Məhkəmə qərarları › İş №2(025)-1207/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1207/2021

26.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1207/2021 26.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-152A, KOD 40600048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və JN-0022, KOD 40600048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının anasına dair hissəsində ona, yəni X13 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə ona, yəni, Ərizəçi, X12na, anası X13, qardaşı X24, qardaşının yoldaşı X7 və qardaşının oğlu X25 Qəbələ rayonu, Vəndam kəndi ərazisindən 0,20 ha həyətyanı torpaq sahəsi verilmiş və bu barədə bizə JN-152A, KOD 40600048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Həmçinin, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 19 saylı nömrəli qərarı ilə ona, yəni Ərizəçi, X12na, anası X13, qardaşı X24, qardaşının yoldaşı X7 və qardaşının oğlu X9 təsərrüfatı məhsulları istehsalı üçün 1.40 ha torpaq sahəsinə görə JN-0022, KOD 40600048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə və Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında sonradan sonradan ona məlum olmuşdur ki, anasının adı səhvən “Suriyə” əvəzinə “Surayə”, ata adı “Samədin” əvəzinə “Saməddin” kimi yazılmışdır. Lakin onun doğum, nikah və ölüm haqqında Şəhadətnamələrində və digər sənədlərdə X5 qeyd edilmişdir. X12 20.12.1997-ci il tarixində kəskin ağ ciyər ürək çatmamazlığından, anası X18 17.07.2013-cü il tarixində kəskin ürək damar çatmamazlığından və qardaşı X33 18.05.2018-ci il tarixində ürək çatmamazlığından vəfat etmişlər. Hazırda atasının və anasının vərəsəsi kimi onlardan miras qalan əmlakın qəbuluna dair vərəsəlik işi üzrə ona və digər ailə üzvlərinə məxsus torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq istəyirlər. Lakin Şəhadətnamədə və Dövlət Aktında anasının adı və ata adı düzgün yazılmadığından bu mümkün deyildir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə ləğv edildiyindən, sənədlərdəki yanlışlığı aradan qaldıra bilmir. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə keçdiyindən aidiyyatı üzrə Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədəki və Torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı yanlışlıqların aradan qaldırılmasını xahiş etmiş, müvafiq 04 iyun 2021-ci il tarixli, **********43 saylı məktubu ilə yanlışlıqlara düzəlişlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-152A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarına əsasən X19, X8, X21, Ərizəçi, X22 və X6 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Vəndam qəsəbəsində 0,20 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-0022 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-nın 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarına əsasən X19, X8, X21, Ərizəçi, X22 və X6 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Vəndam qəsəbəsində 1,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07.07.2021-ci il tarixli, AZ- İİ seriyalı, 157265 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X18 17.07.2013-cü il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 22.07.2013-cü ildə 35 № ilə qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27.05.2021-ci il tarixli, AZ- İİ seriyalı, 178365 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X28 20.12.2001-ci il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 21.12.2001-ci ildə 512 № ilə qeyd edilmişdir. İşdə olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24.05.2018-ci il tarixli, AZ-İ seriyalı, 933180 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X33 18.05.2018-ci il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 24.05.2018-ci ildə 122 № ilə qeyd edilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09.07.2021-ci il tarixli 277 nömrəli “Doğum haqqında” arayışdan görünür ki, X10 16.10.1932-ci ildə Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olmuş, bu barədə 1949-cu ilin dekabr ayında Qəbələ rayon Qeydiyyat şöbəsində 1118 №li doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2, anası X16r. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 iyul 2021-ci il tarixli, 276 nömrəli “Nikah haqqında” arayışdan görünür ki, X28 ilə X4 02 yanvar 1950-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Tahirov, arvada Tahirova soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Vəndam qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 iyun 2021-ci il tarixli, 834 nömrəli arayışdan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında (JN- 0022B kod ********) qeyd olunmuş X1 X3 oxunmalıdır. Qəbələ rayon Vəndam qəsəbəsində X17 adlı şəxs qeydiyyatda olmayıb və hal-hazırda yaşamır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Vətəndaşın X32 Barədə Elektron” arayışdan görünür ki, Ərizəçi Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin 04 iyun 2021-ci il tarixli **********43 nömrəli məktubundan görünür ki, JN-152A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə və JN-0022 nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında mülkiyyətçilərin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKnın 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarlarına əsasən X19, X8, X21, Ərizəçi, X22 və X6 birgə mülkiyyətlərinə verilmiş JN-152A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə və JN-0022 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında mərhum X11 adı səhvən «Surayə», ata adı səhvən « Səmaddin» kimi qeyd olunmuşdur. Qeyd olunan şəhadətnamədə və dövlət aktında yalnışlıqlar aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə üzrə mülkiyyət, vərəsəlik və s. hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-nın 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarlarına əsasən X19, X8, X21, Ərizəçi, X22 və X6 birgə mülkiyyətlərinə verilmiş JN-152A nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin və JN-0022 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının mərhum X13 aid hissədə mərhum X13 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar