Məhkəmə qərarları › İş №2(025)-1189/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1189/2020

26.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1189/2020 26.11.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nin xx.xx.1999-cu il tarixli 03 saylı qərarı ilə X2 mülkiyyətinə verilmiş JN-074F saylı kodu 40600068 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Ərizəçi aid hissədə Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon AİK-nın xx.xx.1999-cu il tarixli 03 saylı qərarı ilə verilmiş JN-074F saylı kodu 40600068 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə hüquq sahiblərinin adları siyahısında 1-ci sırada texniki səhv olaraq Ərizəçi əvəzinə “X3” qeyd edilmişdir. Qeyd olunan JN-074F saylı şəhadətnamə üzrə mülkiyyətə verilmiş torpaq sahəsinin bir hissəsini bağışlama yolu ilə özgəninkiləşdirmək istəyərkən məlum olmuşdur ki, həmin şəhadətnamə üzrə soyadı və ata adı texniki səhv olaraq Ərizəçi əvəzinə “X3” kimi qeyd edilmişdir. Həmin texniki səhvə görə əməliyyat aparmaq mümkün olmamışdır. Maraqlı şəxs DƏDRX-nin 9 saylı ərazi idarəsinin xx.xx.2020-ci il tarixli məktubu ilə ona tövsiyyə olunmuşdur ki, məhkəməyə müraciət etsin. xx.xx.2004-cü il tarixdə Qəbələ RPŞ tərəfindən adına verilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsində soyadı və ata adı düzgün olaraq X3 əvəzinə Ərizəçi kimi qeyd edilmişdir. ИЖ № 392801 saylı doğum haqqında şəhadətnamədə də ata adı düzgün olaraq Zaxarovna kimi qeyd edilmişdir. İ-ИЕ № 250845 saylı evlənmə haqqında şəhadətnamədə evlənmədən sonra soyadı düzgün olaraq Çaldallakyan, adı Nina, ata adı isə Zaxarovna kimi qeyd edilmişdir. Hesab edir ki, JN-074F saylı kodu 40600068 saylı şəhadətnamədə buraxılmış texniki səhvlərə düzəlişlər məhkəmə qaydasında edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-074F (Kod:40600068) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayon AİKnın xx.xx.1999-cu il tarixli 03 nömrəli qərarına əsasən X2 mülkiyyətinə Qəbələ rayonu Nic kəndində 0,77 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan xx xxxx 1955-ci il tarixli, ИЖ seriyalı, 392801 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxx 1938-ci ildə Qutqaşen rayonunda doğulmuşdur. İşdə olan xx.xx.1961-ci il tarixli, İ-ИЕ seriyalı, 250845 №-li «Evlənmək haqqında» şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X1 ilə Ərizəçi xx xxxxxxx 1961-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 35 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan arvada Çaldallakyan soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli **********07 nömrəli məktubundan görünür ki, JN-074F (Kod:40600068) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan ərizəçiyə aid Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyadı və ata adı düzgün olaraq “Ərizəçi” kimi yazılmışdır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-nın xx xxxxxx 1999-cu il tarixli, 03 saylı qərarına əsasən X2 mülkiyyətinə verilmiş JN-074F (Kod:40600068) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi soyadı səhvən «Çaldari», ata adı səhvən «Zəkərovna» kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə yalnışlıqlar aradan qaldırılmadan ərizəçi həmin dövlət aktı üzrə mülkiyyət, vərəsəlik və s. hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın xx xxxxxx 1999-cu il tarixli, 03 saylı qərarına əsasən X2 mülkiyyətinə verilmiş JN-074F (Kod:40600068) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar