Məhkəmə qərarları › İş №2(025)-120/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-120/2024

24.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-120/2024 24.01.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 9 saylı Qəbələ Ərazi idarəsinə qarşı “hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquq əhəmiyyətli faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin halları Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən Ərizəçi İsmayıl qızının, X5, X6 və X7 adına verilmiş JN-473F nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ona aid hissədə Ərizəçi məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən, onlara, yəni Ərizəçi İsmayıl qızına, X8, X9 və X11 Qəbələ şəhərində JN-473F nömrəli (kod:********) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə 0,07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin şəhadətnamədə o-Ərizəçi ata adı səhvən “İsmayıl” kimi göstərilmişdir. Lakin ona məxsus digər sənədlərdə, yəni şəxsiyyət vəsiqəsində, nikah haqqında şəhadətnamədə və digər sənədlərdə ad, soyad və ata adı Ərizəçi kimi qeyd edilmişdir. Hazırda ailə üzvlərimizin mülkiyyətinə verilmiş torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almaq istəyir. Şəhadətnamədə səhvlər olduğundan bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməni verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, şəhadətnamədəki yanlışlığı aradan qaldıra bilmir. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə keçdiyindən o, X14 aidiyyəti üzrə xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə yanlışlıqların aradan qaldırılmasını xahiş etmiş, müvafiq 28 sentyabr 2023-cü il tarixli,3-21-3-42\2-M-01xxxx/2023 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. O uzun illər buna əhəmiyyət verməmiş, lakin torpağın sənədlərini hazırlayıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyərkən bu anlaşılmazlıqla rastlaşmışdır. Yol verilmiş yanlışlığı onlar başqa cür aradan qaldırmaq iqtidarında deyillər, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar . Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi İsmayıl qızı ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-473F (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, 26 fevral 2001-ci il tarixli 03 saylı Qərara əsasən Qəbələ şəhərində 0.07 ha torpaq sahəsi Ərizəçi İsmayıl qızı, X13, Məmmədov sahib Əlkbər oğlu və X11 verilmişdir. İş materiallarına əlavə olunmuş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi soyadı, adı, ata adı şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi” olaraq qeyd olunmuşdur. İşdə olan Qurtqaşen (indiki Qəbələ) rayon VVAQ bürosu tərəfindən verilmiş 30 may 1968-ci il tarixli AZ № 081313 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X4 30 may 1969-cu il tarixdə X10 ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. Burada X1, adı ata adı “X4”, Ərizəçi soyadı, adı və ata adı “Ərizəçi” olaraq qeyd olunmuşdur. İşdə olan Qəbələ Rayon İcra hakimiyyəti başçısının Qəbələ şəhər İ.Ə.D-si üzrə Nümayəndəliyi tərəfindən 11 oktyabr 2023-cü il tarixdə verilmiş 2167 saylı arayışdan görünür ki, Ərizəçi həqiqətən ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan Qəbələ Rayon İcra hakimiyyəti başçısının Qəbələ şəhər İ.Ə.D-si üzrə Nümayəndəliyi tərəfindən 11 oktyabr 2023-cü il tarixdə verilmiş 2168 saylı arayışdan görünür ki,Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 saylı qərarı ilə Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-473F kod-40601004 saylı Şəhadətnamədə adı “Ərizəçi” qızı əvəzinə səhvən “Ərizəçi İsmayıl” qızı yazılmışdır İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 28 sentyabr 2023-cü il tarixli 3-21-3-42/2-M-01xxxx/2023 saylı məktubdan görünür ki, hüquq müəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir və Ərizəçi bunula bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, ərizəçinin ata adı yəni Ərizəçi Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə adı səhvən “Ərizəçi İsmayıl qızı” olaraq qeyd edilmişdir. Həmin yanlışlığın başqa qaydada aradan qaldırılması mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. JN-473F (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının Ərizəçi aid olan hissədə məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar