Məhkəmə qərarları › İş №2(025)-1204/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1204/2021

23.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1204/2021 23.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli 09 saylı qərarı ilə verilmiş JN-163A KOD 40613018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Ərizəçi aid hissədə Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1986-cı ildə Qəbələ rayonunun Mirzəbəyli kəndində anadan olmuşdur. Ailələrinin mülkiyyətinə verilmiş Qəbələ rayon Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli 09 saylı qərarına əsasən 0,10 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş torpaq sənədini təsdiq edən JN-163A kod 40613018 nömrəli dövlət aktında soyadı və adı texniki səhv olaraq X2 göstərilmişdir. Onun başqa sənədlərində Ərizəçi kimi qeyd olunmuşdur. Hal-hazırda adının və soyadının səhv yazılması ona maneələr yaradır. Odur ki, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Eyni zamanda göstərdi ki, şəhadətnamə də yanlışlıq aradan qaldırmadan həmin torpaq sahəsinə çıxarış əldə edə bilmir. Bu səbəbdən məhkəməyə müraciət etmək məccburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-163A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın 15 may 1998-ci il tarixli, 09 saylı qərarına əsasən X5, X4, X6, X7, X1 və X8 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Mirzəbəyli kəndində 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Mıxlıqovaq kənd sovetliyi tərəfindən verilmiş 10 aprel 1986-cı il tarixli, Xİ-ЖГ seriyalı, 450182 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. İşdə olan Qazax rayon Qeydiyyat şöbəsi tərəfindən 30 noyabr 2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 300832 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 12 iyul 2021-ci il tarixli **********70 nömrəli məktubundan görünür ki, JN-163A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İHB-nın Mirzəbəyli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 iyun 2021-ci il tarixli, 256 nömrəli arayışdan görünür ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-163A KOD 40613018 saylı şəhadətnamədə Ərizəçiı soyadı, adı, atasının adı və cinsiyyəti mexaniki səhv olaraq X3 göstərilmişdir. Əslində həmin sənəddə qeyd olunan vətəndaş Ərizəçi olmalıdır. Mirzəbəyli kəndi ərazisində X3 göstərilmişdir. İşdə olan ərizəçiyə aid AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKnın 15 may 1998-ci il tarixli, 09 saylı qərarına əsasən X5, X4, X6, X7, X1 və X8 birgə mülkiyyətlərinə verilmiş JN-163A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi soyadı səhvən “Şərifov”, adı səhvən “Səyali”, ata adı səhvən “Məəmd”, cinsiyyəti isə səhvən “oğlu” kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə yalnışlıqlar aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə vərəsəlik, mülkiyyət və s. hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın 15 may 1998-ci il tarixli, 09 saylı qərarına əsasən X5, X4, X6, X7, X1 və X8 birgə mülkiyyətlərinə verilmiş JN-163A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Ərizəçi aid hissədə Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar