Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1215/2020 14.12.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayonu X7 xx xxxxxx 1999-cu il tarixli 03 saylı qərarına əsasən Nümayəndə, X8, X5 və X2 adına verilmiş JN-0077 nömrəli 40600068 kodlu «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının ona aid hissədə ona, yəni Məmmədova (Müzəffərli) Əfsanə Vaqif məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırılmışdır ki, Qəbələ rayonu, Nic kəndində Aqrar İslahatları aparılarkən Qəbələ rayonu X7 xx xxxxxx 1999-cu il tarixli 03 saylı qərarı ilə ona və ailə üzvlərinin mülkiyyətinə JN-0077 saylı 40600068 kodlu dövlət aktı əsasənda 1,37 ha torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair dövlət aktında səhv olaraq onun soyadı Mirzəfərova yazılmışdır. Soyadının Müzəffərli əvəzinə Mirzəfərov yazılmasının səbəbi ona aydın deyil və bunun sadəcə olaraq texniki səhv olduğunu düşünür. Dövlət aktında səhv yazıldığına diqqət etməmiş və bu yaxın vaxta qədər də heç maraqlanmamışdır. Lakin o, sənədləri hazırlayıb çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət edərkən torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında onun soyadının səhv yazıldığından müvafiq sənədləşdirməni aparması mümkün olmamışdır. Həmçinin ona məxsus bütün sənədlərdə soyadı Müzəffərli yazılmışdır. Hesab edir ki, bu səhv məhkəmə qaydasında düzəliş edilərək sənədin ona məxsus olması müəyyən edilməlidir. Bütün bunları nəzərə alaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin etibarnamə üzrə nümayəndəsini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN-0077 (Kod: 40600068) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən, Nümayəndə, X8, X5 və X2 birgə mülkiyyətinə JN-0077 (Kod: 40600068) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə 1,37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli “Doğum haqqında” arayışdan görünür ki, X9 xx.xx.1995-ci ildə Qəbələ rayonu, Nic kəndində doğulmuşdur. X1, anası X4r. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli “Nikah Aktı”ndan Çıxarışdan görünür ki, X10 ilə X3 xx xxxxx 2014-cü ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 07 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin Ərizəçi ünvanlanmış xx xxxx 2020-ci il tarixli **********77 nömrəli məktubundan görünür ki, JN- 0077 nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında mülkiyyətçinin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan ərizəçiyə aid AA******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyadı və ata adı düzgün olaraq “Ərizəçi” qızı kimi yazılmışdır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKin xx xxxxxx 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən Nümayəndə, X8, X5 və X2 birgə mülkiyyətinə 1,37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini verilməsini təsdiq edən JN-0077 (Kod: 40600068) nömrəli dövlət aktında ərizəçi Məmmədova (Müzəffərli) Əfsanə Vaqif soyadı səhvən «Mirzəfərova» kimi qeyd olunmuşdur. Qeyd olunan dövlət aktında yalnışlıq aradan qaldırılmadan ərizəçi həmin dövlət aktı üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması mümkün olmamışdır. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Həmçinin məhkəmə, Ərizəçi soyadının əvvəlcə Müzəffərli, nikaha daxil olduğdan sonra Məmmədova olduğundan, onun soyadının Məmmədova (Müzəffərli) kimi qeyd olunmasını məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in xx xxxxxx 1999-cu il tarixli 03 nömrəli qərarına əsasən Nümayəndə, X8, X5 və X2 birgə mülkiyyətinə verilmiş JN-0077 (Kod: 40600068) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının Məmmədova (Müzəffərli) Əfsanə Vaqif qızına aid hissədə Məmmədova (Müzəffərli) Əfsanə Vaqif qızına məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1215/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1215/2020
14.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver