Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1183/2021 16.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarına əsasən, X15 və X4 adına verilmiş 594F saylı (KOD: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin digər mülkiyyətçilərlə birlikdə mərhum X8 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarına əsasən X10 və X5 birlikdə paylı mülkiyyət hüququ əsasında mülkiyyətinə JN-594F saylı (KOD: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Paylı mülkiyyətçilərdən mərhum X16 atasıdır. Digər paylı mülkiyyətçi X12 isə onun qardaşı olmuşdur. Paylı mülkiyyətçilərdən biri, eyni zamanda ailə başçısı X15 03.10.2009-cu ildə qan dövranı çatışmamazlığı səbəbindən vəfat etmişdir. Digər paylı mülkiyyətçi olan mərhum qardaşı X12 isə 02.06.2004-cü il tarixdə qara ciyər serrozu səbəbindən vəfat etmişdir. 594F saylı (KOD: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə adı göstərilən X6 adında göstərilən “X11” adı ölüm haqqında şəhadətnamədə qeyd edilən adı ilə düz gəlmir. Belə ki, yuxarıda qeyd edilən torpaq sənədlərində adı X2 qeyd edilmişdir. Sənəddə verilən torpaq sahəsi paylı mülkiyyətdədir və payçıların hər birinin mülkiyyətlərinin ayrılıb onların özünə verilməsi və vərəsəlik hüququnun həyata keçirdikdən sonra adlarına “Çıxarış” alınmasında müəyyən problemlər yaranacaqdır. Çünki mərhum X6 adı torpaq sənədində göstərilən adı ilə düz gəlmir və sənədlərdə müxtəliflik vardır. Həmin sənədin X8 məxsus olduğunu təsdiq edə biləcək şahidləri var. Torpaq sənədlərində göstərilən ad mərhum X8 məxsusdur. Adı göstərilən sənəd hüququmüəyyənedici sənəddir və bu baxımdan həmin sənəd mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən həmin sənədə aydınlıq gətirilməsi zəruridir. O, torpaq sənədinə dair “Çıxarış” almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə rəsmi müraciət etmişdir. Oradan ona rədd cavabı verilmiş və bildirilmiş ki, məhkəməyə müraciət etməlidir. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-594F (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın 26.02.2001-ci il tarixli 03 nömrəli qərarına əsasən X9 və X4 ümumi birgə mülkiyyətinə Qəbələ şəhərində 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon VVADQ şöbəsi tərəfindən verilmiş 08.06.2004-cü il tarixli, AZ-İ seriyalı, 059569 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 31.05.2004-cü il tarixdə Qəbələ şəhərində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 02.06.2004-cü ildə 41 № ilə qeyd edilmişdir. İşdə olan 15 fevral 1956-ci il tarixli, İ-ИЕ seriyalı, 071091 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1956-ci ildə Qutqaşen rayonunda doğulmuşdur. İşdə olan 06 avqust 1954-cü il tarixli, ИЖ seriyalı, 161979 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 02.08.1954-cü ildə Qutqaşen rayonunda doğulmuşdur. İşdə olan ərizəçinin mərhum qardaşı X8 aid “Orta təhsil haqqında attestat”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ərizəçinin mərhum qardaşının ad, soyadı və ata adı düzgün olaraq “X21” oğlu kimi yazılmışdır. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 fevral 2018-ci il tarixli, 87 nömrəli Arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 02.08.1954-cü il tarixdə Qəbələ rayonunda anadan olmuş X6 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə 02.08.1972-ci ildən 31.05.2004-cü ilədək olan dövrə aid “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X6 nikah haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 iyul 2021-ci il tarixli, 1135 nömrəli arayışdan görünür ki, Ərizəçi qardaşı 02.08.1954-cü il təvəllüdlü qardaşı X12 31.05.2004-cü il tarixində vəfat etmişdir. X12 ailə həyatı qurmamış və onun ölümündən sonra övladı qalmamışdır. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 avqust 2021-ci il tarixli, 1110 nömrəli arayışdan görünür ki, Ərizəçi 03.10.2009-cu il tarixində vəfat etmiş atası mərhum X3 X7, X13, Ərizəçi, X12 və X18 olmaqla 4 oğlan və 1 qız olmaqla 5 övladı vardır. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 iyul 2021-ci il tarixli, 1134 nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır və yaşayır. İşdə olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 06 iyul 2021-ci il tarixli **********12 nömrəli məktubundan görünür ki, JN-594F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-nın 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarına əsasən X9 və X4 birgə mülkiyyətlərinə verilmiş JN-594F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mərhum X1 səhvən «Hacıyeva», adı səhvən «Mərcan» , cinsiyyəti isə səhvən «qızı» kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə yalnışlıqlar aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə üzrə mülkiyyət, vərəsəlik və s. hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarına əsasən X9 və X4 birgə mülkiyyətlərinə verilmiş JN-594F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin digər mülkiyyətçilərlə birlikdə mərhum X8 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1183/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1183/2021
16.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver