Məhkəmə qərarları › İş №2(025)-1199/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1199/2021

17.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1199/2021 17.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nin 22.11.1997-ci il tarixli 25 saylı qərarı ilə X5, X1, X3, X2 və X4 adına verilmiş JN-804 saylı və JN-0804 saylı kodları 40614018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktlarının, JN-713A saylı kodu 40614018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Ərizəçi aid hissədə Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon AİK-nin 22.11.1997-ci il tarixli 25 saylı qərarı ilə verilmiş JN-804 saylı və JN-0804 saylı dövlət aktlarında və JN-713A saylı şəhadətnamədə hüquq sahiblərinin adları siyahısında 5-ci sırada soyadı və cinsində texniki səhv olaraq səhv qeydiyyat aparılmışdır. Belə ki, hüquq sahiblərinin adları siyahısında 5-ci sırada Ərizəçi soyadı və ata adı texniki səhv olaraq soyadı “Cəlilova”, ata adı isə “Cəlil” qızı kimi qeyd edilmişdir. Qeyd edilən JN-804 saylı, JN-0804 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında, JN-713A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd olnan texniki səhv DƏDRX-nin 9 saylı ərazi idarəsinə payların müəyyən edilməsi məqsədilə müraciət edərkən müəyyən edilmişdir. Qeyd olunan texniki səhvin düzəldilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Mülkiyyət sənədlərindəki texniki səhvlərə görə əməliyyat aparılması mümkün olmamışdır. AZE № ******** saylı şəxsiyyət vəsiqəsində Ərizəçi soyadı və ata adı düzgün olaraq Ərizəçi kimi qeyd edilmişdir. XVİ-ЖГ №339952 saylı doğum haqqında şəhadətnamədə də Ərizəçi soyadı və ata adı düzgün olaraq “Cəlilova” Ülfət Cəlil qızı kimi yox Ərizəçi kimi qeyd edilmişdir. Ərizəçi adına verilmiş AO №1133859 saylı hərbi biletdə də Ərizəçi soyadı və ata adı düzgün olaraq Ərizəçi kimi qeyd edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-713A (Kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarına əsasən X5, X1, X3, X2 və X4 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Mıxlıqovaq kəndində 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-0804 nömrəli (kod:4061418) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-nın 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarına əsasən X5, X1, X3, X2 və X4 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Mıxlıqovaq kəndində 1,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-804 nömrəli (kod:4061418) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-nın 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarına əsasən X5, X1, X3, X2 və X4 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Mıxlıqovaq kəndində 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Mıxlıqovaq kənd sovetliyi tərəfindən verilmiş 30 oktyabr 1991-ci il tarixli, XVİ-ЖГ seriyalı, 339952 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1991-ci ildə Qəbələ rayonu Mıxlıqovaq kəndində doğulmuş, bu barədə 1991-ci ilin oktyabrın ayının 30-da Qəbələ rayon Mıxlıqovaq kənd sovetində 113 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İşdə olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 14 iyun 2021-ci il tarixli **********14 nömrəli məktubundan görünür ki, JN-713A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Mıxlıqovaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 aprel 2021-ci il tarixli, 309 nömrəli arayışdan görünür ki, Ərizəçi Qəbələ rayonu Mıxlıqovaq kəndində qeydiyyatda olub, hal-hazırda Mıxlıqovaq kəndində yaşayır. İşdə olan ərizəçiyə aid AO seriyalı, ******* nömrəli “Hərbi Bilet”in notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. İşdə olan ərizəçiyə aid AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKnın 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarlarına əsasən X5, X1, X3, X2 və X4 birgə mülkiyyətlərinə verilmiş JN-713A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə və JN-0804 və JN-804 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktlarında Ərizəçi soyadı səhvən “Cəlilova”, cinsiyyəti isə səhvən “qızı” kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə və dövlət aktlarında yalnışlıqlar aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə və dövlət aktları üzrə vərəsəlik, mülkiyyət və s. hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarlarına əsasən X5, X1, X3, X2 və X4 birgə mülkiyyətlərinə verilmiş JN-713A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin və JN-0804 və JN-804 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktlarının Ərizəçi aid hissədə Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar