Məhkəmə qərarları › İş №2(025)-1185/2022

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1185/2022

15.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1185/2022 15.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Mən, Qəbələ Rayon Məhkəməsinin hakimi İsayev Elman Bəhruz oğlu İddiaçı cavabdehlər Cavabdeh3nə, Cavabdeh3 Zaqatala X2 İdarəsinə və Cavabdeh3 Zaqatala X2 İdarəsinin Qəbələ Xidmət sahəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyə n e t d i m: İddiaçı cavabdehlər Cavabdeh3nə, Cavabdeh3 Zaqatala X2 İdarəsinə və Cavabdeh3 Zaqatala X2 İdarəsinin Qəbələ Xidmət sahəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı (abunə kodu **********03300) əsassız olaraq hesablanmış 518.40 (beş yüz on səkkiz manat qırx qəpik) manat məbləğin Cavabdeh3 tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilmədən verildiyi üçün geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, həmin iddia ərizəsi İddiaçı tərəfindən tərtib edilməsinə baxmayaraq imzalanmamışdır. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini geri qaytarır. Göstərilənlərə əsasən hesab edirəm ki, İddiaçı Cavabdeh3nə, Cavabdeh3 Zaqatala X2 İdarəsinə və Cavabdeh3 Zaqatala X2 İdarəsinin Qəbələ Xidmət sahəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər Cavabdeh3nə, Cavabdeh3 Zaqatala X2 İdarəsinə və Cavabdeh3 Zaqatala X2 İdarəsinin Qəbələ Xidmət sahəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar