Məhkəmə qərarları › İş №2(025)-1198/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1198/2021

30.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1198/2021 30.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi1 iştirakı ilə Ərizəçi1 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nın 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarına əsasən X4, X3, X2, X5 və X7 birgə mülkiyyətlərinə verilmiş JN-1733F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin onlara aid hissədə, yəni Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayonu, Qəbələ şəhərində Aqrar İslahatları aparılarkən Aqrar İslahatları Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 saylı qərarı ilə, ona və ailə üzvülərinin mükiyyətinə JN-1733 saylı 40601004 kodlu Şəhadətnamə əsasında 0,06 torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə səhv olaraq soyadı və adı Süleymanova Brilliant, bacısının isə X11 yazılmışdır. X8 əvəzinə X6 və bacısının Ərizəçi2 əvəzinə X11 yazılmasının səbəbi onlara aydın deyil, bunun sadəcə olaraq texniki səhv olduğunu düşünür. Şəhadətnamədə səhv yazıldığına diqqət etməmişlər və bu yaxın vaxta qədər də heç maraqlanmamışlar. Lakin sənədlərini hazırlayıb Çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət edərkən Torpağın mülkiyyəttə verilməsinə dair Şəhadətnamədə soyad və adlar səhv yazıldığından müvafiq sənədləşdirməni aparmaqları mümkün olmamışdır. Onlara məxsus doğum haqqında şəhadətnamədə də, şəxsiyyət vəsiqəsində də onların ad və soyadlarının necə olması yazılmış və öz əksini tapmışdır. Hesab edir ki, bu səhv məhkəmə qaydasında düzəliş edilərək sənədin onlara məxsus olması müəyyən edilməlidir. Məhkəmə iclasında Ərizəçi1 ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi2 30.08.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə ilə müraciət edərək, ərizənin ona aid hissədə baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 30.08.2021-ci il tarixli 2(025)-1198/2021 nömrəli qərardadı ilə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizələri Ərizəçi2 aid hissədə baxılmamış saxlanılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-1733F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarına əsasən X4, X3, X2, X5 və X7 ümumi birgə mülkiyyətinə Qəbələ şəhərində 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 30.06.2021-ci il tarixdə verilmiş “Doğum haqqında” arayışdan görünür ki, Ərizəçi1 08.12.1972-ci ildə Qəbələ rayonu Laza kəndində anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 14 iyun 2021-ci il tarixli **********16 nömrəli məktubundan görünür ki, JN-1733F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Qəbələ şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 iyul 2021-ci il tarixli, 1115 nömrəli arayışdan görünür ki, Qəbələ rayonu Aqrar İslahatı Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə JN 1733F, kod 40601004 nömrəli torpaq şəhadətnaməsində Ərizəçi1 əvəzinə səhvən X1 yazılmışdır. İşdə olan ərizəçiyə aid AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi1” kimi qeyd edilmişdir. İşdə olan ZE seriyalı ******* nömrəli “Hərbi Bilet”in surətindən görünür ki, həmin sənəddə ərizəçinin ad, soyad və ata adı “Ərizəçi1” kimi yazılmışdır. İşdə olan AB-İ seriyalı 070430 nömrəli “Diplom”un surətindən görünür ki, həmin sənəddə ərizəçinin adı, soyadı və ata adı “Ərizəçi1” kimi yazılmışdır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKnın 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarına əsasən X4, X3, X2, X5 və X7 birgə mülkiyyətlərinə verilmiş JN-1733F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi1 soyadı səhvən “Süleymanova”, adı səhvən “Brilliant”, cinsiyyəti isə səhvən “qızı” kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə yalnışlıqlar aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə vərəsəlik, mülkiyyət və s. hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarına əsasən X4, X3, X2, X5 və X7 birgə mülkiyyətlərinə verilmiş JN-1733F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Ərizəçi1 aid hissədə Ərizəçi1 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar