Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1208/2025 25.11.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı X4 cavabdehlər, Cavabdeh3 MMC, Qəbələ regional “Asan xidmət” mərkəzində notariat ofisi, Cavabdeh4, AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “müqaviləsinin etibarsız hesab edilməsi,daşınmaz əmlakın dövlət reyestrində edilən qeydin ləğv edilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, alq-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, iddiaçı X4 nümayəndəsi Nümayəndə2 və Cavabdeh3MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, iddiaçı X4 cavabdehlər, Cavabdeh3 MMC, Qəbələ regional “Asan xidmət” mərkəzində notariat ofisi, Cavabdeh4, AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı müqaviləsinin etibarsız hesab edilməsi,daşınmaz əmlakın dövlət reyestrində edilən qeydin ləğv edilməsi və dəymiş zərərin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X11 cavabdehlər, Qəbələ regional “Asan xidmət” mərkəzində notariat ofisi, Cavabdeh4, AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində edilən qeydin ləğv edilməsi və dəymiş zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq JN 121 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən JN 121B saylı planda yeri və sərhədləri göstərilən Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair X5 ilə Cavabdeh3 MMC arasında Qəbələ rayon DNK-da bağlanmış xx.xx.2006-cı il tarixli 4ə-2460 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız (əhəmiyyətsiz) hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh3MMC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixli **********03 reyestr nömrəli qeydiyyatın ləğv edilməsi, Cavabdeh3 MMC-nin təsisçilərinin növbədənkənar ümumi yığıncağının xx.xx.2023-cü il tarixli qərarının Qəbələ rayonu ərazisində yerləşən **********03 reyestr nömrəli 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh4 təhvil verilməsi hissəsində ləğv edilməsi və həmin qərar əsasında Cavabdeh4 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixli ********** nömrəli qeydiyyatının ləğv edilməsi, xx.xx.2006-cı il tarixdən indiyədək olan 19 il müddətində torpaq sahəsindən qanunsuz istifadə nəticəsində vurulmuş zərərə görə 3515,0 manat məbləğində təzminat ödənilməsi və Qəbələ rayon DNK-nin dövlət notariusu E.S.Alxasov barəsində Xüsusi qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, islahat nəticəsində Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən cəmi 2,51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 yeddi nəfərdən ibarət olan ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş və JN 121 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən qeydiyyatına alınmışdır. Həmin torpaq sahəsi JN 121 saylı paln üzrə 6562,0 kv/m, JN 121B saylı plan üzrə 7400,0 kv/m və JN121P saylı plan üzrə 11100,0 kv/m olmaqla ayrı-ayrılıqda yerləşmiş və uyğun ölçülərlə təhkim edilmişdir. X5 xx.xx.2000-ci il tarixdə vəfat etdikdən 121B saylı planda yeri və ölçüləri müəyyən edilən 7400,0 kv/m torpaq sahəsi bir müddət istifadəsiz qalmış və Qəbələ rayon DNK-da bağlanmış xx.xx.2006-cı il tarixli 4ə-2460 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 adından Cavabdeh3MMC-yə satılmışdır. Müqavilənin bağlanması haqqında notarial əməliyyat digər payçıların (X3 ailə üzvlərinin) iştirakı olmadan aparılmış və bu barədə onlara məlumat verilməmişdir. Cavabdeh3 MMC həmin müqavilə əsasında qanunsuz yolla əmlak əldə etmiş və xx.xx.2023-cü il tarixli qərarı ilə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu Cavabdeh4 təhvil vermişdir. Ona görə də, JN 121 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən JN 121B saylı planda yeri və sərhədləri göstərilən Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair X5 ilə Cavabdeh3 MMC arasında Qəbələ rayon DNK-da bağlanmış xx.xx.2006-cı il tarixli 4ə-2460 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız (əhəmiyyətsiz) hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh3MMC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixli **********03 reyestr nömrəli qeydiyyatın ləğv edilməsi, Cavabdeh3 MMC-nin təsisçilərinin növbədənkənar ümumi yığıncağının xx.xx.2023-cü il tarixli qərarının Qəbələ rayonu ərazisində yerləşən **********03 reyestr nömrəli 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh4 təhvil verilməsi hissəsində ləğv edilməsi və həmin qərar əsasında Cavabdeh4 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixli ********** nömrəli qeydiyyatının ləğv edilməsi, xx.xx.2006-cı il tarixdən indiyədək olan 19 il müddətində torpaq sahəsindən qanunsuz istifadə nəticəsində vurulmuş zərərə görə 3515,0 manat məbləğində təzminat ödənilməsi və Qəbələ rayon DNK-nin dövlət notariusu E.S.Alxasov barəsində Xüsusi qərar çıxarılması haqqında iddia qaldırılmışdır. Cavabdeh3 MMC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, JN 121 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən JN 121B saylı planda yeri və ölçüləri göstərilən 7400,0 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 yeddi nəfərdən ibarət olan ailə üzvlərinin ümumi birgə mülkiyyətində olmuş və X5 ilə Cavabdeh3 MMC arasında Qəbələ rayon DNK-da bağlanmış xx.xx.2006-cı il tarixli 4ə-2460 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında dəyəri ödənilməklə Cavabdeh3MMC-yə satılmışdır. Müqavilənin bağlanması haqqında notarial əməliyyat digər payçıların (X3 ailə üzvlərinin) iştirakı ilə parılmış, onların hər biri özlərinə düşən payın satılmasına razılıq vermiş, müqavilənin imzalanması X3 adından icra edilmişdir. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. Həmin vaxtdan etibarən torpaq sahəsi Cavabdeh3 MMC-nin fasiləsiz sahibliyində olmuş və heç bir etiraz olmadan istifadə olunmuşdur. Cavabdeh3 MMC-nin ümumi yığıncağının xx.xx.2023-cü il tarixli qərarı ilə torpaq sahəsi üzərində mülkiyyət hüququ Cavabdeh4 keçmişdir. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan JN 121 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətinə əsasən JN 121 saylı palnda yeri və ölçüləri qeyd olunmuş 6562,0 kv/m, JN 121B saylı planda yeri və ölçüləri qeyd olunmuş 7400,0 kv/m və JN121P saylı planda yeri və ölçüləri qeyd olunmuş 11100,0 kv/m, cəmi 2,51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Qəbələ rayon AİK-nin xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə X5, X6, X9, X11, X7, X8 və X2 ümumi paylı mülkiyyətinə verilmişdir. İşdə olan AZ-İİ 469344 nömrəli “ölüm haqqında” şəhadətnamənin surətinə əsasən X5 xx.xx.2000-ci il tarixdə ölmüşdür. İşdə olan İ-JQ 467642 nömrəli “nikah haqqında” şəhadətnamənin surətinə əsasən X5 ilə X1 nikahı xx.xx.1978-ci il tarixdə 5 saylı akt qeydi ilə bağlanmışdır. Nikahdan sonra arvada Əliyeva soyadı verilmişdir. İşdə olan Qəbələ rayon DNK-da bağlanmış xx.xx.2006-cı il tarixli 4ə-2460 nömrəli müqavilənin surətinə əsasən Qəbələ rayon AİK-nin xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə X3 mülkiyyətinə verilmiş JN 121 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən JN 121B saylı planda yeri və sərhədləri göstərilən Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 296,0 manata Cavabdeh3MMC-yə satılmışdır. İşdə olan xx.xx.2006-cı il tarixli 4ə-2460 nömrəli müqaviləyə dair notariat işinin materiallarına əsasən JN 121 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən JN 121B saylı planda yeri və sərhədləri göstərilən Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh3MMC-yə X3 adından paylı mülkiyyətin digər iştirakçıları, X6, X9, X11, X7, X8 və X2 razılıq ərizələri əsasında satılmışdır. İşdə olan RX ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətinə əsasən Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (reyestr nömrəsi: **********03) xx.xx.2015-ci il tarixdə Cavabdeh3 MMC-nin adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. İşdə olan RX ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətinə əsasən Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (reyestr nömrəsi: **********03) xx.xx.2015-ci il tarixdə Cavabdeh3 MMC-nin adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. İşdə olan Cavabdeh3MMC-nin təsisçilərinin növbədənkənar ümumi yığıncağının xx.xx.2023cü il tarixli qərarının surətinə əsasən təsisçi Cavabdeh4 80.069.745,0 manat məbləğində əmlak payını geri götürməsi hesabına Qəbələ rayonu ərazisində yerləşən **********03 reyestr nömrəli 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ona təhvil verilmişdir. İşdə olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətinə əsasən Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (reyestr nömrəsi: **********03) xx.xx.2023-cü il tarixdə Cavabdeh4 adına mülkiyyət hüququ əsasında ********** nömrə ilə qeydiyyata alınmışdır. AR Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdən əmələ gəlir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlandığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Həmin Məcəllənin 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Həçmin Məcəllənin 407.2-ci maddəsinə əsasən ...., notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həçmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə ( vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər ( övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X5, X6, X9, X11, X7, X8 və X2 ümumi paylı mülkiyyətində olan JN 121 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən JN 121B saylı planda yeri və sərhədləri göstərilən Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh3 MMC-yə satılmasına X3 adından sərancam verən şəxs səlahiyyətsiz olmasına baxmayaraq sərancam aktı qalan mülkiyyətçilərin razılığı əsasında həyata keçirilmiş və bəyənilmişdir. xx.xx.2000-ci il tarixdə ölmüş X3 alqı-satqı predmeti olan torpaq sahəsindəki payı vərəsəlik üzrə həmin şəxslərin mülkiyyətinə keçdiyindən onların müqaviləni bəyənmək səlahiyyəti olmuşdur. Qəbələ rayon DNKda bağlanmış xx.xx.2006-cı il tarixli 4ə-2460 nömrəli müqavilə etibarlı olduğundan Cavabdeh3 MMC Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə etmək hüququ əldə etmiş və barəsində mülkiyyət hüququ sərəncam vermək səlahiyyətinə malik olmuşdur. AR Mülki Məcəlləsinin 354.1-ci maddəsində nəzərdə tutulan müddət keçdiyindən X4 həmin müqavilənin (əqdin) etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia qaldırmaq hüququ yoxdur. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunmasın. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(025)-1208/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1208/2025
25.11.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver