Məhkəmə qərarları › İş №2(025)-1209/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1209/2025

13.01.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1209/2025 13.01.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “müqavilənin etibarsız hesab edilməsi, dövlət aktının və çıxarışın ləğv edilməsi, maddi ziyan” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, dövlət aktının və çıxarışın ləğv edilməsi, maddi ziyan) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsayeva Elvina Allahverdi qızının katibliyi, Cavabdeh3 nümayəndəsi Nümayəndə2 iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3nə və Cavabdeh4 qarşı “müqavilənin etibarsız hesab edilməsi, dövlət aktının və çıxarışın ləğv edilməsi, maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3nə və Cavabdeh4 qarşı “müqavilənin etibarsız hesab edilməsi, dövlət aktının və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 may 2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız (əhəmiyyətsiz) hesab edilməsi, 0,66 ha torpaq sahəsinə mülkiyyət hüququna dair JN-532 (KOD ********) nömrəli dövlət aktının ləğv edilməsi və Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov barəsində xüsusi qərar çıxarılmaqla prokurora məlumat verilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəməyə elektron kabinet vasitəsi ilə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, 17 may 2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız (əhəmiyyətsiz) hesab edilməsi, 0,66 ha torpaq sahəsinə mülkiyyət hüququna dair JN-532 (KOD ********) nömrəli dövlət aktının ləğv edilməsi, 17 may 2006-cı ildən hazırki vaxta qədər (19 il) torpaqdan qanunsuz istifadə olunması nəticəsində qanuni mülkiyyətçi İddiaçı vurulmuş zərər (əldən çıxmış fayda) olaraq 2508 (iki min beş yüs səkkiz) manat pul vəsaitinin tam formada ödənilməsi və Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov barəsində xüsusi qərar çıxarılmaqla prokurora məlumat verilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəməyə elektron kabinet vasitəsi ilə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh3 MMC-nin cavabdeh qismində işə cəlb edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilən hazırlıq iclasında Cavabdeh3 MMC cavabdeh qismində işə cəlb olunmuşdur. xx.xx.2025-ci il tarixdə İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəməyə elektron kabinet vasitəsi ilə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, X13 ilə Cavabdeh2 arasında bağlanmış 17 may 2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız (əhəmiyyətsiz) hesab edilməsi, 17 may 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında qanunsuz olaraq əldə edilmiş 0,6562 ha torpaq sahəsinə mülkiyyət hüququna dair JN-532 ( (KOD ********) nömrəli dövlət aktının ləğv edilməsi, 0,6562 ha torpaq sahəsi üzərində Cavabdeh3 MMC-nin mülkiyyət hüququnu təsdiq edən xx.xx.2019-cu il tarixli, ********** nömrəli qeydiyyat yazısının (çıxarış) 0,6562 ha torpaq sahəsinə aid olan hissədə ləğv edilməsi, 17 may 2006-cı ildən hazırki vaxta qədər (19 il) torpaqdan qanunsuz istifadə olunması nəticəsində qanuni mülkiyyətçi İddiaçı vurulmuş zərər (əldən çıxmış fayda) olaraq 2508 (iki min beş yüs səkkiz) manat pul vəsaitinin tam formada ödənilməsi və Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov barəsində xüsusi qərar çıxarılmaqla prokurora məlumat verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X31 Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi mülki işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə əsasən Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli qərarı ilə X4 və onun ailə üzvlərinin (X14, X18, X15, İddiaçı, X16 və X8) mülkiyyətinə 2,51 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş və JN:121, KOD: 40602018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. X13 xx.xx.2000-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 241 № ilə qeyd edilmişdir (ölüm haqqında şəhadətnamə iddia ərizəsinə əlavə edilmişdir). Belə ki, iddia ərizəsinə əlavə olunmuş X13 ilə Cavabdeh2 arasında bağlanmış 17 may 2006-cı il tarixli alqı-satqı müqaviləsinin məzmunundan belə aydın olur ki, X13 onun və ailə üzvlərinin mülkiyyətində olan 2.51 ha torpaq sahəsinin Qanıx-Türyançay zonasına düşən 0.66 ha hissəsini 720.72 manat qarşılığında Cavabdeh2 satmış, tərəflər müqaviləni imzalamış və müqavilə Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov tərəfindən təsdiq edilmişdir. 17 may 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satılmış 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə JN-532 KOD- 40602018 nömrəli dövlət aktı verilmişdir. Hüquqlarını müdaifə etdiyi şəxs İddiaçı (bundan sonra İddiaçı) Azərbaycan Respublikasının Prezidentinin 7 oktyabr 2021-ci il tarixli, 1455 saylı Fərmanını əsas götürərək onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.51 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi işlərinin başa çatdırılması məqsədi ilə DƏDKRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsimə cari ilin fevral ayında müraciət etmiş və ona bildirmişlər ki, 2.51 ha torpaq sahəsinin 0.66 ha hissəsi onun atası X13 tərəfindən 17 may 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satılmışdır. Halbuki, X13 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Görünür ki, 17 may 2006-cı il tarixli alqı-satqı müqaviləsi ğlmüş şəxsin adından bağlanmışdır. 17 may 2006-cı il tarixli alqısatqı müqaviləsi əhəmiyyətsizdir və əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Qeyd etmək zəruridir ki, hər hansı əqdin etibarlılığı, yən arxu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Lakin hazırki mübahisəyə gəlincə müəyyən olunur ki, ölmüş şəxsin adından müqavilə bağlanılmışdır. Belə olan halda iradə ifadəsindən söhbət gedə bilməz. Hazırki işin halları bizə onu deməyə əsas verir ki, 17 may 2006-cı il tarixli alqı-satqı müqaviləsində mülkiyyətçinin iradə ifadəsi əks olunmamış və bununla da vəfat etmiş şəxsin adında müqavilə bağlanılmışdır. Yuxarıda qeyd olunan qanun normasının ziddinə olaraq Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov notariat hərəkəti apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini müəyyən etməmiş, 17 may 2006-cı il tarixli alqı-satqı müqaviləsini təsdiq edərkən şəxslərin imzalarının həqiqiliyi yoxlamamış və nəticədə kobud qanun pozuntusuna yol vermişdir. xx.xx.2025-ci il tarixli iddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Qəbələ Rayon Dövlət Notariat Kontoruna qarşı “əqdin etibarsız hesab edilməsi və əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi” tələbinə dair 2(025)-1209/2025 nömrəli mülki iş vardır. Ərizəyə əlavə olunmuş Qəbələ rayonu Hacıalılı Bələdiyyəsinin 84 nömrəli xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Qəbələ rayon Hacıalılı Bələdiyyəsi ərazisində torpağın 1 illik icarə haqqı dənli bitkilər üçün 1 ha -150 manatdan – 200 manatadək, fındıq bağı üçün 1 ha – 250 manat müəyyən edilmişdir. Hazırki mübahisəni təhlil etdikdə belə nəticəyə gəlinir ki, Cavabdeh2 əmlakın onda olduğu bütün vaxt ərzində, yəni 17 may 2006-cı il tarixdən hazırki vaxta qədər götürdüyü və ya götürməli olduğu bütün gəlirləri geri qaytarmalıdır. Odur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan tərəf olaraq 17 may 2006-cı il tarixdən hazırki vaxta qədər mübahisə predmeti olan torpaq sahəsindən qanunsuz istifadə nəticəsində bizə vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edirlər. xx.xx.2025-ci il tarixli iddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3nə və Qəbələ Rayon Dövlət Notariat Kontoruna qarşı “əqdin etibarsız hesab edilməsi və əhəmiyyətsiz əqdin etibarsızlığınəticələrinin tətbiqi” tələbinə dair 2(025)-1209/2025 nömrəli mülki iş üzrə iddi ərizəsini dəqiqləşdirmək zərurəti yaranmışdır. Belə ki, işdə olan DƏDKRX-nin publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-42/2-4726/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, mübahisə predmeti olan 0,6562 ha torpaq sahəsi halhazırda Cavabdeh3 MMC-nin mülkiyyətindədir. Bununla yanaşı DƏDKRX-nin publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-42/2-5392/2025 nömrəli sorğuya cavab məktubuna əsasən, Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 0.6562 ha kənd təsərrüfatı təyinatlı həmin ərazidə yerləşən digər torpaq sahələri ilə birləşdirilərək Cavabdeh3 MMC-nin mülkiyyətinə keçmiş və xx.xx.2019-cu il tarilxi, **********5 nömrəli çıxarış əsasında mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaya etiraz: xx.xx.2025-ci il tarixdə Cavabdeh3 nümayəndəsi X21 məhkəməyə elektron qaydada Etiraz təqdim edərək göstəmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29cu maddələr). Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Konstitusiya Məhkəməsinin Plenumu xüsusi qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır (S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 27 oktyabr 2004-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Azərbaycan Respublikasının 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə isə Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir. Göründüyü kimi, hazırkı iş üzrə Cavabdeh3 MMC-nin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Belə ki Cavabdeh3 MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır. Bu səbəbdən də “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun Qərarını da nəzərə almaqla iddiaçının iddiası təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsini xahiş edirik Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, onun torpaq sahəsinin satışından məlumatı olmamışdır. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizələr nəzər alınaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil xx.xx.2026-cı il tarixdə məhkəməyə elektron qaydada ərizə göndərərərk məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərdi ki, torpaq sahəsini o alsa da, bir müddət keçdikdən sonra həmin torpaq sahəsini satmışdır. Halhazırda həmin torpaq sahəsi ona məxsus deyil. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz ərizəsinin nəzərə alınmasını və vicdanlı alıcı olduqlarına görə iddia tələbinin onlara aid hissədə təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2, Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X31 Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat Ofisinin notariusu Tamerlan Qafur məhkəməyə məktub göndərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2, Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X31 Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan JN-121, kod 40602018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın surətindən görünür ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998ci tarixli 11 saylı qərarı ilə X4, X5, X9, X6, X10, X7 və X3 mülkiyyətlərinə 2,51 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X31 Reyestri Publik Hüquqi Şəxsi 9 Saylı Qəbələ Ərazi İdarəsindən daxil olmuş və iş materiallarına əlavə edilmiş JN-0555, kod 40602018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın surətindən görünür ki, Qəbələ rayon DNK-nın xx.xx.2006-cı il tarixli 4ə-/1924 nömrəli alqı-satqı müqaviləsi ilə X4, X5, X9, X6, X10, X7 və X3 mülkiyyətlərinə 1,85 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X31 Reyestri Publik Hüquqi Şəxsi 9 Saylı Qəbələ Ərazi İdarəsindən daxil olmuş və iş materiallarına əlavə edilmiş JN-0532, kod 40602018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın surətindən görünür ki, Qəbələ rayon DNK-nın xx.xx.2006-cı il tarixli 4ə-/1924, 1919-1921, 1923-1933, 1936-1938, 1940-1943, 2021-2027, 2029, 2030 nömrəli alqı-satqı müqavilələri ilə satılmış 12,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Regional Asan Xidmət Mərkəzində Notariat Ofisindən daxil olmuş və iş materiallarına əlavə edilmiş Cavabdeh1 xüsusi notariusu Elxan Alxasov tərəfindən 17 may 2006-cı il tarixdə, 4Ə- 1924 reyestr nömrəsi ilə qeydə alınmış Müqavilənin surətindən görünür ki, X1 rayonu, Qanıx- Türyançay zonasına aid 0,66 ha torpaq sahəsini 720,72 manata Cavabdeh2 satmışdır. Satılan torpaq sahəsi girov qoyulmamış və həbs altında olmamışdır. Onun barəsində məhkəmə mübahisəsi olmamışdır. Müqavilə bağlanan zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646-647-ci maddələrinin məzmunu tərəflərə izah edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X31 Reyestri Publik Hüquqi Şəxsi 9 Saylı Qəbələ Ərazi İdarəsindən daxil olmuş və iş materiallarına əlavə edilmiş X13 tərəfindən Cavabdeh1na ünvanlanmış ərizələrdən görünür ki, X13, X14, X18, X15, X19, X16 onlara məxsus 0,66 ha torpaq sahəsinin satılmasına etiraz etməmişdirlər. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X31 Reyestri Publik Hüquqi Şəxsi 9 Saylı Qəbələ Ərazi İdarəsindən daxil olmuş və iş materiallarına əlavə edilmiş Qəbələ rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli, 306 saylı məktubundan görünür ki, Qəbələ rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya Qəbələ rayon Böyük Pirəlli kənd sakini azyaşlı X2 məxsus torpaq payının satılmasına etiraz etmir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X31 Reyestri Publik Hüquqi Şəxsi 9 Saylı Qəbələ Ərazi İdarəsindən daxil olmuş və iş materiallarına əlavə edilmiş X13 tərəfindən Cavabdeh1na ünvanlanmış ərizəyə əsasən, X1 rayon AİKin verdiyi xx.xx.1998-ci il tarixli 11 saylı Torpağın Mülkiyyət Hüququna (Verilməsinə) dair Dövlət aktına (şəhadətnaməyə) əsasən 2,51 ha torpaq sahəsindən 0,66 hektarını Cavabdeh2 720,72 manata satmışdır və alqı-satqı müqaviləsinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X31 Reyestri Publik Hüquqi Şəxsi 9 Saylı Qəbələ Ərazi İdarəsindən daxil olmuş və iş materiallarına əlavə edilmiş DTXK Qəbələ rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 2332 saylı arayışdan görünür ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998 tarixli 11 nömrəli qərarı ilə JN-121, kod 40602018 qeydiyyat nömrəsi 2542 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş 2,51 hektar torpaq sahəsindən 0,66 hektar torpaq sahəsi həmin vaxtadək girov qoyulmamış, həbsdə olmamış və satılmamışdır. İş materiallarında olan Qəbələ rayon Hacıalılı Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 98 saylı məktubundan görünür ki, Qəbələ rayonu, Hacıalılı bələdiyyəsi ərazisində torpağın illik icarəsi üçün hesablanmış vergi məbləği dənli bitkilər üçün 1 ha torpaq sahəsinin 1 illik icarə haqqı – 150-200 manat; fındıq bağı üçün 1 ha torpaq sahəsinin 1 illik icarə haqqı – 250 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X31 Reyestri Publik Hüquqi Şəxsi 9 Saylı Qəbələ Ərazi İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 9 saylı Qəbələ Ərazi İdarəsində olan məlumat bazasına əsasən qeyd olunan Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 0,6562 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmin ərazidə yrtləşən digər torpaq sahələri ilə birləşdirilərək Cavabdeh3 MMC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində (xx.xx.2019-cu il tarixli qeydiyyat nömrəsi ********** olan Çıxarış) qeydiyyata alınmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bir əmlak hüququ olaraq mülkiyyət hüququ, təmin etdiyi səlahiyyətin həcmi baxımından tam və bütöv olan yeganə əşya hüququdur. Öz sahibinə əşya üzərində inhisarlı bir şəkildə ən geniş səlahiyyətlər təmin edən bu hüquq həm əşya barəsində sərəncam verə bilmə səlahiyyətini (yəni əşyanın hüquqi müqəddəratını və əmlak mənsubiyyətini müəyyən edə bilmə səlahiyyətini) təmin edir, həm də əşya üzərində üç səlahiyyətin (istifadə, sahiblik və sərəncam) hamısını birlikdə və ən geniş şəkildə təmin edir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.6-ci maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 222.3-ci maddəsinə əsasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərin və icarəçilərin һüquqları qanunla qorunur. 84.3-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında irəli sürülmüş hüquqi mövqeyə görə, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. ... Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “X12 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarında götərilmişdir ki, Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin məhkəmə araşdırılması zamanı, işin mövcud halları ilə müəyyən olunmuşdur ki, JN-121, kod 40602018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında Qəbələ rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci tarixli 11 saylı qərarı ilə X4, X5, X9, X6, X10, X7 və X3 mülkiyyətlərinə 2,51 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Qəbələ rayonu dövlət notariat kontorunda X13 ilə Cavabdeh2 arasında JN-121, kod 40602018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinin 1605,2332 saylı arayışına əsasən normativ qiyməti 1684,41 manat olan Qanıx-Türyançay zonasına aid 0.66 hektar torpaq sahəsinin 72,72 manata qiymətləndirməklə Cavabdeh2 satılması barədə müqavilə 17 may 2006-cı il tarixdə 4Ə-1924 reyestr nömrəsi ilə qeydə alınmışdır. Bundan sonra X13, X14, X18, X15, X19, X16 və X8 1,85 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi Qəbələ rayon DNK-nın xx.xx.2006-cı il tarixli 4ə- /1924 nömrəli alqı-satqı müqaviləsi əsasında JN-0555, kod 40602018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əldə etmişdir. Cavabdeh2 12,06 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi Qəbələ rayon DNK-nın xx.xx.2006-cı il tarixli 4ə- /1924, 1919-1921, 1923-1933, 1936-1938, 1940-1943, 2021-2027, 2029, 2030 nömrəli alqısatqı müqavilələri əsasında JN-0532, kod 40602018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əldə etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu N.Əsədovanın şikayətinə dair xx.xx.2021-ci il tarixli qərarında vurğulamışdır ki, xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar. Baxılan iş üzrə mübahisə predmeti olan torpaq sahəsi iddiaçıların ümumi birgə mülkiyyətində olmuşdur. Məlum olduğu kimi, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Belə əşyaya sərəncam verilməsi qaydaları Mülki Məcəllənin 222-ci maddəsində tənzimlənir. Həmin maddəyə əsasən, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. 17 may 2006-cı il tarixdə, 4Ə-1924 reyestr nömrəsi ilə qeydə alınmış Müqavilə bağlanan zaman X13 müqavilə imzalanan vaxtdan 5 il 5 ay 15 gün əvvəl yəni 02 dekabr 2000ci il tarixdə vəfat etmişdir. Məhkəmənin qənaətinə görə Cavabdeh1 xüsusi notariusu Elxan Alxasov tərəfindən 17 may 2006-cı il tarixdə, 4Ə-1924 reyestr nömrəsi ilə qeydə alınmış Müqavilə əhəmiyyətsiz əqd olmuşdur. Əqdlərin etibarsız sayılması barədə qərar çıxarılarkən məhkəmə, əqdin etibarsızlığına dəlalət edən hüquqi faktları və qanunda nəzərdə tutulmuş hüquqi əsası (normanı) konkret olaraq bildirməlidir. Ümumiyyətlə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı Mülki Məcəllənin 337.3-cü maddəsinin tələblərinin nəzərdən keçirilməsini məqsədə uyğun hesab edir. İstənilən bir tələblə bağlı iddia icraatının ən əsas və vacib vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının məhkəmə tərəfindən müəyyən olunması vəzifəsidir (MPM.m.2.1, 5.1). Məhkəmə bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Çünki məhkəmələrin ən əsas və ümdə vəzifəsi pozulmuş hüquqların bərpasını təmin etməkdir. Hüququn pozulubpozulmadığı isə, qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. İddia tələbinin əsaslandığı müqavilənin etibarsız olması, birbaşa həmin müqavilə üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə haqq (hüquq) və öhdəliyin yaranmadığını göstərir. Alacaq haqqı (tələb hüququ) yaranmadığı təqdirdə isə, aydın məsələdir ki, onun pozulmasından da söhbət gedə bilməz. Əhəmiyyətsiz əqdin haqq və öhdəlik əmələ gətirmək keyfiyyəti və xüsusiyyəti olmadığına görə, yalnız əqdin tərəfləri deyil, istənilən maraqlı şəxs əqdin əhəmiyyətsizliyinə, istinad edə bilər. Əqdin puç, yəni əhəmiyyətsiz olub-olmadığı barəsində mübahisə yaranarsa bu mübahisənin aradan qaldırılması üçün məhkəmədə etibarsızlıq halının təsbiti üçün iddia qaldırıla bilər. Belə bir iddianın qaldırılması hər hansı bir müddətlə məhdudlaşmır. İstənilən bir iddia icraatında tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq işin hallarından əhəmiyyətsizlik halının mövcudluğu anlaşılarsa məhkəmə mütləq bunu nəzərə alaraq qərar verməlidir: Əhəmiyyətsiz əqd arzu olunan hüquqi nəticəni əmələ gətirmək qabiliyyəti, olmayan bir əqd olduğuna görə, əqdin əhəmiyyətsizliyi halı müddətdən asılı olmayaraq həmişə irəli sürülə bilər. Çünki zamanın keçməsi əqdin qanuna zidd bir şəkildə bağlanmış olması faktını aradan qaldırmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarına əsasən, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Əqdlər baxımından etibarsızlıq ümumi hal və nəticəni ifadə edir. Lakin belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Konstitusiya Məhkəməsi həmin səbəblərin müxtəlifliyini nəzərə alaraq mülki qanunvericiliyimizdə əhəmiyyətsiz və mübahisə edilən əqdlərlə yanaşı, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdləri və məhkəmə qərarı ilə etibarsız sayılan əqdləri ayrıca etibarsızlıq növləri kimi təsnif etmiş, onların öz xüsusiyyətlərinə görə fərqli hüquqi rejimlər əmələ gətirdiyini vurğulamışdır. Konstitusiya Məhkəməsinin Plenumu öz qərarında bildirmişdir ki, “əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır. Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Göründüyü kimi, əhəmiyyətsiz əqdin tələbdən və məhkəmə qərarından asılı olmayaraq qanunvericiliyə zidd olması səbəbilə bağlandığı andan özlüyünə etibarsız olduğu, bu müddətin MM-in 337.5-ci maddəsində nəzərdə tutulmuş etibarsızlığın nəticələrinin tətbiqinə, yəni əhəmiyyətsiz əqd üzrə icra edilmiş əvəzedilən əşyaların əqdin qarşı tərəfinin əmlakına qarışması səbəbindən əmələ gətirdiyi əsasız varlanma halları üzrə geri qaytarılması tələblərinə tətbiq edilən iddia müddəti olduğu, əhəmiyyətsiz əqd üzrə verilən əşya əvəzedilməz olduqda isə onun üzərindəki mülkiyyət hüququnun əldə edənə keçmədiyi, bu səbəbdən həmin əşyanın qaytarılmasına dair iddia mülkiyyətin müdafiəsi ilə bağlı olduğu üçün ona iddia müddətinin tətbiq edilmədiyi KM-in qərarında aydın şəkildə izah olunmuşdur. Hazırkı işdə etibarsızlığı iddia edilən 17 may 2006-cı il tarixli, reyestr nömrəsi 4Ə-1924 olan müqavilədəki torpaq sahəsi əvəzedilməz əşya olduğu üçün onun üzərindəki mülkiyyət hüququ həqiqi hüquqi vəziyyətə görə cavabdehə keçməmişdir. Müqavilə bağlandığı andan etibarsız olduğuna görə heç bir hüquqi nəticə yaratmadığı üçün torpaq üzərindəki mülkiyyət hüququ iddiaçılarda qalmışdır. Məhkəmə iddia tələbinin “0,6562 ha torpaq sahəsi üzərində Cavabdeh3 MMC-nin mülkiyyət hüququnu təsdiq edən xx.xx.2019-cu il tarixli, ********** nömrəli qeydiyyat yazısının (çıxarış) 0,6562 ha torpaq sahəsinə aid olan hissədə ləğv edilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı tərəfindən 0,6562 ha torpaq sahəsi Cavabdeh3 MMC-nin mülkiyyətinə hansı formada keçməsini (alqı-satqı müqaviləsi və s.) təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır. Lakin bununla belə, iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi tərəfindən sorğu edilərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X31 Reyestri Publik Hüquqi Şəxsi 9 Saylı Qəbələ Ərazi İdarəsindən əldə olunmuş xx.xx.2025-ci il tarixli məktubun məzmunundan görünür ki, 9 saylı Qəbələ Ərazi İdarəsində olan məlumat bazasına əsasən qeyd olunan Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən 0,6562 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmin ərazidə yerləşən digər torpaq sahələri ilə birləşdirilərək Cavabdeh3 MMC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində (xx.xx.2019-cu il tarixli qeydiyyat nömrəsi ********** olan Çıxarış) qeydiyyata alınmışdır. Həmçinin Cavabdeh2 məhkəmə iclasında torpaq sahəsini aldıqdan bir müddət sonra satdığını bildirmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 0,6562 ha torpaq sahəsi Cavabdeh2 Cavabdeh3 MMC-yə satılmışdır. Həmin müqavilə bağlanan zaman JN-121, kod 40602018 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən satılan əmlaka dair mülkiyyət hüququ satıcı Cavabdeh2 məxsus olmuşdur. Göründüyü kimi mübahisəli torpaq sahəsinə dair alğı-satqı müqaviləsi məhz dövlət tərəfindən verilmiş “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na etimad və güvən əsasında bağlanmışdır. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh2 ilə Cavabdeh3 MMC arasında bağlanmış olan müqavilə üzrə tərəflər öz öhdəliklərini yerinə yetirmişlər. Yəni satıcı qismində çıxış edən Cavabdeh2 satış predmeti olan torpaq sahəsini alıcı Cavabdeh3 MMC-nin mülkiyyətinə vermiş, Cavabdeh3 MMC isə bunun müqabilində müqavilədə nəzərdə tutulan pul məbləğini ödəmişdir. Həmçinin məhkəmə araşdırması zamanı Cavabdeh3 MMC-nin vicdanlı alıcı olmaması barədə sübutlar iddiaçı tərəfindən məhkəmə təqdim edilməmişdir. İşin hallarını nəzərə alaraq və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh3 MMC vicdanlı alıcı olduğundan, bunun əksini sübut edən hallar iddiaçı tərəfindən məhkəmə təqdim edilmədiyindən, mübahisəli torpaq sahəsinə dair alğı-satqı müqaviləsi məhz dövlət tərəfindən verilmiş Dövlət Aktına etimad və güvən əsasında bağlandığından İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3nə və Qəbələ Rayon Dövlət Notariat Kontoruna qarşı “müqavilənin etibarsız hesab edilməsi, dövlət aktının və çıxarışın ləğv edilməsi, maddi ziyan” tələbinə dair iddia tələbi “0,6562 ha torpaq sahəsi üzərində Cavabdeh3 MMC-nin mülkiyyət hüququnu təsdiq edən xx.xx.2019-cu il tarixli, ********** nömrəli qeydiyyat yazısının (çıxarış) 0,6562 ha torpaq sahəsinə aid olan hissədə ləğv edilməsi” hissəsində təmin edilməməlidir. Bundan başqa məhkəmə iddia tələbinin “17 may 2006-cı ildən hazırki vaxta qədər (19 il) torpaqdan qanunsuz istifadə olunması nəticəsində qanuni mülkiyyətçi İddiaçı vurulmuş zərər (əldən çıxmış fayda) olaraq 2508 (iki min beş yüs səkkiz) manat pul vəsaitinin tam formada ödənilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə sübutetmə yükünün tərəflərin üzərinə düşdüyünə dair qanun normalarına istinad edərək qeyd edir ki, İddiaçı 17 may 2006-cı ildən hazırki vaxta qədər keçən 19 il ərzində torpaq sahəsində istifadə olunması nəticəsində ona dəymiş zərərin 2508 manat təşkil etdiyini qeyd etsə də, həmin məbləğin nəyə əsasən həmin məbləğdə qeyd etdiyini, torpaq sahəsindən 19 il ərzində konkret olaraq kim və ya kimlər tərəfindən və ya hansı qaydada istifadə olunduğuna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə iddiaçı tərəfin Qəbələ rayon Hacıalılı Bələdiyyəsindən əldə etdiyi məktubda torpaq sahəsinin illik icarəsi üçün hesablanmış vergi məbləğləri qeyd olunmuş və həmin məbləğlərin də dənli bitkilər və fındıq bağı üçün ayrı-ayrı məbləğlər təşkil etdiyi göstərilmişdir. Lakin iddiaçı həmin torpaq sahəsindən hansı məqsədlərlə istifadə olunduğu qeyd etməmişdir. Həmçinin həmin ərazidə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəsinin nə qədər olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Bundan əlavə iddiaçı Cavabdeh2 torpaq sahəsindən 19 il ərzində istifadəyə görə 2508 manat məbləğində pul tələb etsə də, mülki işin məhkəmə araşdırması zamanı həmin torpaq sahəsinin məhkəməyə məlum olmayan vaxtda Cavabdeh2 tərəfindən digər Cavabdeh3 MMC-yə satıldığı müəyyən olunmuşdur. Belə olan təqdirdə Cavabdeh2 tərəfindən həmin torpaq sahəsinin neçə il istifadə olunduğunu sübutetmə yükü də İddiaçı üzərindədir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə iddia tələbinin “Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov barəsində xüsusi qərar çıxarılmaqla prokurora məlumat verilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qəbələ rayonunda fəaliyyət göstərmiş Qəbələ rayon dövlət notariat kontoru Qəbələ Regional “Asan Xidmət” Mərkəzində notariat Ofisi yarandıqdan sonra fəaliyyətini dayandırmış, Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu X27 isə vəfat etmişdir. Belə olan halda mövcud olmayan bir qurum və ölmüş şəxs barəsində xüsusi qərarın çıxarılması və prokurora məlumat verilməsi ağlabatan deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, tərəflərin izahatlarını, işin mövcud hallarını və araşdırılmış sübutları, qanunvericiliyin şərh olunan müddəalarını sistematik olaraq və kompleks halında nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, X13 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 4Ə-1924 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və onun əsasında verilmiş JN-532 (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktı ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. X13 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 4Ə-1924 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və onun əsasında verilmiş JN-532 (kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktı ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar