Məhkəmə qərarları › İş №2(025)-1201/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1201/2020

01.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1201/2020 01.12.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 iştirakları ilə Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nın xx.xx.2002-ci il tarixli, 17 saylı qərarı ilə X13, X4, X14, X12 və X7 adına verilmiş JN-498BB və JN-498F saylı, kodu 40616028 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin Ərizəçi2 və Ramazanova (Yusifzadə) Dünya Elman qızına aid hissədə Ərizəçi2 və Ramazanova (Yusifzadə) Dünya Elman qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, Qəbələ rayon AİK-nın xx.xx.2002-ci il tarixli, 17 saylı qərarı ilə verilmiş JN-498BB və JN-498F saylı, kodu 40616028 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə hüquq sahiblərinin adının siyahısında texniki səhv olaraq 3-cü və 4-cü sırada Ərizəçi2 əvəzinə X14 və X9 əvəzinə X3 qeyd edilmişdir. Paylı mülkiyyətdə olan JN-498BB və JN-498F saylı, kodu 40616028 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr üzrə 0,45 ha və 0,75 ha torpaq sahələri üzərində paylarının müəyyən edilməsini həyata keçirmək istəyərkən qeyd edilən torpaq şəhadətnamələrində hüquq sahiblərinin adları siyahısında 3-cü sırada soyadları Yusifzadə əvəzinə “Musayev”, 4-cü sırada isə Yusifzadə əvəzinə “Musayeva” kimi qeyd edilmişdir. Qeyd edilən JN-498BB və JN-498F saylı şəhadətnamələrdə qeyd edilən texniki səhvlərə görə əməliyyat aparmaq mümkün olmamışdır. Hesab edirlər ki, 3-cü və 4-cü sırada soyadları texniki səhv olaraq Yusifzadə əvəzinə “Musayev(a)” kimi qeyd edilmişdir. AZ-T № 094443 saylı doğum haqqında şəhadətnamədə soyad düzgün olaraq X6 yox, Ərizəçi2 kimi qeyd edilmişdir. AA******* saylı şəxsiyyət vəsiqəsində də soyad düzgün olaraq Ərizəçi2 kimi qeyd edilmişdir. AZ-T № 094444 saylı doğum haqqında şəhadətnamədə soyad düzgün olaraq X3 yox X2 qeyd edilmişdir. JN-498BB və JN-498F saylı şəhadətnamələrdə qeyd edilən texniki səhvlərə məhkəmə qaydasında düzəliş edilməlidir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçiləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-498BB (Kod: 40616028) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 2002-ci il tarixli 17 nömrəli qərarına əsasən, X13, X4, X14, X12 və X7 birgə mülkiyyətinə JN-498BB (Kod: 40616028) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə Qəbələ rayonu Nohurqışlaq kəndində 0,45 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-498F (Kod: 40616028) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 2002-ci il tarixli 17 nömrəli qərarına əsasən, X13, X4, X14, X12 və X7 birgə mülkiyyətinə JN-498BB (Kod: 40616028) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə Qəbələ rayonu Nohurqışlaq kəndində 0,75 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qəbələ rayon Tüntül kənd İƏN tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli, AZ-T seriyalı, 094443 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1995-ci ildə Qəbələ rayonu Nohurqışlaq kəndində doğulmuşdur. X5, anası X1r. İş materiallarında olan Qəbələ rayon Tüntül kənd İƏN tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli, AZ-T seriyalı, 094444 nömrəli «Doğum haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 xx xxxx 1996-ci ildə Qəbələ rayonu Nohurqışlaq kəndində doğulmuşdur. X5, anası X1r. İş materiallarında olan Qəbələ Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İİ seriyalı, 365678 №-li «Nikah haqqında» şəhadətnamənin surətindən görünür ki, X10 ilə X8 xx xxxxxx 2019-cu ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 574 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Ramazanov, arvada Ramazanova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx xxxxxx 2020-ci il tarixli **********54 nömrəli məktubundan görünür ki, JN- 498F, 498BB nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Nohurqışlaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 367 nömrəli arayışdan görünür ki, Ərizəçi2 Qəbələ rayonu Nohurqışlaq kəndində yaşayır və qeydiyyatdadır. İş materiallarında olan Qəbələ rayon İHB-nın Nohurqışlaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 368 nömrəli arayışdan görünür ki, Ərizəçi1 Qəbələ rayonu Nohurqışlaq kəndində yaşayır və qeydiyyatdadır. Ərizəçilərin işdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, onların soyad, ad və ata adları aşağıdakı kimi qeyd olunmuşdur: Ərizəçi2 və Ərizəçi1. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİK-nın xx xxxxxx 2002-ci il tarixli, 17 saylı qərarına əsasən X13, X4, X14, X12 və X7 birgə mülkiyyətlərinə verilmiş JN-498BB (Kod: 40616028) nömrəli və JN-498F (Kod: 40616028) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrdə Ərizəçi2 soyadı səhvən «Musayev», Ərizəçi1 isə soyadı səhvən «Musayeva» kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamələrdə yalnışlıqlar aradan qaldırılmadan ərizəçilər həmin şəhadətnamələr üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun qismən təmin olunması qənaətinə gəlir. Həmçinin məhkəmə, Ərizəçi1 soyadının əvvəlcə Yusifzadə, nikaha daxil olduğdan sonra Ramazanova olduğundan, bu məsələyə də məhkəmə münasibət bildirərək onun soyadının Ramazanova (Yusifzadə) kimi qeyd olunmasını məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın xx xxxxxx 2002-ci il tarixli, 17 saylı qərarına əsasən X13, X4, X14, X12 və X7 birgə mülkiyyətlərinə verilmiş JN-498BB (Kod: 40616028) nömrəli və JN- 498F (Kod: 40616028) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin Ərizəçi2 və Ramazanova (Yusifzadə) Dünya Elman qızına aid hissədə Ərizəçi2 və Ramazanova (Yusifzadə) Dünya Elman qızına məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar