3 məxsus olması hüquqi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi2 ərizəni müdafiə edib göstərdi ki, torpaq islahatı keçirilən zaman Qəbələ rayon AİK-nın xx xxx 1998-ci il tarixli 10 saylı qərarı ilə verilmiş JN-059A və JN-059F saylı (kodu 40603028) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə hüquq sahiblərinin adları siyahısında 3-cü sırada Ərizəçi2 əvəzinə “Mirzəyeva” Sevanə Fuad qızı, 4-cü sırada X14 əvəzinə “Mirzayeva” Ayqız Fuad qızı, 6-cı sırada Ərizəçi3 əvəzinə texniki səhv olaraq Abbaszadə “Leysan” Fuad oğlu kimi qeyd edilmişdir. Qeyd edilən JN-59A və JN-59F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” payçıların paylarının razılıq əsasında bölünməsi məqsədi ilə əməliyyat aparılarkən məlum olmuşdur ki,İN-059A və İN-59 F saylı şəhadətnamələrdə hüquq sahibləri siyahısında 3-cü sırada texniki səhv olaraq Abbasova əvəzinə “Mirzəyeva”, 4-cü sırada Abbasova əvəzinə “Mirzayeva”,6-cı sırada isə Əliehsan əvəzinə “Leysan” kimi səhv qeydlər aparılmışdır. Həmin şəhadətnamələrdə mövcud olan texniki səhvlərə görə əməliyyat aparmaq mümkün olmamışdır. Ona görə də qeyd olunan İN-059A saylı və İN-059 F saylı şəhadətnamələrdə göstərilən texniki səhvlərin məhkəmə qaydasında düzəliş edilməsini istəyirik. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi3 ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-059A (Kod: 40603028) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx.xx.1998-ci il tarixli, 10 nömrəli qərarına əsasən, X3, X5 və X2, X7, X1 və X4 ümumi birgə mülkiyyətinə 1,53 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. Belə ki, işdə olan JN-059F (Kod: 40603028) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx.xx.1998-ci il tarixli, 10 nömrəli qərarına əsasən, X3, X5 və X2, X7, X1 və X4 ümumi birgə mülkiyyətinə 0,79 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan xx xxxx 1987-ci il tarixli Xİİ-ЖГ № 351857 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx xxx 1987-ci il tarixdə Qəbələ rayonu, Həzrə kəndində anadan olmuş, ata qrafasında X13, ana qrafasında X12 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1987-ci il tarixdə 21 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qəbələ RPŞ tərəfindən xx xxxx 2012-ci il tarixdə verilmiş AZE № 0******* saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx xxx 1987-ci il tarixdə Qəbələ rayonu, Həzrə kəndində anadan olmuşdur və həmin kənddə qeydiyyatdadır. İşdə olan xx xxxxxxx 1989-cu il tarixli XİV-ЖГ № 421927 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx xxxx 1989-cu il tarixdə Qəbələ rayonu, Həzrə kəndində anadan olmuş, ata qrafasında X13, ana qrafasında X12 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1989-cu il tarixdə 50 nömrə ilə qeyd edilmişdir. İşdə olan xx xxxxxxxx 2011-ci il tarixli AZ-İ № 708189 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx xxxxxxx 2011-ci il tarixdə X15 ilə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə Əmrahov, arvada Əmrahova soyadı verilmişdir. Bu barədə nikah haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 52 nömrə ilə qeyd edilmişdir. İşdə olan ASAN-Qəbələ tərəfindən xx xxxxxxx 2016-cı il tarixdə verilmiş AZE № ******** saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx xxxx 1989-cu il tarixdə Qəbələ rayonu, Həzrə kəndində anadan olmuşdur və həmin kənddə qeydiyyatdadır. İşdə olan xx xxxxxx 1999-cu il tarixli İ-AZ № 119578 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi3 xx xxxxxxx 1999-cu il tarixdə Qəbələ rayonu, Həzrə kəndində anadan olmuş, ata qrafasında X13, ana qrafasında X6 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1999-cu il tarixdə 27 nömrə ilə qeyd edilmişdir. İşdə olan ASAN-Qəbələ tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş AZE № ******** saylı Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx xxxxxxx 1999-cu il tarixdə Qəbələ rayonu, Həzrə kəndində anadan olmuşdur və həmin kənddə qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ölkədə aparılan torpaq islahatı zamanı ərizəçilərin və digər şəxslərin ümumi birgə mülkiyyətinə 1,53 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-059A (Kod: 40603028) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə və 0,79 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinin verilməsini təsdiq edən JN-059F (Kod: 40603028) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə yalnışlığa yol verilərək, “Ərizəçi2” əvəzinə “X8”, “X14” əvəzinə “X11” və “Ərizəçi3” əvəzinə “X10” kimi səhv olaraq göstərilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı ilə verilmiş JN-059A (Kod:40603028) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin və JN-059F (Kod: 40603028) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin ərizəçilər Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar